Məni unutsan da unutmasan da

 
Məni unutsan da unutmasan da


Məni unutsan da unutmasan da


Yenə sən gəldin gözlərimin önünə, yenə səni görürəm xəyalımda. Yenə qəhər boğur məni, çünki səni görmək istəyirəm və yalnız səni düşünürəm. Səni düşündükcə isə başqa bir şey də düşünürəm – səni ömrüm boyu unutmayacam; məni unutsan da, unutmasan da.
Səninlə keçirdiyim günlər gəlir indi xəyalıma.
Düşünürəm indi sənli günlərimi və yanımda olmağını istəyirəm. Sən yanımda olsan əgər, zamanım bir an kimi ötər və heç vaxt düşünmərəm ki, tənhayam, yanımda heç kim yoxdur. Sən yanımda olsan əgər səninlə ən şirin zamanların xatirəsini bölüşərdik və mənə bir söz deməyini istərdim – səni heç vaxt unutmayacam, məni unutsan da, unutmasan da.
Səninlə olmaq istərdim həmişə.
Çünki sən olanda yanımda başqa heç bir şeyə ehtiyacım qalmır. Mənə lazım olan tək şey sənsən. Sən olmadan hər şey gözümdə heçə enir. Ona görə sənin yanımda olmağını istəyirəm ki, sən mənə hər şeyi unutdurursan – ama mən səni unutmayacam - məni unutsan da, unutmasan da.
Saatın əqrəbləri irəli can atdıqca, saniyələr, dəqiqələr, saatlat bir-birini əvəz etdikcə, saatlar günə, günlər həftəyə, həftələr aya çevrildikcə elə düşünmə ki, sənə olan sevgim, hisslərim, məhəbbətim azalır. Əksinə hər gün sənə olan sevgim daha da artır. Və yenə düşünürəm ki, səni heç vaxt unutmayacam - məni unutsan da, unutmasan da.
!



Məni unutsan da unutmasan da



Yenə bahar öz xoş qədəmlərini yurduma qoyur. Günəş ilıq şüaları ilə üşüyən bədənimi isitdikcə yenə səni xatırlayıb səni görürəm. Çünki sən də mənim ömrümə doğan parlaq yaz günəşisən. Çiçəklər, canlılar onlara həyat verən günəşi unuda bilməz. Mən də səni unuda bilmərəm - məni unutsan da, unutmasan da.
Səni düşündükcə ömrümün ən gözəl xatirələri gözlərim önündə canlanır. Ən gözəl günlərim yada düşür səni xəyal edəndə. Çünki ömrümün ən gözəl anları, ən gözəl duyğuları məhz səninlə bağlıdır. O duyğuları, o anları unuda bilmərəm, çünki mən səni unuda bilmərəm - məni unutsan da, unutmasan da.
Səninlə olmaq istərdim bu an – məndən nə qədər uzaqda olsan da. Səninlə döyünür qəlbim və səninlə nəfəs alır varlığım. Çünki nəfəs almadan canlılar var ola bilməz, ürəklər döyünmədən canlılar yaşaya bilməz. Mən də yaşaya bilmərəm, əgər məni unutsan.
Sənə söz verirəm ki, səni heç vaxt unutmayacağam – məni unutsan da, unutmasan da!
Sənə olan sevgimə özüm də heyrət edirəm. Çünki bu qədər sevəcəyimi, bu qədər sevgi gücüm olacağını heç özüm də düşüməmişdim. Orası da doğrudur ki, insan sevdikcə daha güclü olur. Yəqin ki, mənim də gücüm burdan gəlir – yəni ki, sizin sevginizdən. Buna görə də gücsüz olmamaq üçün həmişə sevəcəyəm və unutmayacam – məni unutsan da, unutmasan da.
!



Məni unutsan da unutmasan da


Səni düşünəndə saatlarım hardan gəlib necə keçirsə, heç özüm də bilmirəm. Çünki sən mənim ötən zamanımı zinətləndirənlərdən birisən. Sən mənim həyat ağacımın budaqlarındakı ən iri yaşıl yarpaq və o budaqlarda açılan ən dəyərli çiçəksən. Çiçəklər və yarpaqlar yarandıqları, qidalandıqları ağacı unutmazlar, elə mən də səni unutmaram - məni unutsan da, unutmasan da.
Səni düşünəndə bütün varlığım yerindən titrəyir. Əllərim əsir və qəlbim titrəyir. Bu, sənə olan sevgimdəndir. Nə qədər çox sevirəmsə səni, qəlbim də o qədər çox titrəyir. Buna görə də qəlbimin döyüntüsü unutmaz səni – məni unutsan da, unutmasan da!
Səni nə qədər çox sevdiyimi bir tanrım bilir, bir qəlbim, bir də gözlərim. Tarım bunu heç kimə bildirmir – məndən başqa. Qəlbim öz döyüntüsü ilə bunu büruzə verir, amma məni ələ vermir. Məni ələ verən ancaq mənim gözlərimdir. Çünki sənə baxanda və səni görəndə gözlərim misilsiz bir heyranlıqla parlayır. Məni bu ələ verir – onda bilərsən ki səni nə qədər sevirəm – məni unutsan da, unutmasan da!
Ancaq, sənsizlik dərd olur mənə. Çünki alışa bilmirəm sənsizliyə. Nə qədər vaxt keçsə də, zaman ötsə də, məni hər şeyə alışdırsa da, ancaq bir şeyə alışdıra bilmir məni – sənsizliyə. Sənsizliyə alışa bilmədiyimə görə də səni unuda bilmirəm – məni unutsan da, unutmasan da!
!






Məni unutsan da unutmasan da



Çox düşünmüşəm – niyə səni bu qədər çox sevirəm? Tam dürüst cavabı heç özüm də tapa bilməmişəm. Çünki sənə olan sevgim tanrımın mənə ən dəyərli hədiyyələrindən biridir. Səni mənə tanrım sevdirib və səni unutmağı mənə qadağan edib – sən məni unutsan da, unutmasan da!
Göz yaşlarım yanaqlarımdan axıb üzümü islatdıqca, qəlbimin həarətini özündə əks etdirən isti göz yaşları üzümə istilik verdikcə həmin yaşlarda sənin əksin görünür. Əksin yenə də öz gülümsər üzü ilə mənə baxır və öz baxışı ilə mənə sevgi bəxş edir. Sənin sevgini hiss etdikcə yenə də söz verirəm özümə ki, səni unutmayacam – məni unutsan da, unutmasan da!
Ancaq bir şeyə əminəm – sən məni unutmayacaqsan. Çünki mən nə qədər sənə bağlıyamsa, sən ondan daha çox mənə bağlısan. Mən səni məni yaradanlardan biri kimi sevirəmsə, sən məni özünün bir parçası kimi sevirsən. Könül candan ayrılmaz – mən sənin könlün, sən isə mənim canımsan. Buna gördə də mən səni unutmaram – məni unutsan da, unutmasan da!
Bu anda nə etdiyini bilmək istərdim. Mən indi səni düşünürəm, bəs sən necə, məni düşünürsənmi? Mən unuda bilmirəm səni, sən necə, unutmusanmı məni? Mən yaşaya bilmirəm sənsiz, sən necə yaşaya bilirsənmi mənsiz? Yaşaya bilməz bülbül çəmənsiz, balıq ümmansız – elə buna görə mən də yaşaya bilmərəm sənsiz və unutmaram səni – məni unutsan da, unutmasan da!
!



Məni unutsan da unutmasan da




Sən mənim həyatıma sevinc verən, həyatıma rəng qatan, rəngləndirən, ömrümü bəzəyən birisən. Sən mənim ömrümün tale mələyisən. Sən mənim hər şeyimsən. Mən səni unutsam, onda tanrım məni bağışlamaz. Çünki sən unudulası deyilsən. Buna görə də unutmayacam səni – məni unutsan da, unutmasan da!
İndi olsam da sənsiz, yaşasam da sənsiz, sənə qovuşandan sonra heç vaxt qalmayacam sənsiz. Zaman keçdikcə daha çox bağlanıram sənə. Çünki sən mənim xoşbəxtlik, sevgi mənbəyimsən. O xoşbəxtliyin, sevginin varlığına son dəfə söz verirəm – heç vaxt unutmayacam– məni unutsan da, unutmasan da
!




Məni unutsan da unutmasan da


Geri dön

beren saat

  • 14 aprel 2011 07:34
  • Məqalə: 30
  • Şərh: 445
  • Bal:
winked wink smile feel love

--------------------

HaMuSHaN

  • 3 aprel 2011 02:04
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

Ulya

  • 1 aprel 2011 14:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem winked

фея

  • 29 mart 2011 01:43
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
cox saqol xebere gore gozeldi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

_RONALDO_

  • 28 mart 2011 20:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

--------------------

Just For Legend

  • 28 mart 2011 19:28
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Sherhlerinize gore Minnettaram

--------------------

marlin

  • 28 mart 2011 18:27
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Lexikon

  • 28 mart 2011 15:40
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

Mesume_Memmedzade

  • 28 mart 2011 15:28
  • Məqalə: 16
  • Şərh: 241
  • Bal:
{awards}
tskler.
maraqli idi

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥

Cant_Breathe

  • 28 mart 2011 14:20
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Thanks

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

ZEHRA

  • 28 mart 2011 14:20
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}


TESEKKURLER XEBERE GORE

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}