Heç deyilməmiş kimi

 
Heç deyilməmiş kimi

Necə çətindir deyilən sözləri geri qaytara bilməmək.
Heç olmamış kimi. Heç deyilməmiş kimi. Düşünmədən bir anlıq
deyilən sözün təlafisi mümkünmüdür? Nə deyəcəyini ya da nə edəcəyini əvvəlcədən
bilmək olmur bəzənlərdə.İçindən gəlmişdir bəlkə. Ya da sənə görə doğru zaman
və doğru sözdür.Haqlı ya da haqsızsan.Söz ağızdan çıxmışdır nəhayətində.
Sonra necə düzəldilir ya da sözlərlə açılan yaralar necə sarılır? Necə sağaldılır?
Sözlərin xəyanəti bağışlana bilinir mi? Ya da sənin başqasına xəyanətin?

Vəfalı olmaqdır dostluq,sevgi. Almaq istəyirik hər zaman. Daha çox sevgi,daha çox vəfa,
daha çox sədaqət.Heç düşünürük mü ki nə qədərini veririk?Edilənləri o saatmı unuduruq?
Ya da bir söz üçün bütün yaşananlar həqiqətən mi unudulur? Cavab hə dirsə o zaman
siz heç zaman sevməmisiniz ki.Heç zaman dostluq etməmisiniz.Günümüz mü belə qurulub?
Zamanımız mı? Vermədinsə "sağol" deyəcək qədər asan və rahat. Vermədiyin gün vida
günüdür.Nə qəribə. Edilən hər şey unudulmuş və sən "pis" elan edilmisən.
Sadəcə son kəlimələr qalıb təkrarlanan.


"Niyə bu qədər qəddar davranır",
"Ağrıları böyütməkdən yorulmur?"
Hər dəfəsində də eyni yerdə tıxanıb qalırıq.
"Kim haqlıdır ya kim günahkar".


Sanki hər kəs bədbəxtliyə,kədərliliyə növbəyə düzülüb.Sanki hər kəsə lazım olan
buymuş kimi.Sevməyə tövbə mi edək? And içək ki daha sevməyək? Niyə?
Xəyanətdən qorxuruq,aldanmaqdan,qarşılıq almamaqdan qorxuruq deyə?
Qaydalı sevgiləri böyüdəcəyik ürəyimizdə? Ancaq qaydalı,qanunlu sevgilər yaşayacağıq?

Keçən gün sevdiyimlə dalaşdım.Heç kefim yox idi. Çox keçmədən rəfiqəm zəng elədi.
Hirsimi tökəcək adam tapmışdım.Qəlbini qırdım.Mən də qırılmışdım axı.
"Mənim problemim varkən səninlə danışıb güləcək deyiləm" dedim və bu kimi
o qədər çox söz sərf elədim ki... Sonra anladım.Nə qədər lazımsız sözlər sərf elədim.
Onun ki heç bir günahı yox idi.Yenə sözlərin xəyanətinə qurban getdim.Geri zəng
edib üzr istəsəm? İndi yox. Amma peşmanam. Hisslərimə qurban
etdiyim qəlblərə və düşünmədən dediyim kəlimələrə peşmanam.

İndi isə... təkliyin verdiyi əzabla sözlərin xəyanətinə əsir olduğum o gündən.
İndi nə sevdiyim var nə dostum. Bəs sözlər vəfalı olub onları geri verərmi ki yenidən?


Fikirləriniz...


Geri dön

_RONALDO_

  • 29 may 2011 18:11
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
superdi baciwka twk.

--------------------

only-girl

  • 3 aprel 2011 14:24
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
TESEKURLER

--------------------

HaMuSHaN

  • 1 aprel 2011 18:16
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
yaxwidi twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

::..ONSLAUGHT::..

  • 1 aprel 2011 17:32
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
super cox xosuma geldi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

marlin

  • 30 mart 2011 20:21
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
super cox xosuma geldi

--------------------

Sevinc_Keder

  • 29 mart 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
oxudum birsozle HARİKA

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

kelli

  • 29 mart 2011 22:22
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
tesekkur xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 75

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 42
Cəmi: 305
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 17
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}