İbratamiz hekayələr

 
İbratamiz hekayələr

İki Ayı Balası

Bir kişi səfərə gedirdi, bir bardaq qızılını əmanət saxlamaq üçün qazının yanına gətirdi. Qazı evin taxçasını pul yiyəsinə göstərib dedi:
- Öz əlinlə əmanəti taxçaya qoy, gəlib öz əlinlə də oradan götürərsən.
Kişi bardağı taxçaya qoyub getdi. Qazı bardağı açıb, qızılları boşaltdı, bal ilə doldurdu.
Bir neçə aydan sonra pul yiyəsi gəlib əmanətini istədi. Qazı taxçanı göstərib dedi:
- Özün qoyduğun yerə əl uzat, götür.
Kişi bardağı götürüb evinə apardı. Açıb içində qızıl əvəzinə bal gördü. Durub başılovlu qazının yanına gəlib, əhvalatı danışdı. Qazı halını pozmadan dedi:
- Allahın qüdrətindən uzaq deyil, səni heçdən yaradan allah qızılı da bal eləyə bilər.
Kişi kor-peşman evinə qayıtdı, özünü məzəmmət etməyə başladı: «Mənə deyən gərək, ay axmaq, adam da qoyunu qurda tapşırar!»
...Haradansa Bəhlul Danəndə bu əhvalatı eşitdi, kişini çağırtdırıb dedi:
- Heç ah-uf eləmə, get evinə, üç-dörd aya sənin pullarını qazıdan alarıq.
Qazının oğlanları Bəhlulun evində ondan dərs alırdılar. Bəhlul ovçuların vasitəsilə bir cüt ayı balası tapdırdı və onlara tə'lim verməyə başladı. Əvvəlcə qazının müqəvvasını düzəltdi. Onu başında əmmamə, çiynində əba, yerdə əyləşən qoyub, hər gün ayı balalarını müqəvvanın dizi üstə yedirib içirdirdi... Beləliklə, ayı balaları qazının müqəvvasına öyrəşdilər.

Bir gün Bəhlul dərsdən sonra qazının oğlanlarını evə buraxmadı, onları bir otağa saldı. Qazı axşamüstü oğlanlarının evə gəlmədiyini görüb Bəhlula xəbər göndərdi ki, uşaqlar niyə evə qayıtmayıblar? Bəhlul da cavab verdi ki, təəccüblü bir hadisə baş verib: uşaqlar dönüb ayı olublar; qazı gəlib ayı balalarını apara bilər. Bu xəbəri eşidən qazı tez Bəhlulun yanına getdi. Bəhlul ona da əvvəl dediyi sözləri söylədi.

Qazı gedib Haruna şikayət elədi. Harun Bəhlulu çağırtdırıb əhvalatı soruşdu. Bəhlul dedi:
- Xəlifə sağ olsun, qazının uşaqları kitab oxuduqları zaman mən bayıra çıxmışdım, qayıdıb otağa girəndə gördüm ki, uşaqların yerində iki ayı balası əyləşib. O dəqiqə başa düşdüm ki, allahın qüdrətilə uşaqlar dönüb ayı balası olublar. İnanmayırsınızsa, gedim bu saat ayı balalarını, yə'ni qazının uşaqlarını gətirim məclisə.
Bəhlul getdi, qazı Harunun məclisində oturub gözlədi. Çox çəkmədən Bəhlul ayı balalarını Harunun məclisinə gətirdi. Bəhlul iki gün idi ki, ayı balalarını ac saxlayırdı. İçəri gircək onları buraxdı. Ayılar ətrafa baxmayıb, birbaş qazının üstünə cumdular və həmişəki adətləri üzrə, burunları ilə onun əbasının və ləbbadəsinin altını axtarmağa başladılar.

Bəhlul dedi:
- Xəlifə sağ olsun, hərgah bunlar qazının uşaqları deyilsə, bəs niyə məclisdə oturan bu qədər adamı qoyub təkcə qazının üstünə cumdular?
Qazı mə'yus olub evinə qayıtdı. Axşam olcaq Bəhlulun yanına gəlib dedi:
- Bəhlul, düzünü de, bu nə kələkdir mənin üçün qurmusan? Axı adam dönüb ayı ola bilməz!
Bəhlul dedi:
- Sənə əmanət verən kişinin balı qızıl olmayınca, ayı balaları da dönüb sənə oğul olmayacaqlar.
Qazı tutduğu işdən peşman olub, qızılları Bəhlula verdi. Bəhlul da uşaqları buraxıb, qızılları sahibinə qaytardı.

İbratamiz hekayələr

Allahin əmanəti

Peyğambəriminizn (s.e.s) zamanında Mədinədə Ummi Suleym adlı iffetli bir
mömin qadin yaşhayırdı. Günlərin biri onun gözünün agı-qarası yegane oğlu xestələnib ölür.
Həyat yoldaşının uşagın cənazəsini görməyə taqəti olmayacağənı bilib,
evə gələnə qədər qusul verib, kəfənləyib dəfn etdirir. Əri evə qayıdanda qadın onu
gülərüzlə qarşılayıb qarşısına yemək qoyur. Amma əri əlini süfrəyə uzatmazdan əvvel uşağin
harada olduğunu soruşur. Ummi Suleym birtəhər özünü ələalaraq deyir:
-Biri səne əmanət versə, onu sahibinə geri qaytararsan?
əri deyir:
- Elbəttə, qaytararam.
Ummi Suleym göz yaşlarını axıdaraq deyir:
-Elə isə xeberin olsun ki, Allahın bizə verdiyi əmanəti geri qaytarmali olduq.
Əri "Allahin tərəfindən gəlmişik, ona tərəfdə qayidacağıq" ayesini oxuyub
uşagın qəbri ustə gedir, onun məzarını qucaqlayıb hönkür-hönkür ağlayır.
Xəbər Peyğambərə (s.e.s) catır, onların yanına gəlib deyir:
-Kədərlənməyin, Allah sizə sağlam və əməlisaleh övlad verəcək.
Belə de olur, dünyaya oğlan uşaqları gə
lir ve sonradan Peyğamber (s.e.s) tərbiyəsi alıb Islamın qabaqcıl şxsiyyətlərindən olur.


Geri dön

_RONALDO_

  • 9 may 2011 17:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
HMMM SAĞOL TŞKKKK ƏZİYYƏTƏ)

--------------------

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 23:04
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 3 aprel 2011 14:43
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
Sitat: Cici-Kiz
Bu maraqli hekayeler ucun cooox sag olun!


--------------------

::..ONSLAUGHT::..

  • 1 aprel 2011 22:39
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 1 aprel 2011 08:57
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk xebere gore

--------------------

Nur_Ay

  • 1 aprel 2011 01:44
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK

--------------------

HaMuSHaN

  • 1 aprel 2011 01:09
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 1 aprel 2011 00:27
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sag ol xebere gore

--------------------

-=EFSANE-XANIM=-

  • 31 mart 2011 23:15
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
MARAQLI HEKAYELER IDI

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

ozlem2010

  • 31 mart 2011 21:24
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
TESEKKURLER MARAQLI IDI

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

Cici-Kiz

  • 31 mart 2011 21:24
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Bu maraqli hekayeler ucun cooox sag olun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

kiss love

  • 31 mart 2011 20:45
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler

--------------------

kelli

  • 31 mart 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
tesekkur xebere gore

marlin

  • 31 mart 2011 19:48
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
tewekkurler

--------------------

nilayka

  • 31 mart 2011 19:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol xebere gore

--------------------

SUADA_M

  • 31 mart 2011 18:13
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
HMMM SAĞOL TŞKKKK ƏZİYYƏTƏ)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}