Bir vicdan sahibini axtarır

 
Bir vicdan sahibini axtarır

O gün şəhərə çıxmışdım,sadəcə gəzintiyə.Mən tək-tənha şəhərin adamla dolu küçələrini gəzməyi çox sevirəm.İnsanların çoxluğu sanki fikirlərimə aydınlıq gətirir.Onların arası ilə keçib getdikcə elə bil axına qarşı hərəkət edirəm,bu axın beynimdəki dumanı yuyub aparır, mən daha aydın düşünə bilirəm.


Elə günlərimdən biri idi.Bakının adamla dolu küçələrini fərqinə varmadan gəzirdim-öz düşüncələrimlə baş-başa.İçimdə bir qurur vardı.Son vaxtlar özümlə qurur duyduğum anlar çox olur,deyəsən indi də elə idi)

Bir vicdan sahibini axtarır

Bir də baxdım ki,İçərişəhərdəyəm.Ora məndə xoş xatirələr oyadır həmişə,odur ki qədimi küçələri bir də gəzmək,şəhəri bir də keçmişilə seyr etmək istədim.Gəzdim,dənizdən xəfif bir meh əsirdi.Havanı içimə çəkdim.Sanki bir az da yüngülləşdim.Elə qayıbdıb gəlmək istəyirdim ki,gördüm küncə qısılıb kimsə ağlayır.Artıq axşamın qaranlığı düşmək üzrə idi.Yaxşı görmək üçün yaxınlaşdım.
Bu balaca bir vicdan idi.Büzüşüb oturmuşdu.Elə tənha,elə yalqız idi ki.Yazığım gəldi ona.
-Azmısanmı, soruşdum.
-Yox,dedi-məni burda unudub gediblər.
-Sahibini tanıyırsanmı,gedə bilərsənmi ona?
-Sahibimi tanıyıram,amma ünvanını bilmirəm ki.Bizə ünvan öyrətmirlər dünyaya gələndə.Bizə ancaq düz olmağı,hamı ilə ədalətlə davranmağı öyrədirlər.Mən də sahibimə bunları öyrədirdim.
-Əvəzimdə səni satdilarmı?
-Yox,sadəcə unutdular.

Bir vicdan sahibini axtarır

-Bəlkə başqasına gedəsən.Axı vicdanını itirmiş o qədər adamlar var ki.İndi axtarırlar.Onların sənə ehtiyacı var.Sənin də insanlara ehtiyacın var.İnsanlar olmasa kimin vicdanı olarsan bəs?Elə bu küçələrdə tənha dolaşarsan ruh kimi.

-Yox,hər kəsin öz vicdanı var axı.Mən başqasının vicdanı ola bilmərəm.O vicdanını itirənlər öz vicdanlarını axtarırlar.İnsanlar öz vicdanlarına ancaq sahib çıxa bilirlər,başqasının vicdanını qorumaq mümkün deyil axı.Mən də öz sahibimə qayıtmalıyam.Amma hələ kiçiyəm,bir az böyüyüm gedəcəm onu axtarmağa.
-Bəs o zamanacan nə edəcəksən?
-Burda oturub onu gözləyəcəm.Bəlkə yadına düşdüm.Qayıtdı arxamca.
Getmək istədim,bir də dönüb baxdım ona.Ürəyim getmirdi,bu balaca varlıq mənə elə əziz idi ki.Onu tək qoymağa ürəyim gəlmirdi.Qayıtdım,öz vicdanımı ona əmanət etmək istədim.Tək qalmasın deyə.Birlikdə gözləmək daha asan olardı deyə.Nə vaxt sahibini tapsa mənim də əmanətimi qaytarardı.Qəbul etmədi:
-Onda mən vicdan olmazdım,eqoistlik olardım.
Indi burda elan vermək istəyirəm.

Bir vicdan sahibini axtarır

Vicdanını itirən varmı?


Atılmış,tərk edilmiş bir vicdan sahibini axtarır.


Geri dön

Narka E-ZaDe

  • 24 avqust 2011 13:39
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
deyerli yaziya gore minetdaram!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_SliPkNoTkA_

  • 22 iyul 2010 09:50
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
thanks

--------------------

Mr_Unlimited

  • 21 iyul 2010 11:34
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler cox maraqli hekayedi

Jackson_fanatı

  • 21 iyul 2010 06:49
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Thanks

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 63
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}