Qurban Byramınız Mübarək

 
Qurban Byramınız Mübarək


Qurban bayramı Azərbaycanda

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Bu il isə qurban bayramı ilə əlaqədar olaraq noyabrin 27, 28, 29 və 30 Azərbaycanda qeyri-iş günləridir. Bu barədə Nazirlər Kabineti qərar verib.




Qurban Byramınız Mübarək

Qurban bayramı İslamda

– İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.



Qurban Byramınız Mübarək

Tarixi

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.



Qurban Byramınız Mübarək

Şərtləri

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.



Geri dön

_favorit_arkadas

  • 26 yanvar 2012 19:07
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
Bayraminiz mubarek!!!

--------------------

ЛаЛыЧкА

  • 21 yanvar 2012 10:32
  • Məqalə: 9
  • Şərh: 744
  • Bal:
{awards}
her kesi tebrik ediremm

--------------------
http://s02.radikal.ru/i175/1201/91/6e59860f1ae0.jpg

RoMaNTiK SerSeRi

  • 23 dekabr 2011 23:37
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
hamimiz ile birlikde

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

R_A_P_U_N_Z_E_L

  • 20 noyabr 2011 15:53
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

THIS IS LEGEND

  • 10 noyabr 2011 21:00
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
eladi twkler

beyaz melek

  • 18 oktyabr 2011 16:41
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
BAYRAMINIZ MUBAREK

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

NELLY19

  • 28 iyul 2011 15:23
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Xebere gore cox sagolun

nilayka

  • 7 may 2011 15:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

_RONALDO_

  • 5 may 2011 18:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Çox sağol belə ətraflı məlumata görə.

--------------------

R.M_FaNaTka

  • 3 may 2011 12:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 9 mart 2011 20:00
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

CrazyGirl

  • 4 yanvar 2011 11:13
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Thanks................

--------------------
Sən varsansa həyat çox gözəl!

ELEGANT

  • 5 noyabr 2010 13:27
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
ALLAH butun kesilen qurbanlarimizi qebul etsin.......AMIN.

--------------------
BİR GÜNÜNÜZÜ ONLARA AYIRIN! BİR GÜN ONLARI SEVİNDİRİN!

Mr_Unlimited

  • 27 noyabr 2009 21:00
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Sitat: AnGeL
Gurban bayraminiz mubarek!Qoy ureyinizde Allaha inam ve sedaget hec bir vaxt tukenmesin!

seninde bayramin mubarek. gozel sozlere gore tewekkur

☪SkAzKa KaVkAzA☪

  • 27 noyabr 2009 10:50
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Gurban bayraminiz mubarek!Qoy ureyinizde Allaha inam ve sedaget hec bir vaxt tukenmesin!

Mr_Unlimited

  • 27 noyabr 2009 01:15
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Sitat: Radi_you
SENE DE TEWEKKUR

Sitat: Lili
twk xebere gore)))

Sitat: Rufik
Çox sağol belə ətraflı məlumata görə.


tewekkurlere gore tewekkurler

Little_Devil

  • 27 noyabr 2009 00:36
  • Məqalə: 8
  • Şərh: 444
  • Bal:
{awards}
MEN DE BUTUN MUSELMANLARI TEBRIK EDIREM ... ARZU , NIYYRTLERINIZ QEBUL OLSUN .. AMIN ..

SENE DE TEWEKKUR ...

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

Mr_Unlimited

  • 26 noyabr 2009 22:19
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
Sitat: Lili
twk xebere gore))) men de butun muselmanlari gozel bayram munasibetile tebrik edirem

xow gelmisen. nehayetki sende bize qowuldun)))

Miss_LeGenDa

  • 26 noyabr 2009 22:18
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Men de her kesi tebrik edirem...
Butun dualariviz,niyyetleriviz qebul olsun,arzulariviz chin olsun,Amin...
Tebrikler.... victory

--------------------

Lili

  • 26 noyabr 2009 22:16
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
twk xebere gore))) men de butun muselmanlari gozel bayram munasibetile tebrik edirem smile

Rufik

  • 26 noyabr 2009 21:57
  • Məqalə: 274
  • Şərh: 662
  • Bal:
{awards}
Çox sağol belə ətraflı məlumata görə. Yeri var

Məndə hamını və əsasəndə Legend.Az istifadəçilərin təbrik edirəm

Bütün dualarınız, niyyətləriniz yerinə yetsin AMİN !!!

--------------------
<i>Когда девушка начинает беседу словами «Ты правда очень хороший парень…», — можешь собирать вещи.</i>


Mr_Unlimited

  • 26 noyabr 2009 21:54
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
mende oz novbemde her kesi Qurban Bayrami munasibeti ile tebrik edirem. Allah butun duzalarinizi, arzulariniz namazlarinizi ve qurbanlarinizi qebul elesin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}