Ünsiyyətin 50 qaydası

 
Ünsiyyətin 50 qaydası

Həmin qaydaları sizə təqdim edirik
Hər gün müxtəlif insanlarla ünsiyyət qururuq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyət qurmağın bir çox qaydaları müəyyənləşdirilib. Həmin qaydalar aşağıdakılardır:
1. Qarşınızdakını dinləməyi bacarın.
2. Səbrli olun.
3. Yumuşaq davranın.
4. Sizi dinləyənlərin başa düşə biləcəyi sözlərdən istifadə edin.
5. İnsanlara xoş söz deməkdən çəkinməyin.
6. Sinirlərinizə hakim olun.
7. Zarafat edəcəyiniz zaman yaxşı düşünün.
8. Suallara cavab verin.
9. Mövzunu yaxşı öyrənin.
10. Düşünmədən danışmayın.
11. Həmişə dərdli tərəf siz olmayın.
12. Qarşınızdakının reaksiyalarına diqqət edin.
13. Uduzma ehtimalını da nəzərə alın.
14. Yersiz tənqidlərdən qaçın.
15. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməyə çalışmayın.
16. Hündürdən danışmayın, səsinizin eşidilməyi kifayətdir.
17. Üzünüzün ifadəsinə nəzarət edin.
18. Ayaqlarınızı stolun üstünə qoymayın.
19. Bir nəfər sizinlə danışarkən, öz işinizə başınız qarışmasın.
20. Söhbət edərkən qarşınızdakı kağızları cızmayın.
21. Biri ilə danışarkən, bir başqası ilə pıçhapıç etməyin.
22. Başqasının sözünü kəsməyin.
23. Siqareti damağınızda saxlamayın.
24. Söhbət edə-edə yerdəyişmə etməyin.
25. Eyni sözdən təkrar-təkrar istifadə etməyin.
26. İnsanlara öyüd-nəsihət etməkdən çəkinin.
27. Məcazi mənalı sözlərdən istifadə etməyin.
28. Bəzən susmağı da bacarın.
29. Nitqinizi güclü tonla bitirin.
30. Başqalarını pisləməyin.
31. Məsləhət gördüyünüz şeylərə özünüz də əməl edin.
32. Yekəxanalıq etməyin.
33. Hamının işinə qarışmayın.
34. Sizdən məsləhət alınmadıqca, məsləhət verməyin.
35. Olduğunuz kimi görünün.
36. Lazımsız yerə ziddiyyət yaratmayın.
37. Ədalətli olun.
38. Qışqırmayın.
39. Başqalarını narahat edən zarafatlar etməyin.
40. İnsanlara tərs cavab verməyin.
TELEFONLA DANIŞARKƏN...
41. Telefonda əvvəlcə özünüzü təqdim edin.
42. Telefon aparatının səs ötürücü hissəsini ağzınıza yaxın tutun.
43. Qarşınızdakının sözünü kəsməyin.
44. Arada bir nəsə deyib qarşı tərəfdəkini dinlədiyinizi vurğulayın.
45. Telefonla danışarkən heç nə yeməyin.
MƏKTUB YAZARKƏN...
46. Lazımsız şeylər yazmayın.
47. Yazdığınızı ən azı bir dəfə oxuyun.
48. Təmtəraqlı sözlərdən istifadə etməyin.
49. Pis xəbərləri yumuşaq dillə çatdırın.
50. Yazınızı müsbət sonluqa bitirin.
Bütün bu yazılanlara əməl etməklə uğurlu ünsiyyət qurmaq mümkündür. İnsanlarla ünsiyyətdən çəkinməyin!


Geri dön

_RONALDO_

  • 10 may 2011 00:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
okey emel eleyerik... thank you......

--------------------

::..ONSLAUGHT::..

  • 3 aprel 2011 20:27
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

HaMuSHaN

  • 2 aprel 2011 17:44
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 2 aprel 2011 16:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TEWEKKURLER MARAGLI

--------------------

kristal

  • 31 mart 2011 15:28
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
19-amma mende herden eksi olur,basim oz islerime qarisir

Qara.Damar

  • 31 mart 2011 15:05
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
Bütün bunlar, bu qaydalar dahi amerikalı hüquqşünas və natoiq DEYL KARNEGİ nin kitablarında yazılmışdır. Onun "Dostu necə qazanmalı və insanlara necə təsir etməli" kitabını oxusanız, bu qaydalara rast gələ bilərsiniz. Məlumat üçün təşəkkürlər... Faydalı məlumatlardır...

İnsanlara təsir etmək üçün hər şeydən öncə qarşınızdakı şəxsin maraqlarından danışın. Əgər Siz öz problemlərinizdən, sizi maraqlandıran şeylərdən danışsanız, bu qarşısınzadı insan üçün çox maraqsız və cansıxıcı olacaqdır.

DEYL KARNEGİ

kelli

  • 31 mart 2011 13:29
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
tesekkur xebere gore

BeSt Of

  • 31 mart 2011 13:26
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
okey emel eleyerik... thank you......

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}