Yaşamaq gərəkmiş yalan dünyada,
Yaşa,mənsiz yaşa,fani həyatda.
Gözəllik aldatmış saf qəlbinizi
Özündə bilmədən yanarsan odda.
Yaşamaq yanmaqdır biləsən gərək,
Hər əzab-əziyyəti çəkəsən gərək.
Acılı-şirinli xoş günlərini
Bir gün gülərüzlə anasan gərək.
Həyatın hər üzü acı-şirinmiş,
Döyülən hər qapı açıq deyilmiş.
Bir gün döydüyün böyük bir qapı
Sənincün ən böyük acı veribmiş.
Bəzən sevgi odu yandırır bizi,
Özümüz bilmədən itirir izi.
Demək yalan imiş hər xoş sözü
Sevginin mənası artıq itibmiş.
Bilmək gərəkməzmiş sevgi nə imiş,
Yalanın doğrusu acı həqiqətmiş.
Mən sevdim sənintək bir qəlbsizi,
Sənin sevdiyin yar gözəl xəyalmış.
Yaşa,mənsiz yaşa,fani həyatda.
Gözəllik aldatmış saf qəlbinizi
Özündə bilmədən yanarsan odda.
Yaşamaq yanmaqdır biləsən gərək,
Hər əzab-əziyyəti çəkəsən gərək.
Acılı-şirinli xoş günlərini
Bir gün gülərüzlə anasan gərək.
Həyatın hər üzü acı-şirinmiş,
Döyülən hər qapı açıq deyilmiş.
Bir gün döydüyün böyük bir qapı
Sənincün ən böyük acı veribmiş.
Bəzən sevgi odu yandırır bizi,
Özümüz bilmədən itirir izi.
Demək yalan imiş hər xoş sözü
Sevginin mənası artıq itibmiş.
Bilmək gərəkməzmiş sevgi nə imiş,
Yalanın doğrusu acı həqiqətmiş.
Mən sevdim sənintək bir qəlbsizi,
Sənin sevdiyin yar gözəl xəyalmış.