Canım oğlum

 
Canım oğlum

Canım Oğlum,

Haradan, necə başlasam bilmirəm. O qədər darıxdım ki səndən ötrü…

Canım balam, sən bizim ilk göz ağrımız idin.. Dörd gözlə gözləmişdik atanla doğumunu… Doqquz ay sonra xəstəxanada səni qucağıma buraxdıqları ilk gün vuruldum sənə… Nə gözəl gözlərin vardı, işıl işıl… Elə gözəl iy verirdin ki… Evimizə sevinc gətirdin. Bir də həmişə dinc uşaq idin, heç üzmədin məni… Nə tez-tez ağladığını bilərəm, nə də yox yerə huysuzlanmağını… Yatarkən belə gülümsəyərdin, mələklərlə oynadığını düşünərdim. Xəstələnsən başından ayrılmazdıq, atanla keşik çəkərdik səhərə qədər… İlk addımını unuda bilmərəm, sonra ilk ‘ana' deyişini… Həmişə üstünə titrədik.

Sonra böyüdün… Zaman su kimi keçir. Hər çölə çıxışında, hər səyahətində sənə bildirmədim amma ürəyimdən nələr qopdu.

Bir tək səni əsgərə uğurlarkən rahatdım. Komandirlərinin sənə gözü kimi baxacağından əmindim. Bir müddət sonra Cənub-şərqə gedəcəyini xəbər etdin. O qədər həyəcanlı idin ki, elə əmin danışırdın ki… "Görəcəksən ana, bu dövlət düşmənlərinə lazım olan cəzanı verəcəyəm. Vətənimin dağlarını bu quldurlardan təmizləyəcəyəm" deyirdin. Həmişə komandirlərinin yaxşılığından, yoldaşlarından bəhs etdin. Rahatlığın, güvənin bizləri də rahatlaşdırdı. Sənə yalnız "Özünə diqqət yetir övladım" deyə bildim. Nə də olsa səni bu günlər üçün yetişdirmişdik. "Maraqlanma" deyirdin, "Maraqlanma anam. Ürəyini rahat tut!" Bir gün maraqda buraxmadın bizi, fürsətin olduqca tez-tez axtardın, ayda bir məktubunu aldıq. Məktubunu dəqiqələrlə iylədiyimi bilirəm. Göndərdiyin fotoşəkilləri baş ucumuza qoyduq.

Son məktubunda "Mən şəhid olsam, ağlamayın əsla! Düşmənləri sevindirməyin." deyirdin. Telefonda "O necə söz oğlum" dedim. Susdun, sanki içinə düşmüşdü. "Haqqını halal et, gözəl anam" dedin. Haradan bilərdim bu danışmanın səninlə son danışmamız olduğunu… Atan eşitmiş əvvəl, xəbərlərdə söyləmişlər. Söyləmədilər əvvəl mənə… Qardaşın da saxladı. Ana ürəyi bu, hiss etdim mən… Sonra öyrəndim ki, pusquya salmışlar, çıxan qarşıdurmada vurmuşlar səni… Əlləri qırılsın o zalımların… Sanki canımı al/dılar, sanki dünyanı başıma yıxdılar. Bir atəş ki ürəyimin tam ortasına oturdu. Komandirlərinlə görüşdük, səni çox təriflədilər. "Qəhrəmanca vuruşdu. Qanı yerdə qalmayacaq. Bizi də övladınız sayın artıq." dedilər. "Vətən sağ olsun" dedim. Oğlum səninlə həmişə qürur duydum, sağlığında bir gün olsun boyumuzu əymədin … Cənazə mərasimində də başımız dik, qürurluyduq. Sənə sözümüzü tutduq, bir damla gözyaşı göstərmədik, namərdlər sevinməsin deyə… Həmişə içimizə axıtdıq gözyaşımızı… Bayrağa sarılı tabutunu öpdüm. Mən səndən bir saat, bir dəqiqə ayrı qala bilməzdim, indi səni necə torpağa qoyacaqdım ah canım oğulum!

Aradan o qədər zaman keçdi. Ağrın, həsrətin içimizdə balam… Bir dəfə də belə olsa qoxunu ala bilsəm, saçlarını oxşaya bilsəm, öpsəm üzündən… Sevindirici bir xəbərim var sənə… Komandirlərin sözünü tutdu balacm, qanın yerdə qalmadı, sənə qıyanları tez bir zamanda tapdılar, cəzalarını verdilər. Cənazənə gəlməyənlər, cənazənə gəlməyə utananlar, "sənin kimi ana quzularını vuranları bağışladılar balam… Acımızı acı etdilər." Onları bağışlamayacağam. Canım oğlum, fürsət tapdıqca yanına gəlirəm, dərdləşirəm səninlə… Sağolsunlar, komandirlərin hər fürsətdə gəlib qonağımız olur. Yoxluğunu axtartdırmırlar. Yaxında qardaşın da əsgərə gedir. Bu vətənə bir aslan verdim, lazım olsa ikincisini verərəm. "Vətən Sağ olsun"

Səni çox sevən anan…

Anasından şəhid övladına məktub.
ALLAH bütün şəhidlərə rəhmət eləsin.


Geri dön

HaMuSHaN

  • 3 aprel 2011 02:17
  • Məqalə: 72
  • Şərh: 1172
  • Bal:
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

::..ONSLAUGHT::..

  • 1 aprel 2011 22:40
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Thank you twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 1 aprel 2011 13:47
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol

kelli

  • 30 mart 2011 15:35
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
tesekkur xebere gore

::..ONSLAUGHT::..

  • 29 mart 2011 23:46
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Allah rəhmət elesin qanı yerde qalmasın.Allah səbr versin

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 28 mart 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tşk maraqliydi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lider

  • 28 mart 2011 10:35
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ALLAH SEBR VERSiN.

huseyn12

  • 28 mart 2011 09:24
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Vasif777
Bəlkədə düz deyirsiz, amma ana orda bir azda olsa öz hissini oğluna bildirib, "Cənazə mərasimində də başımız dik, qürurluyduq. Sənə sözümüzü tutduq, bir damla gözyaşı göstərmədik, namərdlər sevinməsin deyə… Həmişə içimizə axıtdıq gözyaşımızı… Bayrağa sarılı tabutunu öpdüm. Mən səndən bir saat, bir dəqiqə ayrı qala bilməzdim, indi səni necə torpağa qoyacaqdım ah canım oğulum!"
Bizə düşən söz ALLAH şəhidlərimizə rəhmət etsin, analara, atalara səbr versin.
Şərh yazanlara təşəkkür edirəm.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

__Crying Villian__

  • 28 mart 2011 01:58
  • Məqalə: 7
  • Şərh: 220
  • Bal:
{awards}
cox kovreldim...tewekkurler tesirli xeber ucun....cox tewekkurler.ALLAH butun wehidlerimizin ruhun wad etsin1AMIN INWA ALLAH!

--------------------
ஐ ░░▒▓███▓▒░░ ♠♠♠♠♠ŹαмαŃ αłα¢αќ ¡ήŧ¡ќαмιмι♠♠♠♠♠ ░░▒▓███▓▒░░ ஐ
L_SimuS&Delamour-i love you

Lexikon

  • 28 mart 2011 00:49
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekurler

AskZede

  • 28 mart 2011 00:14
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Hmm Gozel Xeber Idi Cox Sagolun...love

--------------------

Vasif777

  • 27 mart 2011 23:51
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
мен бу собетлере инанмырам инанмарамда....
Ана Оглунун Олумуну билиб Гоз йашы ахытмасын....
буна Басня Крылова дийилляр....
инджимийун бу Шерхе горе Чох сагол дийен дёгурям...
чунки мени хирслендирир беле сёбятляр...
Ана Анады ------ДЕМИРДЕН БИР РОБОТ ДЁГУР,,,,

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

::..ONSLAUGHT::..

  • 27 mart 2011 23:41
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Allah sebr versin

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ozlem2010

  • 27 mart 2011 22:36
  • Məqalə: 0
  • Şərh: 539
  • Bal:
{awards}
Allah sebr versin

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Cant_Breathe

  • 27 mart 2011 21:44
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Thanks

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}