Azərbaycanım mənim: Şəki

 
Azərbaycanım mənim: Şəki

Şəki Azərbaycanın qədim şəhərlərindən biridir. Şəki şəhəri respublikanın şimal-qərbində,
Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə,
paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub
ətəklərində yerləşir. Şəhəri əhatə edən təbiət,
meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir.

Ərazisi 2.43 min km2 olan Şəkinin əhalisi 169 min nəfərdir.
O cümlədən, kənd əhalisi 103 min nəfər, şəhər əhalisi 66 min nəfər.
1 şəhər, 2 qəsəbə, 68 kəndi var. Əsas çayları Kiş, Şin, Daşağıldır.

Ölkənin ən qədim şəhəri Şəkinin əsas sənaye sahələri ipəkçilik , yeyinti, toxuculuq,
tikinti materialları, kənd təsərrüfatı sahələri - taxıl,
üzüm, tütün, heyvandarlıq, meyvə və giləmeyvədir.

1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının
tərkibinə daxil edilib.1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti qurulub.
1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edilib və Nuxa rayonu
təşkil edilib. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen
rayonuna verilib, respublika tabeçiliyində Nuxa şəhəri yaradılıb. 1965-ci ildən yenidən
müstəqil Nuxa rayonu təşkil edilib. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başlayıb.

Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılıb.
Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri
içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd edib.

Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn
belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşib və onu
Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövrdən
bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.

Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə
Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır.
Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena
adını veriblər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.

I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrilir. Şərq kilsələrinin anası
hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşir.
Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik
olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin
tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı.

XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə
yanaşı Şəki də müstəqillik qazandı. 1551-ci ildə şah Təhmasib
Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi.

1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan
xanlıqları içərisində ən güclü feodal dövləti idi.

1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki,
tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış,
bir qismi başqa yerlərə köçüb getmiş,
bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.

1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşüb.
1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirilib.
1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olunub və xanlığın əvəzinə Şəki əyaləti yaradılıb.

Memarlıq abidələrindən Şəki xan sarayı, Yuxarı Karvansara (XVIII-XIV əsrlər),
Aşağı Karvansaray (XVIII-XIV əsr),“Gələrsən-Görərsən” qalası (XV əsr),
Şəkixanovların evi (XVIII əsr), Giləkli məscidinin minarəsi, məscid, Qala divarları (XVIII əsr),
Dairəvi məbəd (XVII-XIX), Zəyzid məbədi (XI-XII), Kiş alban məbədini və başqalarını sadalamaq olar.

Xan sarayı

Şəkinin ən tanınmış abidəsi Xan sarayıdır. Qala divarları ilə əhatə olunan Xan sarayı
ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir.
Bu bina daha əvvəllər "Divanxana" adlanıb. Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən
sonra isə "Qorodskoy sud", yəni şəhər məhkəməsi oldu. Binanın tikintisinə 1789-1790-cı ildə
başlanılıb. İndi bizim "Şəki xan sarayı" adı ilə tanıdığımız bu bina, "Məhəmmədhəsən
xan Divanxanası"- 1789-1790-cı ildə Məhəmmədhəsən xan tərəfindən tikdirilib.
Binanın inşasına 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğındə pul xərclənib.
1 rus çervonu, yaxud İran tüməni o vaxtlar 3,4 qram çəkidə qızıl idi və
Şəki xanlığında, 1 il ərzində yığılan töycü (vergi) heç 7 min çervona çatmırdı.

Qala divarları

Qala ilk Şəki xanı olan Hacı Çələbi xanın (1743-1755) hakimiyyəti dövründə tikilib.
Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə,
cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir.

Qalanın cənub və şimal tərəflərdən iki darvazası
və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri var.

"Gələrsən görərsən"

Kişlilər bu qalaya Qız, gah da Qızlar qalası deyirlər.
Qız "alınmazlıq" və "məğlubedilməzlik" anlamını ifadə edir. "Gələrsən-Görərsən" qalası
Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının
sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qala ilə Kiş kəndi arasındakı
ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin
qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir.

1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkilir. Nadir şahın
qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün
çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparıb və ona sərt müqavimət
göstərmişlər. "Gələrsən-Görərsən" adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki,
üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş.
Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki onu almaq olmur?".
Ona cavab verirlər: "Gələrsən-Görərsən". Elə o vaxtdan qala belə adlanır.

Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə
2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin
sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi
Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki
təşkilata üzv qəbul edilib. Dünyanın Tarixi Şəhərləri Liqası nadir mədəniyyəti və ənənələri,
zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılıb. Bu təşkilat mədəniyyət,
tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi
məqsədilə 1994-cü ildə yaradılıb. Hazırda Dünyanın
Tarixi Şəhərləri Liqasında planetimizin 52 ölkəsindən 78 şəhər var.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:53
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

mirkamal97

  • 9 avqust 2011 23:41
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

_RONALDO_

  • 9 may 2011 17:54
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Seki-Azerbaycanin en gozel diyari. Dosi, cox sag ol. Melumat mene lazim idi,

--------------------

samir_252

  • 25 aprel 2011 23:41
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
tsk maraqli idi

deli qiz

  • 22 aprel 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
gozuuuuuuuuuuu yim

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 22:14
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 3 aprel 2011 14:47
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 23:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkur maraqli xeberdi coox sagolun

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 1 aprel 2011 09:47
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekur melumat ucun

only-girl

  • 1 aprel 2011 09:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------

HaMuSHaN

  • 1 aprel 2011 01:29
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

kiss love

  • 31 mart 2011 21:36
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

nilayka

  • 31 mart 2011 18:40
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: Anastasiya
Tşk Azərbaycanın hər bir guşəsi gözəldir


--------------------

_RONALDO_

  • 31 mart 2011 17:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Seki-Azerbaycanin en gozel diyari. Dosi, cox sag ol. Melumat mene lazim idi,

--------------------

SUADA_M

  • 31 mart 2011 17:03
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
cooooox sagol......

--------------------

BeSt Of

  • 31 mart 2011 16:36
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
a seen cozooo yiyimm..... azerbaijan....prosto superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr))))))))))))) thank u

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!

MuslimGirl

  • 31 mart 2011 16:36
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Seki-Azerbaycanin en gozel diyari. Dosi, cox sag ol. Melumat mene lazim idi,

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}