Biz nəyə gülürük?!

 
Biz nəyə gülürük?!

Indiki şəraitdə heç də həmişə gülmək olmur. Bəzən çətin də olsa, günümüzün reallıqlarına, rastlaşdığımız gündəlik hadisələrə satira donu geyindirəndə gülürük. Bəs biz nəyə gülürük?!

Şəhər sakini onu indiki zamanda gülüşün təmin eləmədiyini deyir: "Nu saat gülüşlərimizin özü də saxtadır. Saxta yollarla insanı güldürmək mümkün deyil. Gülüş gərək içəridən gəlsin. İnandırıcı olsun ki, ürəkdən güləsən".

Digər bir sakin, "İndi heç nəyə baxıb gülmək olmur. Hara baxırsan ürəkağrısıdır",-deyir.

Başqa bir sakinimiz isə deyir ki, ən çox camaata pis olanda, onlara baxıb gülürəm: "Məsələn, camaatımıza baxırıq, elə hərəkətlər edirlər ki, onlara baxanda insanın gülməyi gəlir. Tamaşalardan daha çox onların hərəkətinə baxanda adamın gülməyi gəlir".

Bax belə... Paytaxt sakinləri bizim "ürəkdən gülə bilirsinizmi?" sualımıza belə cavab verirlər.

Bəzi ölkələrdə "Gülüş günü", bəzilərində isə "Səfehlər günü" adlandırılan 1 aprel ətrafdakı insanlarla zarafatlaşmaq, onların əhval-ruhiyyəsini qaldırmaq üçün tarixdir. Nəzərə alsaq ki, gülüş həm də insanın sağlamlığı üçün xeyirlidir, tez-tez olmasa da gülmək lazımdır. Amma baxır nəyə və necə? Görək indi biz azərbaycanlılarda adətən nə gülüş doğurur?

Təbii gülüşə üstünlük verdiyini söyləyən sakin, bizim çox adlı-sanlı sənət adamlarımızın oynadıqları rollardakı gülüşün bayağı olmadığını, həyatdan götürüldüyünü, çox təbii təsir bağışladığını və o zaman gülüşün ürəkdən gələn gülüş gülüş olduğunu deyir.

Sakinlərdən biri daha çox "Kökaltı" verilişinə baxıb güldüyünü, digəri ən çox
"Bu şəhərdə"nin səhnəciklərinə baxıb güldüyünü, bəziləri isə yalnız xarici komediyaların onda gülüş doğurduğunu söylədi.


Bu gün insanlar daha çox "Bakılı oğlanlar", "Bu şəhərdə"ni maraqla izləyirlər.
Onların hər il bir neçə dəfə anşlaqla keçirdiyi konsert proqramları bunu deməyə əsas verir.

Yaradıcı heyət aktyorun arvad paltarı geyinib göbək rəqsi oynamasının tamaşaçını daha çox güldürdüyünü düşünür. Bəzilərinin fikrincə isə bayağı yumora marağın artmasına səbəb tamaşaçı zövqünün korlanması və bir də məntiqsiz və mənasız səhnələrə pul ayıran sponsorlardır. Təəssüf ki, indi yumor ustaları belə aşağı səviyyəli gülüş yaratmağa üstünlük verirlər. Fikirləşirlər ki, əgər belə etsələr, o zaman daha çox tamaşaçı cəlb edəcəklər. Heç düşünmədən, hətta təhqir və söyüşlərdən belə istifadə edirlər. Halbuki dünyada başqa nümunələr də var.

Çarli Çaplin, Mister Bin kimi tanıdığımız Ruven Atkinson, Pyer Rişar, Lui de Funes, Adriano Çelentano, Kamal Sunar, Cim Kerrinin hətta adını çəkəndə hər kəsin üzündə təbəssüm yaranır. Güldürməyi bacarmaq artıq çoxdan xüsusi hazırlıq və istedad tələb edən yaradıcılıq keyfiyyəti kimi etiraf olunub.

Maraqlıdır, tamaşaçını bu gün də 20-30 il əvvəlin yolu ilə güldürməyə cəhd edən gülüş ustalarımız özləri müasir komediyalara baxanda nə qədər geri qaldıqlarını görmürlər? Azərbaycanın xalq artisti Səyavuş Aslanın da oynadığı "Hicran" tamaşası bu gün də gülüşümüzün ən yüksək nöqtələrindən sayılır. Amma bu aktyorun müraciət etdiyi üsul, pəltəklik hesabına gülüş yaratma cəhdi ideal variant deyildi. Arif Quliyevin səhnəyə həmişə büdrəyib yıxılaraq çıxdığını xatırlayaq. Bu yer tamaşaçının gülüşü üçün nəzərdə tutulurdu. Onun bir vaxtlar məşhur olan abituriyent obrazını xatırlayaq. O, nərdivan sözünün ruscadan necə tərcümə olunduğunu soruşan müəllimə "dırmaşenko" cavabını verirdi və bu da tamaşaçını guya güldürməliydi. Aktyor və aktrisalarımızın bu gün gülüş xatirinə əl və qol hərəkətlərinə müraciət etmələri, özlərini karlığa və ya korluğa vurmaları da əslində asan gülüş üçün nəzərldə tutulub. Amma bu cəmiyyətin fiziki cəhətdən əlil olan nümayəndələrinə həqarətdən başqa bir şey deyil. Ona görə də sonda aktyorun oynadığı səhnə yox, özü gülüş hədəfinə çevrilir.

Nə isə, bu gün gülüş günüdür... Amma unutmayaq ki, ən gülməli hadisələr kinoda, tamaşada yox, elə həyatın özündə baş verir.


Geri dön

_RONALDO_

  • 13 may 2011 16:33
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
twk xebere gore.

twk xebere gore.

--------------------

::..ONSLAUGHT::..

  • 3 aprel 2011 20:17
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 3 aprel 2011 14:34
  • Məqalə: 9
  • Şərh: 690
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlər

--------------------

YazYamuru

  • 1 aprel 2011 19:48
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: nilayka
maraqliydi tewekkurcik


--------------------



only-girl

  • 1 aprel 2011 19:11
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
maraqlidir

--------------------

LOVELI_GIRL

  • 1 aprel 2011 16:23
  • Məqalə: 3
  • Şərh: 91
  • Bal:
{awards}
maraqlidir

HaMuSHaN

  • 1 aprel 2011 13:41
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
twk xebere gore

twk xebere gore hamsin oxudum

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

ZEHRA

  • 1 aprel 2011 13:24
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
twk xebere gore

_RONALDO_

  • 1 aprel 2011 13:09
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
twk xebere gore.maraqlidir

--------------------

Mesume_Memmedzade

  • 1 aprel 2011 12:21
  • Məqalə: 16
  • Şərh: 240
  • Bal:
{awards}
Maraqli idi.
xebere gorede tskler

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥

nilayka

  • 1 aprel 2011 12:08
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
maraqliydi tewekkurcik

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 59

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 137
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 293
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 11
Cəmi: 70
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}