Sevdiyiniz meyvəyə görə xarakteriniz...

 
Sevdiyiniz meyvəyə görə xarakteriniz...

Portağal, alma, banan, albalı, üzüm, şaftalı, heyva, armud, əncir, qovun...
Bunların arasından ən çox hansını sevirsiniz?
Budur... Sevərək yediyiniz meyvəyə görə xarakterinizin analizi...



Əgər ən sevdiyiniz meyvə PORTAĞAL isə...
Sonsuz səbir və iradəyə sahib bir xarakterə maliksiniz... İşlərinizi yavaş, ancaq dərininə araşdıraraq edirsiniz, çox işləməkdən də əsla qorxmursunuz... Utancaq olma ehtimalınız çox yüksəkdir, ancaq etibarlı və sözünün əri bir yoldaşsınız... Partnerinizi incə ələyib, sıx toxuyaraq seçir və onu bütün ürəyinizlə sevirsiniz...


Əgər ən sevdiyiniz meyvə ALMA isə...
Bədxərc, tələskən və sözünü deməkdən çəkinməyən bir insansınız, sərt və hirsli bir quruluşunuz var... Çox yaxşı bir təşkilatçı olmasanızsa da, bu yaxşı bir lider olmayacağınız mənasına gəlmir... Sürətli qərar vermə və irəliyə doğru addımlar atmada çox yaxşısınız... Səyahət etməyi xoşlayırsınız... Partnerinizlə bərabərkən gözləriniz işıldayır... İçinizdəki həyata sevincinizi heç söndürmürsünüz...


Əgər ən sevdiyiniz meyvə BANAN isə...
Doğuşdan simpatik, xoşgörüşlü və şəfqətli bir quruluşunuz var... Utancaq bir insansınız və tez-tez özünə inam əskikliyinin qurbanı olursunuz... İnsanlar sizin yumşaq üzlü olmanızdan faydalanır... Partnerinizin sizi həm ruhi, həm fiziki olaraq çəkməsi lazımdır və qarşısındakını bir tanışı kimi görərək sevən bir quruluşa sahibsiniz...


Əgər ən sevdiyiniz meyvə ALBALI isə...
Həyat sizin üçün çox da insaflı deyil... Enişli - çıxışlı bir həyatınız var, xüsusilə də professional mənada...Hələ özünüz üçün kafi təcrübəyə sahib olmadığınızı, hələ kiçik məbləğlərlə məşğul olduğunuzu düşünürsünüz. Müdhiş bir təxəyyülünüz var, yaradıcı işlərlə məşğul olmaqdan xoşlanırsınız... Sadiq bir partnersiniz, ancaq duyğularınızı ifadə etməkdə çətinlik çəkirsiniz…

Əgər ən sevdiyiniz meyvə ÜZÜM isə...
Ümumiyyətlə nəzakətli bir insansınız, ancaq tez-tez ani əsəb gərginlikləriniz də olur və tez sakitləşirsiniz… Gözəl olan hər şeyi sevirsiniz. İsti və ictimai bir insan olmanız səbəbiylə ətrafınızda məşhursunuz... Etdiyiniz hər şeydən zövq alır, eyni coşğu və enerjini partnerinizin də paylaşmasını istəyirsiniz... İnsanlar sizinlə bərabərkən sıxılmır, çünki onlara təklif edəcək çox şeyiniz var...


Əgər ən sevdiyiniz meyvə ŞAFTALI isə...
Olduqca şən bir quruluşa sahibsiniz... Yaşamağı sevirsiniz... Dostluqlar həyatınızın imtina edilməz bir parçasıdır...Hadisələri böyütmür və tez bağışlayırsınız… Açıqsözlü və doğruyu sevən bir insansınız... Müstəqil və həvəsli xarakteriniz sizi tutduğunu qoparan bir insan edir... İdeal bir partner və ehtiraslı bir aşiqsiniz, ancaq sevginizi digər insanların gözü qarşısında göstərməkdən xoşlanmırsınız...


Əgər ən sevdiyiniz meyvə HEYVA isə...
Təvazökar və mühafizəkar bir şəxsiyyətiniz var... Dərin düşünən və diqqətli bir quruluşa sahib olmanız səbəbiylə, heç bir işi tələsiyə gətirmirsiniz. Ehtiraslı bir insansınız, detal və ədədlərlə iş tələb edən işlərdə çox müvəffəqiyyətlisiniz... İnsanların səhvlərini anında görə bilirsiniz… Partnerinizi seçərkən, görünüşündən çox zəkasına dəyər verirsiniz…


Əgər ən sevdiyiniz meyvə ARMUD isə...
Ağılınıza bir şey qoydunuzmu şübhəsiz bacarırsınız, lakin ümumiyyətlə dəyişən və başladığı işi bitirməkdə çətinlik çəkən quruluşunuz var... Çünki əməyinizin nəticəsini dərhal əldə etmək və ya başdan nəticənin nə olacağını bilmək istəyirsiniz... Zehni xəbərdar edilmələrə açıqsınız və fikir əsasında mübahisə və müzakirələrdən xoşlanırsınız… Çox tez dostluq yarada bilsəniz də, əlaqələri davam etdirməkdə problem yaşayırsınız…


Əgər ən sevdiyiniz meyvə ƏNCİR isə...
Ciddi, düşüncəli və həssas bir quruluşa sahibsiniz... İctimailəşməkdən xoşlansanız da, müəyyən bir məsafəni qorumağa diqqət göstərirsiniz, özünüzə saxladığınız bir sahə hər vaxt olmalıdır...Açıqgözlü, tez qavrayan və çoxbilmiş bir insan olmağınız səbəbiylə, xüsusilə iş həyatında hər daim yüksəkdə olmağı sevirsiniz... İnadçı bir insansınız... Partnerinizdə ehtiraslardan əvvəl beyinə baxırsınız…


Əgər ən sevdiyiniz meyvə QOVUN isə...
Qorxusuz bir insansınız, olub bitəni, başınıza gələnləri təbii qarşılayır, üstündə dayanmırsınız… Əyləncəli şəxsiyyətiniz və comərd quruluşunuz səbəbiylə insanlar sizə doğru yönəlir... İş həyatında tutduğunu qoparan bir insansınız, doğru zamanda doğru yerdə olmaqda ustasınız… Yeni insanlarla tanış olmaqdan xoşlanırsınız... Qarşı cins üzərindəki ən təsirli silahınız, yumor anlayışınızdır...



Geri dön

Narka E-ZaDe

  • 24 avqust 2011 13:44
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
Əgər ən sevdiyiniz meyvə BANAN isə...
Doğuşdan simpatik, xoşgörüşlü və şəfqətli bir quruluşunuz var... Utancaq bir insansınız və tez-tez özünə inam əskikliyinin qurbanı olursunuz... İnsanlar sizin yumşaq üzlü olmanızdan faydalanır... Partnerinizin sizi həm ruhi, həm fiziki olaraq çəkməsi lazımdır və qarşısındakını bir tanışı kimi görərək sevən bir quruluşa sahibsiniz...dogrudur

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Tacire

  • 28 iyul 2011 10:26
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
mən bütün meyvələri sevirəm axı..........

hazal kaya

  • 9 may 2011 14:08
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
aslinda ben butun meyveleri severim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 59
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}