GoGear muse 3 portativ mediapleyer 2011

 
GoGear muse 3 portativ mediapleyer 2011

Philips şirkəti GoGear Muse məhsulunun üçüncü nəslini təqdim edib.

Model 3,2 dyüm sensor displeylə (480х320 çözünürlük) təchiz olunmuşdur. Mediakonteti dəstəkləyən formatlara gəldikdə isə bu siyahıya MP3, WAV, WMA, AAC, Ogg Vorbis, FLAC, APE, MPEG4 (SP/ASP, AVC/H.264 HP), RMVB və WMV9 daxildir.

GoGear Muse 3 Mediapleyerinin Başlıca Özəllikləri

Daxili daşıyıcının həcminə görə məhsul 3 variantda təqdim edilir: 8, 16 və 32 Gb. İstehsalçı GoGear Muse 3 modelində bir sıra orijinal texnologiyalar tətbiq etmişdir. Onlar arasında FullSound, Surround for Movies, SafeSound, Sound Personalization və LikeMusic də mövcuddur.

FullSound texnologiyası sayəsində, istifadəçi hətta səs-küylü məkanda olduqda belə, mediapeyer səsi yüksək keyfiyyətlə çatdırır. Bu baxımdan, kənar səsləri dəf edən dəst qulaqlıqları da mühüm rol oynayır.

Surround for Movies texnologiyası isə film seyri zamanı həcmli səs məkanı yaradır.

SafeSound olduqca yüksək səslə musiqi dinləyən zaman istifadəçinin eşitmə qabiliyyətini zədələnmədən qoruyur. Bu texnologiya bütün dinləmə prosesini analiz edir və lazım gəldikdə səs siqnalı cari səs səviyyəsinin eşitmə üçün təhlükə olduğu barədə istifadəçini xəbərdar edir.

Bu xəbərdarlıq gəldikdə sadəcə, Safe level düyməsini basmaq kifayətdir: bu zaman səs səviyyəsi avtomatik olaraq təhlükəsiz rejimə keçir.

Sound Personalization

Rahat nizamlamaya malik səs tarazlayıcısı olan Sound Personalization istifadəçi sxemlərini saxlamağa və onları avtomatik olaraq tətbiq etməyə imkan verir.

LikeMusic

LikeMusic sayəsində səslənmə xüsusiyyətinə görə oxşarlıq təşkil edən kompozisiyaların siyahısını tərtib etmək mümkündür. Bu sistem iş zamanı nəinki musiqi teqlərini analiz edir, həmçinin istifadəçinin daha çox nəyə üstünlük verdiyinə diqqət edir.

GoGear Muse 3 Mediapleyerinin Dəyəri

Məhsul bu ilin may ayında təqribən 215 dollara satışa çıxarılacaq.


Geri dön

_RONALDO_

  • 13 may 2011 16:36
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
NE QESENGDI

NE QESENGDI

--------------------

Doktor

  • 3 aprel 2011 14:35
  • Məqalə: 9
  • Şərh: 690
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

--------------------

nilayka

  • 1 aprel 2011 22:17
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tesekkurler

--------------------

only-girl

  • 1 aprel 2011 19:16
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
maarqli xeberdi twk...

--------------------

LOVELI_GIRL

  • 1 aprel 2011 16:31
  • Məqalə: 3
  • Şərh: 91
  • Bal:
{awards}
tesekkurler

HaMuSHaN

  • 1 aprel 2011 14:05
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
ilk werh menden twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}