Mirzə Fətəli Axundov

 
Mirzə Fətəli Axundov

Həyatı:

1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı
Xamnə qəsəbəsinə köçmüş, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində
yaşamışdir, 1825-ci ildə anası ilə Şəki*yə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən
Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır.
Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu
Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri
bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına,
ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə
daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tbilisiyə getmiş, Qafqaz canişininin
baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün
sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar
Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. Axundzadə "Əkinçi"
qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində
"Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.

Axundzadə bədii yaradıcılığına şerlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).
Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi
sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

Əsərləri:

1.Aldanmış Kəvakib
2.Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)
3.Hekayəti Molla İbrahimxəlil Kimyagər
4.Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
5.Sərgüzəşti Vəziri-Xani Lənkəran
6.Hekayəti Xırsi-Quldurbasan

Qeydlər:

1.Əsərləri. 3 cilddə. Bakı: Şərq-Qərb, 2005, c.I, 296 s.; c.II, 376 s.; c.III, 296 s.
2.Ахундов М.Ф. Восточная поема на смерть А.С.Пушкина. Баку: Азернешр, 1982, 22 стр.
3.Ахундов М.Ф. Обманутые звёзды. Баку: Детюниздат, 1957, 56 стр.


Geri dön

Cici-Kiz

  • 4 aprel 2011 23:22
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
Cox sag olun xebere gore. Men de Şekide M.F. Axundovun ev muzeyinde olmuşam

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 4 aprel 2011 20:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: Anastasiya
Tşk maraqlıdı


--------------------

lider

  • 4 aprel 2011 18:53
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ilk wehr menden. bilirdim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}