İnsanlar Nələrlə İmtahan Edilir

 
İnsanlar Nələrlə İmtahan Edilir

İnsanlar Nələrlə İmtahan Edilir?

Dünya həyatı, hər insanın, əsl və sonsuz axirət yurduna çatmadan əvvəl imtahan verdiyi keçici bir məkandır. Hər insanın fitrətinə uyğun olaraq yaradılan imtahanların bir məqsədi, insanı imani mənada yetkinləşdirmək, onu sonsuz axirət həyatına hazırlamaqdır.

İnananların dünyada yaşadıqları imtahan mövzularının nələr ola biləcəyi və bunlar əsnasında göstərdikləri gözəl rəftar Quranda bu şəkildə təsvir edilmişdir:

"And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. Onlara bir müsibət gəldiyində, deyərlər ki: "Biz Allaha aid (qullar)ız və şübhəsiz ONA dönəcəyik." Rəblərindən bağışlanma (salat) və rəhmət bunların üzərinədir və hidayətə çatanlar da bunlardır." (Bəqərə Surəsi, 155-157)

Zənginliklə imtahan:

İnsan bolluq, zənginlik və çox böyük nemətlər içindəykən də Allahın razı olacağı ümid edilən gözəl əxlaqı göstərib göstərmədiyiylə sınanar. Çünki bolluq dünyanın keçici bəzəklərinə dalan insan üçün bir sınaqdı, Allahı və axirəti unutdurub yanıldan bir faktor ola bilər. Amma imanlı bir insan nə qədər böyük nemətlər içində olursa olsun əsla Allaha qarşı nankorluq etməz. "Həqiqətən mən, mal (və ya at) sevgisini Rəbbimi zikr etməkdən ötəri seçdim." (Sad Surəsi, 32) ayəsində xəbər verildiyi üzrə zənginliyi yalnız Allah rizası üçün istəyən Hz. Süleyman bu mövzuda veriləcək ən gözəl nümunələrdən biridir.


İnkarçıların Təzyiqiylə, Tələ və Zülmləriylə İmtahan

İnkarçıların xeyiri əngəllik törətmək üçün etdikləri zorbalıqlar, möminlər üçün bir imtahandır. Mömin, "... sizdən əvvəl özlərinə kitab verilənlərdən və şirk qaçmaqda olanlardan əlbəttə çox əziyyət verici (sözlər) eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
." (Ali İmran Surəsi, 186) ayəsinin hökmü gərəyi, bunların hamısının imtahanın bir parçası olduğunu bilər və bunlara səbir göstərmənin gözəlliklərə açılan bir yol olduğunu unutmaz.

Xəstəliklə İmtahan:

Mömin, xəstəliyin Allahdan gələn bir sınaq olduğunun şüurundadır. Özünə isabət edən ağır xəstəlikdə, bunun Allahdan gələn bir imtahan olduğunun fərqinə varan və köməyi yalnız Allahdan diləyib təvəkküllü rəftarını qoruyan Hz. Eyyub bu mövzuda çox gözəl bir örnək təşkil edər. Ayrıca şiddətli bir xəstəlik, kamil bir imana sahib olmayan insanın tez etiraz göstərə biləcəyi ya da mənəvi zəifliklərini ortaya çıxara bilən bir vəziyyətdir. Ancaq bu zəifliyinin fərqinə varan adam, səmimi iman sahibi isə dərhal bunu təlafı yoluna gedər. Beləcə xəstəlik onun səhvini fərq etməsinə yol açdığı üçün bir gözəllik halını alar.

Kasıblıq və Aclıq Qorxusuyla İmtahan:

Şeytan, zəif imanlı kəslərə kasıblıq qorxusu verə bilər. Bir Quran ayəsində şeytanın səyi belə bildirilmişdir:

"Şeytan, sizi kasıblıqla qorxudur və sizə çirkin-həyasızlığı əmr edir. Allah isə, sizə Özündən bağışlama və bol lütfkarlıq (fəzl) vəd edir. Allah (rəhmətiylə) geniş olandır, biləndir." (Bəqərə Surəsi, 268)

Möminlərsə, canlarının, mallarının və sahib olduqları hər şeyin Allaha aid olduğunu, ruzini verənin də alanın da Allah olduğunu bildikləri üçün, bunlarda meydana gələn bir azalma onların əxlaqlarını, düşüncələrini və Allaha olan sədaqətlərini əsla təsir etməz.

Müxtəlif Qorxular:

Bəzi insanlar ölüm qorxusuyla, gələcək qorxusuyla, sevdiklərini itirmə ya da müvəffəqiyyətsizlik kimi qorxularla imtahan olduqlarında hər şeyin qədərdə olduğunu unutma qəflətinə düşə bilərlər. Halbuki bunlar şeytanın ürəklərə qorxu salmaq üçün verdiyi təlqinlərdir.

Romantiklik:

Dəyişən şərtlərdən ruhən təsirlənmək kimi Qurana tərs düşən hər hərəkət, şüur altına yerləşən romantiklik təlqininin bir işarəsidir. Möminlər bunun şeytandan gələn romantiklik təlqini olduğunu bilir və Qurana görə davranırlar.

Pessimizm və Ümidsizliyə Düşmə:

Şeytan pessimizm və ümidsizlik təlqini verərək insanları şövqsüz bir ruh halına sürüməyə çalışa bilir ancaq iman edənlər bunun bir sınaq olduğunu bilərlər.

Vəsvəsə və Şübhələrə Qapılma:

Şeytan gerçəkdə var olmayan hadisələri insanların başlarında sanki varmış kimi göstərər. Adamın sevilmədiyi, güvənilmədiyi, müvəffəqiyyətsiz olduğu kimi müxtəlif şübhələrə qapılması bu imtahanlara bir nümunədir.

Dünya Həyatının Bəzəkləri:

Şeytan adamı sonsuz axirət həyatını düşünməkdən saxlayıb dünya həyatına yönəltmək üçün mal, sərvət ehtirasını ya da azğın əyləncələri bəzəkli göstərməyə çalışar. Bu bəzəklər də adama bir imtahan meydana gətirə bilər.

Hirs və Kin Duyma:

Şeytan insanlara hirs və kin təlqini verməyə çalışar. İnsanların işlərinin planladıqları kimi getməməsi, yaxınlarına əsəbiləşib qızmaları, gündəlik həyatın bir parçası olan məsələn trafik sıxılmışlığı kimi vəziyyətlərdə hirslənib Quran əxlaqına uyğun olmayan rəftarlar sərgiləmələrini istər. Mömin üçün bu tip vəziyyətlər, "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran Surəsi, 134) ayəsinin hökmü gərəyi hirslərini məğlub etdikləri bir imtahan mövqesindədir.

Möminlərin Alacağı Gözəl Nəticə

Dünyadakı imtahan mühitində, sağlam fikir sahibi insana düşən, vicdanının səsini dinləyib, Allahın özünü bir sınaqdan keçirdiyini heç bir şəkildə unutmamaqdır. Səmimi ürəklə Allaha yönələn bir insan qarşısına nə növ bir çətinlik çıxarsa çıxsın, mütləq bir asanlıqla qarşılaşacaq və doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq bir qazancla nöqtələnilməsidir. Ən böyük qazanc isə heç şübhəsiz, iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artıracaq olmasıdır. Allah möminləri Quranda belə müjdələmişdir:
Heç şübhəsiz Allah, möminlərdən -qarşılığında onlara mütləq cənnəti vermək üzrə- canlarını və mallarını satın almışdır... (Tövbə Surəsi, 111)

...Bu halda etdiyiniz bu alverdən ötəri sevinib-müjdələşin. Budur 'böyük qurtuluş və xoşbəxtlik' budur. (Tövbə Surəsi, 111)


Geri dön

tunar_mamedov

  • 22 aprel 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
ALLAH RAZI OLSUN ....

Ehli Beyt Ashiqi

  • 10 aprel 2011 14:56
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Verdikleriniz Gozel xeberlerdi, Allah Razi Olsun!
inshAllah Burdaki imansizlar ve Butun Imansizlar Imana gelerer, ALLAH OZU HODAYET ETSIN (AMIN)

фея

  • 29 mart 2011 22:34
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
cox saqol deyreli xebere gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

YazYamuru

  • 29 mart 2011 22:08
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
SkYlInE,
aamin in$allah.......
T$k.deyerli xebere.

--------------------



ozlem2010

  • 29 mart 2011 22:06
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
INSALLAH HER KES BU IMTAHANDAN UZU AG CIXAR AMIN

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

huseyn12

  • 29 mart 2011 21:19
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Siz çox sağ olun, fikirlərinizi bildirdiyiniz üçün.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

lider

  • 29 mart 2011 20:37
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH HAMIMIZIN KOMEYi OLSUN. AMiN.

kelli

  • 29 mart 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
tesekkur xebere gore

only-girl

  • 29 mart 2011 18:59
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: Lexikon
tewekur ilk serh menden


--------------------

::..ONSLAUGHT::..

  • 29 mart 2011 18:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Xebere gore teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ZEHRA

  • 29 mart 2011 18:42
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Xebere gore teshekkurler

nilayka

  • 29 mart 2011 18:39
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
çox maraqlı xəbərdir təşəkkür edirəm

--------------------

Cant_Breathe

  • 29 mart 2011 18:17
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Xebere gore teshekkurler

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

H.A.D.E.

  • 29 mart 2011 17:36
  • Məqalə: 3
  • Şərh: 71
  • Bal:
{awards}
TƏŞƏKKÜRLLƏR MARAQLİ İDİ HƏMDƏ ÇOXX MARAQLİ BİZ ALLAHİN QARŞISINDA QARIŞQADAN BELƏ BALACAYİQ

--------------------
Hayatta Iki Kör Taniyorum ; 1.'si Senden Başkasini Görmeyen Ben,2.'si Beni Göremeyen Sen

AYAN N.URIYEVA

MuslimGirl

  • 29 mart 2011 17:03
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Deyerli ve cox maraqli xebere gore tesekkurler. Allah merhemetli ve rehimlidir. Inshallah, bizi oz saleh bendelerinden eder. Amin!

Hazal_Kaya

  • 29 mart 2011 17:01
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
twk edirem

twk edirem

Lexikon

  • 29 mart 2011 16:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}