300 il sürən müharibədən sonra sülh tapan ölkə

 
300 il sürən müharibədən sonra sülh tapan ölkə

Ümumi məlumat

Laos Vyetnam, Kamboca, Tayland, Birma və Çinlə həmsərhəddir. Ərazisinin böyük hissəsini hələ insan tərəfindən tədqiq olunmamış dağlar təşkil edir - bəzi bölgələrdə naməlum heyvan növlərinə rast gəlinir. İri şəhərləri Vyentyan, Pakse, Savannakhet, Luanq Prabanqdır. Əhalisi 5 milyon nəfərdir, əksəriyyəti maldarlıq və əkinçiliklə məşğul olur. Həyat səviyyəsinə görə Laos Əfqanıstandan sonra Asiyada sondan ikinci yerdədir. Laoslular buddizmin Theravada versiyasına sitayiş edir. Bu versiya insanı heç olmasa, ömründə bir neçə il monastırda yaşamağa göstəriş verir. Bununla da Laos küçələrindəki çoxsaylı keşişləri izah etmək olar. 1975-ci ildə şah rejimi devrildi, mülkü isə əhaliyə keçdi. Hazırda ölkəni kommunist partiyası idarə edir. Ölkə isə Milli-Demokratik Respublika adını daşıyır. Bu idarə sistemi iqtisadiyyata heç bir minus gətirmir. Belə ki, kəndlilərin şəxsi əmlakını heç zaman əllərindən almırlar. Pul vahidi kipdir.

Turistlərə məsləhət

Vyentyanın əsas bazarı avtobus dayanacağına yaxın olan Səhər bazarıdır (Talaat Sao). Burada çox sayda zərgərlik məmulatları, Tayland suvenirləri, həmçinin qida və müxtəlif çeşiddə geyim əşyaları əldə edə bilərsiniz. Suvenir mağazalarına gəlincə, onların çoxluq təşkil etdiyi mərkəzi küçə Samsenthai və Setthathiratdır. Mağazalar hər gün işləyir, nahar vaxtı uzun çəkir. Məhz bu küçələrdə çoxlu sayda iri və xırda qəlyanaltı dükanları yerləşir. Şəhərin ən əsas suvenir məntəqəsi Phothisalat küçəsindəki Hmonqski bazarıdır. Burada ağacdan, parçadan, dəridən ən koloritli suvenirlər, dini ayin əşyaları almaq olar. Burada alış-veriş səhərdən axşamadək aparılır, hətta qaranlıq düşəndən sonra belə balaca mağazalarda və küçədə əl işi olan gözəl süfrələr, yaylıqlar əldə edə bilərsiniz.

Mətbəxi

Laos mətbəxi qonşu ölkələrin - Tayland, Kamboca, Çin, Vyetnam mətbəxindən böyük sayda ənənə toplayıb. Qonşularda olduğu kimi, burada da əsas qida düyüdür, duzu və müxtəlif ədviyyatları sousla əvəz edirlər, daha çox göyərti, tərəvəz yeyirlər, ət və balığı isə ənənəvi üsulla yağda və ya kömürdə emal edirlər. Səciyyəvi Laos yeməyi düyü, çay balığı, tərəvəz, qoz və bir sıra ədvədən ibarətdir. Bayram menyusunda isə yumurta, toyuq, mal və ya vəhşi heyvan əti olmalıdır. Yeməyə dad vermək üçün, adətən acı bibər, sarımsaq, fındıq yağı, reyhan, kakos südü, hind xurması vurulur. Yerli mətbəxin əsasını düyü təşkil edir. Onu suda bişmiş, qızardılmış formada yeyirlər. Bəzən düyünü əriştə ilə əvəz edirlər. Ölkədə ən məşhur içki tərkibində meyvənin
ləti olan şirələrdir. Laoslular tünd qəhvə içməyi də xoşlayırlar.

Təhlükəsizlik və sağlamlıq

Laos Cənub-Şərqi Asiyada ən təhlükəsiz ölkələrdəndir. Laoslular turistlərə böyük hörmətlə yanaşırlar. Amma həmişə belə olmur, cibgirlərlə də üzləşə bilərsiniz. Laosa səyahət etmək üçün heç bir peyvənd tələb olunmur. Amma turistlərə poliomielit, sətəlcəm, vərəm, tif, hepatit A və B-yə qarşı peyvənd olunmaq məsləhət görülür. Malyariya ağcaqanadlarından keçən xəstəlik olduğundan iri şəhər üçün təhlükəli deyil, amma ehtiyatlı olun. Malyariya riskini azaltmaq üçün uzunqol paltar, şalvar, corab geyinmək və bədənin açıq qalan hissələrinə ağcaqanada qarşı vasitə vurmaq lazımdır. Səyahət vaxtı ən çox qarşılanan infeksiya çirkli su və qidadan keçən hepatit A və yoluxmuş qan və tüpürcəklə ötürülən hepatit B-dir. Turistlər daha çox diareyaya yoluxurlar ki, onu da pəhrizlə aradan qaldırmaq mümkündür. Laosa gedərkən tibbi sığorta açdırmaq məsləhətdir.


Geri dön

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 23:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqli idi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

HaMuSHaN

  • 3 aprel 2011 03:27
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

Ulya

  • 30 mart 2011 12:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli idi

MiSs_BaKu

  • 27 mart 2011 11:10
  • Məqalə: 1
  • Şərh: 24
  • Bal:
{awards}
Maraqli melumatdi..tewekkurler tongue

Lexikon

  • 27 mart 2011 00:07
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
melumat ucun sag ol

_RONALDO_

  • 26 mart 2011 23:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

marlin

  • 26 mart 2011 22:33
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
melumata gore twk edirem

--------------------

FanatkaJB

  • 26 mart 2011 19:33
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
tewekkur)

--------------------

ZEHRA

  • 26 mart 2011 18:06
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tesekkurler

Cavid_Nur

  • 26 mart 2011 17:36
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
tsk cografiya maraqlidi esas da bele xeberler

Cant_Breathe

  • 26 mart 2011 17:13
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Thanks

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

MuslimGirl

  • 26 mart 2011 17:10
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cenub-Serqi Asiya olkelerine de boyuk maragim var. Laos haqqinda melumat elde etmis oldum. Inshallah, gemi ile cixdigim dunya turunde orada bas cekerem)))Tesekkurler gozel xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}