Bir əhvalatsan

 
Bir əhvalatsan

Həyatla mübarizəmdə uduzurdum son zamanlar...Amma mən həyatla mübarizəmə davam edirdim.Inanırdım ki,bir gün şans mənim də üzümə güləcək...

Həyata olan bütün inamımı itirməmə baxmayaraq mübarizə aparmaqdan əl çəkmirdim çünki,həyata qarşı yenidən məğlub olmaq istəmirdim.
Bəzən özümü belə tanıya bilmirdim...Mən, mən olmaqdan çıxırdım. Sanki başqa biri idim..Çox zaman tək qalmaq istəyirdim özümlə..Həyatdan nə gözlədiyimi bilmədən mənasız həyat sürürdüm... Bitməyən gecələr, narahat yuxular, oyanmaq istəmədiyim səhərlər bir-birini qovurdu. Artıq həyat mənim üçün darıxdırıcı idi...

Gələcəyə qarşı olan ümidlərimin tükəndiyi an sən çıxdın qarşıma.Və o zaman yaşadığımı hiss etdim.Sanki həyata yenidən bağlandım..

Ürəyim yenidən canlanmağa başladı. Necə olduğunu unutduğum gülümsəmə yenidən yayıldı üzümə.Qaranlıq dağıldı, ümidlər yaşıllaşıb içimdəki yerini aldı.

Gecələrin bitməsini istəmirəm artıq. Çünki sən varsan. Səni yaşamaq istəyirəm.Özümə hər baxışımda səni görürəm...Həmişə mənimlə olmanı istəyirəm çünki,sən məni həyata bağladın...Mənim artıq bütün həyatım sənsən...
Yaşadıqca çoxalacaqsan. Sonsuz bir kəşfə çıxacağam səninlə. Hər gün yeni şeylər tapacağam səndə kəşf etməkdən, səni öyrənməkdən heç bezməyəcəyəm.

Yastığa başıma qoyub gözümü bağladığım da içimi sonsuz bir dinclik örtəcək bilirəm. Aylardır yata bilmədiyim yuxuları bir anda yatacağam. Ürək döyüntüləri ilə dolu qaranlıq saatlar bitəcək. Gecəmi də gündüzümü də sən dolduracaqsan. Səndən əvvəlinə aid nə varsa hamısını sildim.Səninlə birlikdə yeniləndiyimi hiss edirəm.
Hər səhər yeni günə deyil, xoşbəxtliyə oyanacağam.Səsini duymaq-eşitmək gücümü artırır, tükənməyəcək bir enerji verir.

Artıq hər şeyi keçmişdə qoyub səninlə yeni səhifə açmaq istəyirəm.Sən həyatın mənə verdiyi ən böyük xoşbəxtliksən.Yaxşı ki varsan.. Bir əhvalatsan sən... Həmişə yazılacaq amma sonu heç gəlməyəcək bir əhvalat...


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}