1 Aprel həmdə quşların mühafizəsi günüdür!

 
1 Aprel həmdə quşların mühafizəsi günüdür!

1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gün də məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, onların köçüb gəlməsinə hazırlaşırlar.Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var.

Quşlar, insanlardakı kimi bir qırtlağa sahib deyil. Bunun əvəzinə onlarda “syrinks” deyilən bir orqan var . Bu orqan sayəsində onlar müəyyən səs çıxarma qabilliyyətinə malikdir.Bir quş, eyni anda iki fərqli səs çıxara bilər, hətta özü ilə duet də oxuya bilər.Quşlar bu səslə bir - birinə mesaj göndərir,onlar təhlükə, ərazini müəyyən etmə, toplaşma, qidalanma və xoşlanma kimi bir çox ismarıcı özlərində təcəssüm etdirir .İnsanın və digər canlıların həyatlarının tənzimlənməsində səslər də böyük rol oynayır.Quşlar həyatlarının çox erkən dövründə,hətta yumurtadan çıxmadan əvvəl səslərini istifadə edə bilmə qabiliyyətinə malikdirlər. Məsələn, bildirçin balaları bir-biriləri arasında və anaları ilə xəbərləşməyə yumurta içində ikən başlayır.Bunun sayəsində balalar yumurtadan eyni vaxtda çıxır.

Meşəlik ərazisindəki quşların ötməsi üçün səhər vaxtı ən uyğun zamandır.Çünki ətraf sakitdir. Həm də səs təmiz səslənə bilir. Digər tərəfdən bu vaxt yırtıcı quşların az göründüyü vaxtdır. Üçüncüsü, böcək yeyən quşlar üçün, hələ böcək kimi xəbərdarlıqedicilər meydana çıxmadığına görə ov zamanı deyil. Dördüncüsü, bir çox dişi quş üçün səhərin bu vaxtı,yumurtaların üstünə oturmadan əvvəlki ən yaxşı zaman dilimidir.Axırıncısı, bir erkəyin dişini yaxşı ötərək dəvət edə biləcəyi ən uyğun zamandır. Bu dişi üçün olduqca vacibdir.Çünki erkəyin ötüşündəki gözəllik onun bir gün əvvəlki qidalanma vəziyyəti ilə əlaqədardır. Dişilər, nəsillərinin davam etməsi üçün qidalanan erkəkləri seçirlər. Quşlara oxutdurulan mahnılar diqqətlə tədqiq edildikdə, onların bir çox musiqi aləti ilə belə çıxarıla bilməyən səsləri böyük məharətlə çıxartdığı müşahidə edilir.Bu sahədə aparılan araşdırmalar isə nəğmələrin bir qisminin yaradılışdan verildiyini, bir qisminin də ətrafındakı quşlar vasitəsilə öyrənildiyini göstərib.Əsasən,quşların səs çıxara bilməsi,eşidə bildikləri anlamına gəlir.

Ancaq quşlar xaricdən görülə bilən formada bir qulağa sahib deyil və quşlara insanlardan fərqli eşitmə mexanizmi verilib. Quşlar səsi və səsin gəldiyi yeri mükəmməl formada xatırlaya bilir. Bəzi sahələrdə səs müəyyən bir oktavadan çıxa,lakin insanlar onu fərqli bir oktava kimi qəbul edə bilər. Ancaq quşlarda belə bir vəziyyət yoxdur. Quşlar insanların fərqinə varmadığı qısa notları da hiss edir.

Quşlar xüsusilə ekoloji tarazlığın təmin olunmasında vacib rol oynayır. Bundan başqa rabitənin dövrümüzdəki kimi inkişaf etmədiyi dövrlərdə, xüsusilə göyərçinlər məktublaşmaqda istifadə edilib.


Geri dön

::..ONSLAUGHT::..

  • 3 aprel 2011 20:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
maraqlı xəbər idi təşəkkürlər

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Doktor

  • 3 aprel 2011 14:06
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
maraqlı xəbər idi təşəkkürlər

--------------------

HaMuSHaN

  • 2 aprel 2011 17:10
  • Məqalə: 72
  • Şərh: 1188
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

_RONALDO_

  • 2 aprel 2011 16:30
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sogolun

--------------------

nilayka

  • 2 aprel 2011 13:58
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

only-girl

  • 2 aprel 2011 13:27
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
cox sogolun

--------------------

_RONALDO_

  • 2 aprel 2011 12:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sogolun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 20
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}