Sumqayıtda 2 yaşlı uşaq fındıqdan öldü

 
Sumqayıtda 2 yaşlı uşaq fındıqdan öldü

Şəhərin heç bir xəstəxanasında endoskopiya aparatı olmayıb ki, fındığı onun nəfəs yolundan çıxarsınlar.Sumqayıtda 2 yaş yarımında olan Rəşad Süleymanov fındıq boğazında qaldığına görə dünyasını dəyişib. Amma bu ölümdə acınacaqlı tərəf odur ki, uşağın ana-atası onu həkim əvəzinə əvvəlcə çöpçüyə aparıblar. Çöpçü vəziyyəti qəlizləşdirərək uşağı xəstəxanaya aparmağı məsələhət görüb. Çırpınan körpəni valideyinləri nə az, nə çox düz 4 xəstəxananı gəziblər. Amma heç birində endoskopiya aparatı olmayıb ki, fındığı onun nəfəs yolundan çıxarsınlar.

Uşağın atası Cəmiyyət Süleymanov deyir ki, balaca Rəşad stolun üstündən fındıq götürüb yeyib: “Yoldaşım görüb ki, uşaq öskürür, boğazında nə isə qalıb. Aparmışıq çöpçüyə, gördüm dəyişiklik yoxdur, oradan da öz maşınımda aparmışam xəstəxanaya. Orada isə dedilər ki, apar Travmatalogiya şöbəsinə. Oradan da dedilər ki, aparım Uşaq Xəstəxanasına. Gecikdim, uşaq rəhmətə getdi”.

Valideyn cəhaləti və həkim səhlənkarlığı yenidən bir cana bədəl oldu. Sumqayıt şəhərində yaşayan Suleymanovlar ailəsinin yeganə, 2 yaş yarımlıq övladı Rəşad nəfəs yoluna fındıq parçasının düşməsi ilə dünyasını dəyişdi. Valideynin dediyinə görə, uşaq əllərində bir neçə xəstəxananın qapısını döysələr də, dərdlərinə əlac tapa bilməyiblər. Nəticədə, uşağı xəstəxanadan evə yox, morqa aparıblar.

Düzdür, oğlunun ölümündə ata özünü təqsirli bilsə də, övladının onun səhlənkarlığının qurbanı olduğunu desə də, burada həkimlərin günahı da az deyil. Uşağın vəziyyətinin pisləşdiyinə görə, ata C. Suleymanov ilk olaraq çöpçüyə müraciət edir. Bu üsulun övladına kömək etmədiyini gördükdə isə Sumqayıt şəhərində yerləşən özəl tibb mərkəzlərindən birinə gəlir. Mərkəzin həkimi bu xəstəxananın ambulator xidmət göstərdiyini bildirərək, endoskop olmadığından valideynləri Təcili Tibbi Yardım Xəstəxanasına istiqamətləndirir.

Həkim Leyla İbrahimova deyir ki, onlar bura gələndə, görüb ki, yad cisim yuxarı tənəffüz yollarında yoxdur: “Aşağı tənəffüz yollarına düşmüşdü. Təcili uşağı göndərdik xəstəxanaya ki, orada yardım göstərilsin”.

Valideyn deyir ki, Leyla xanımın məsləhəti ilə uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Lakin qapıdan onlara uşağa yardım etmək əvəzinə, düzgün ünvana gəlmədiklərini, uşağı əslində Uşaq Xəstəxanasına aparmaq lazım olduğunu deyiblər. Xəstəxananın baş həkimi də həmin gün uşağın adının qeydiyyata düşmədiyini təsdiqləyib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Vaqif Qəhramanovun sözlərinə görə, 23 mart 2011-ci il tarixində Suleymanov Rəşad adlı uşağın onların xəstəxanasına müraciətdə olmayıb: “Yəni bu adda uşaq qeydiyyatdan keçməyib. Zədə məntəqəsində, qeydiyyat şöbəsində belə belə bir uşaq qeydiyyatdan keçməyib”.

Nəhayət, valideynlər uşağı 3-cü məkan kimi, Uşaq Xəstəxanasına gətirirlər. Xəstəxananın baş həkiminin müavini Sevinc Əliyeva uşaq xəstəxanaya daxil olarkən artıq keçindiyini deyir. Yeri gəlmişkən, bu xəstəxanada da uşağa yardım edəcək cihaz endoskop olmayıb.

Onun sözlərinə görə, bu səbəbdən də birbaşa uşaq yönəlib somatik reanimasiya şöbəsinə: “Orada reanimatoloq və növbətçi qəbul həkimi tərəfindən, uşaq müayinə olunub. Sonradan 3-cü məsul növbətçi həkim cəlb olunub. Müayinə vaxtı artıq uşaq keçinmiş halda idi. Yəni həkimlər bu hadisəni aktlaşdırıblar. Uşaqda həyat əlfmətləri olmayıb. Tənəffüs, ürək və digər həyati vacib orqanların fəaliyyəti olmayıb. Uşaq soyuq, meyit halında gətirilib”.

Sumqayıt şəhər Uşaq Xəstəxanasında endoskopik cihazın olmadığını tətiqləyən həkim Sevinc Əliyeva cihazın tezliklə alınacağını vəd edir.

Amma bu cihaz çoxdan alınmalı idi. Ən azından Rəşad kimi neçə-neçə körpənin həyatını xilas etmək üçün..


Geri dön

_RONALDO_

  • 9 may 2011 17:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
allah regmet etsin

--------------------

Doktor

  • 3 aprel 2011 14:40
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Allah valideynlerine sebr versin!


--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 20:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 1 aprel 2011 16:52
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 1 aprel 2011 09:35
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
Allah rehmet elesin

only-girl

  • 1 aprel 2011 08:56
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
aaaaaaaa ALLAH REHMET ELESIN

--------------------

kukla_2019

  • 1 aprel 2011 03:31
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
Eger hekimler (yaxwi) pulun qiragini gorselerdi ............
heyf.
UWAQLAR MELEKDIRLER.

Nur_Ay

  • 1 aprel 2011 01:38
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN...

--------------------

Paris

  • 1 aprel 2011 00:51
  • Məqalə: 1
  • Şərh: 43
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Allah valideynlerine sebr versin!

AMIN!!!!

--------------------
Qadın kölgəyə bənzəyir, arxasınca gedirsən qaçır, qaçırsan arxanca gəlir. Əgər bir qadın yetərincə hirsli ve qərarlıdırsa edə bilməyəcəyi şey yoxdur.

Bir qadının üzü güldüyündə bir kişinin cibi aglayır.
Oscar Wilde

HaMuSHaN

  • 1 aprel 2011 00:50
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

kelli

  • 1 aprel 2011 00:29
  • Məqalə: 0
  • Şərh: 226
  • Bal:
{awards}
tesekkur xebere gore

_RONALDO_

  • 1 aprel 2011 00:26
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------

-=EFSANE-XANIM=-

  • 31 mart 2011 23:10
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
AY SAG OL,NECE DEFE DEMIWEM GETMEYIN COPCUYE,KIME DEYIRSEN? UWAQ YEMEK YEMEYEN KIMI DEYIRLER BOGAZINDA NEISE QALIB. HEMEN AILEYE ALLAH SEBR VERSIN,INWALLAH BAWQA OVLADLARI OLAR

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

nilayka

  • 31 mart 2011 23:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah valideyinlerine sebr versin twk xebere gore

--------------------

saleh_96

  • 31 mart 2011 22:32
  • Məqalə: 160
  • Şərh: 29
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN

--------------------
BARCELONA CHAMPION !!

lider

  • 31 mart 2011 22:18
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH REHMET ELESiN.

ozlem2010

  • 31 mart 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN COX PIS OLDUM

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

marlin

  • 31 mart 2011 21:58
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
xebere gore twk.uzuldum bele olmagina

--------------------

emirxan

  • 31 mart 2011 21:55
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
bu usagin findiq yediyini basa dusmurem.cox mu yeyib?Allah rehmet elesin.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}