Sevdiyimiz rənglər

 
Sevdiyimiz rənglər



Qadınlar:
İlk rəng olaraq seçimi ağ olan qadın, istəsə də, istəməsə də ürəyin saf və təmiz duyğularla zəngindir. Nəzakət qaydalarına riayət edə bilən, təvazökar biridir. Dəbdəbəli və səs-küy səs-küylü şən bir həyat onun üçün heç də cazibədar deyil. Evi onun hər şeyi, başqa insanlara kömək də hədəfidir. Şən ola bilər ancaq ümumiyyətlə sakit və səssiz bir quruluşdadır. Əlinin hər işə uyğun olması və bacarıqları onun digər xüsusiyyətləridir. Müsbət düşüncə tərzi, onu bəzən sərt və mərhəmətsiz biri etsə də ədalətli və doğru insan olmaqdan yayınmır.
Kişilər:
Ağ rəngi sevən bir kişi isə heç vaxt qorxaq və də utancaq bir quruluşda ola bilməz. Tərsinə zalım və soyuqqanlı belə ola bilərlər. Həyəcanını xaricə əks etdirməyən, sabit və sakit quruluşlu bir insan şəxsiyyətindədirlər, onların həyatında təlaş olmadığı kimi bir də, nizamlı, həddindən artıq dərəcədə diqqətcildirlər. Praktikaya əhəmiyyət verərlər, güclü bir yaddaşları olması üçün isə heç bir səy göstərməzlər. Səbrli, enerjili və həddindən artıq güvən duyğularına sahibdirlər. Möhkəm quruluşlu bədənləri, sirr dolu dünyaları vardır. Bir də köməy etməyi çox sevirlər.

Sarı
Qadınlar:
Sarı rəngin parlaq ancaq tünd ton olanını sevən qadın, dedi-qoduya meyli çox olan bir insandır. Dayanmadan danışmağı çox sevirlər. Davranış, hərəkətlilik baxımından da sabitdirlər. Üzləri boş və mənasız baxdığı zaman bilinməlidir ki, danışılan mövzu ağır, onlar baxımından maraqsızdır. Ancaq mövzu yüngülləşib, dedi-qodu mərhələsinə girdiyi zaman onları saxlamaq çətindir. Bununla sarını sevən qadınları mənfi xüsusiyyətli saymaq olmaz. Sadəcə olacaq hər kəslə söhbətdə ən incə xırdalığına gedir, hər şeyi bilmək istəyirlər. Əgər müsbət günlərindədirlərsə, hər kəsə kömək edə bilərlər.
Kişilər:
Bir kişinin qarşısına çoxlu rəng qoyub seç dediyinizdə, əgər sarı rəngi seçər isə, o kişi bilməyərək də olsa bir az qorxaqlığını qarşıya qoyur deməkdir. Amma onu qorxudan mənəvi mənada qorxular deyil, maddi mənadakı qorxulardır. Düşüncələrini birbaşa olaraq söyləyirlər, qarşı düşüncələrdən də zərrə qədər çəkinmirlər. Rəngarəng paltarlar geyinməyi sevirlər. Özləri ilə əlaqədar danışmağı sevirlər, sözləri hərdənbir şişirtmə nöqtəsinə çatdırırlar. İnsanlarla yaxşı dolanan bir quruluşu olsa da, qadın yoldaşları az olur.

Narıncı
Qadınlar:
İstiqanlı quruluş sahibi, yaxşı ürəkli, dost bir insan istəsəniz, narıncı və bu rəngin tonlarını sevən bir qadın idealdır. Soyuqluq, sərtlik onların kitabında yox kimi bir şeydir. İnsanlara göstərmiş olduqları maraqda daim balanslı və mehribandırlar. Nə uzaq dayanırlar, nə də çox səmimi olurlar. Özünə bir zərər verildiyi təqdirdə bağışlayıcıdır, heç vaxt kin saxlamayan, hirsləndiklərində qışqırıb çığırmayan tiplərdir. Ancaq onların bu halı heç kimi yanıltmamalıdır, həddindən çox hirsləndiklərində gözlənilməz olurlar. Bu adamların ən böyük üstünlüklərindən biri də haqqını müdafiə etməsidir ki, bunu da qarşısındakınının xətrinə dəymədən bacarırlar.
Kişilər:
Narıncı rəngi sevən kişilər isə də eyni turuncu sevən qadınlarda olduğu kimi istiqanlıdırlar. Anlayış gücü, səbr, mehribanlıq, dözümlülük onlarda da vardır. Xoşlarına getməyən bir şeylərə heç vaxt icazə verməzlər. Beləliklə bir adam orta yaş qrupundadırsa, bütün uşaqların sevdiyi saydığı bir ata, bir dost olmağı bacarır. Əgər uşaqların etmələrinə icazə verilməyən şeylərə onlar təvazökar və mehriban olduqlarına görə icazə verərlər, uşaqlara daha çox sərbəstlik hüququ verirlər. Döyüşlər, müzakirələr onların sülhsevər xarakterləriylə heç uyğun gəlmədiyindən bu kimi vəziyyətlərdən daim qaçırlar.

Tünd qırmızı
Qadınlar:
Tünd qırmızı ahəngli, şən qadınların rəngidir. Ürək döyüntüləri çoxdur, olduqca hərəkətlidirlər, xoşbəxtdirlər. Ancaq həddindən artıq hərəkət, yüngül davranışları yoxdur. Lazım olan vəziyyətlərdə isə ciddi, məsuliyyətlərinin şüurunda ola bilirlər. Həyatın çox ağır mövzu və gerçəklərdən meydana gəldiyini bilirlər və yalnız sevinc üçün yaşamamağı öyrənmiş bir ruh halları vardır. Utanma hisləri, utancaqlıqlarını saxlamasını bacardıqları kimi, bunu çox nadir olaraq xaricə vururlar.
Kişilər:
Tünd qırmızı rəngi seçən kişilər maddi və mənəvi mənada strukturları çox güclü ola bilməyənlərdir. Onlarda cəsarət, irəli getmək istəyi axtarmamalısınız. Yavaşlıqları onları itaətli quruluşlu edir, danışmaları da bu istiqamətdədir. Ən kiçik hadisələrdən belə həyəcan keçirirlər. Küsəyənlik, həssaslıq vəziyyətləri də bu səbəbdəndir. Ancaq insanlara olan sevgisi ən üst səviyyədədir. Onlar üçün dost qazanma, ətraflarındakıları məmnun etmə ən baş vəzifədir.

Qırmızı
Qadınlar:
Qırmızı, bütün rənglərin içində ən çox maraq oyandıran rənglərdəndir,bu rəngi sevən qadınlar şən, həyat dolu, həyatdan zövq almasını bilən kariyera sahibidirlər. Həyəcanın təsirinə tez düşürlər, tez hirslənirlər. Həvəskarca da olsa rəqs etməkdən, mahnı oxumaqdan xoşları gəlir, bundan zövq alırlar. Heç vaxt qaraqabaq, sabit bir vəziyyətdə ola bilməzlər. Ətrafları onlar baxımından əhəmiyyətli deyil. Hər kim nə düşünsə düşünsün veclərinə deyil, öz həyatlarını yaşamağa üstünlük verirlər.
Kişilər:
Qorxusu heç vaxt olmayan, cəsur, ictimaidirlər, tam bir kişi simvoludur. Onlara qoçu belə desək şişirtməmiş olarıq. Təhlükə siqnalı onlar üçün gündəlik, adi bir davranışlardandır. Gülmək istədikləri vəziyyətlərdə belə təhlükəyə girərək gülərlər. Daim öz bildikləri ən doğru olduğu üçün, cəmiyyət adətləri onları heç vaxt maraqlandırmamaqdadır. Onlar dəcəlliklərlə dolu olan dünyalarının bir parçasıdır. Daima irəlidə olmaq istəkləri vardır.

Qəhvəyi
Qadınlar:
Qəhvəyi rəngi sevən qadınlar xəyalpərəstliyi çox da sevmirlər. Bu rəngi sevən qadınlar ev işlərində çox müvəffəqiyyətli olurlar, ev işlərini böyük bir zövqlə edirlər. Onların kitabında nizamsız olmaq, təsadüfi bir iş etmək yoxdur. Həyatlarını sistemli, proqramlı olaraq qururlar. Bu səbəbdən də sistematik bir iş nizamları mövcuddur. Ətrafında olanların qüsurlarını bağışlayırlar, xoş görüşlüdürlər. Yalanı sevməzlər, hətta yaxşı bir şey üçün belə ağ yalan danışmaq istəməzlər. Dini tərəfləri, inancları da güclüdür.
Kişilər:
Original olmaqdan məhrum olan insanlar ümumiyyətlə bu rəngi sevən kişilərdir. Anlayış səviyyələri geniş, yaxşı işləyən beyinləri, hissləri isə son dərəcə inkişaf etmişdir. Ən diqqətə çarpan xüsusiyyətləri sadəlik tərəfdarı olmalarıdır, nifrət etdikləri cəhət zərbədir. Şişirdilmiş şeylərdən, nümayişdən heç xoşları gəlmir. Çox pul xərcləməyi sevmirlər. Az xərcləmə, çox qənaət qazanmaları da onları son dərəcə xoşbəxt edə bilər. Ehtiraslıdırlar, maneləri aşmağı sevirlər.

Yaşıl
Qadınlar:
Bu rəngi sevənlər hazırcavab insanlardır. Verdikləri cavabların qarşı tərəfə necə təsir etməsi veclərinə deyil. Xüsusiyyətləri də cəld, zəkalı olmalarıdır. Bu rəngi sevən qadınların həyatda müvəffəqiyyətli ola bilməyənləri ümumiyyətlə, zarafatçı, çox danışan olur. Söz döyüşündə də onlarla bacarmanız mümkün deyil. Onların beyni də daimi olaraq yaxşı bir şəkildə işləməkdədir. Ancaq beyinləri hərəkətlidir, bədənləri deyil. Bəziləri vardır ki, onlar tənbəllik sinfinə daxildirlər. Çoxunda səbrsizlik mövcuddur, uzun, yorucu işlər onların marağında deyil, insanı yarı yolda buraxa bilərlər.
Kişilər:
Yaşıl narahat, düşüncəsiz kişilərin sevdiyi bir rəngdir. Yaxşı ürəklidirlər, istəmədən də olsa hərdənbir ürək qıra bilirlər. Pul marka onlar baxımından əhəmiyyətli deyil, buna görə əllərindəki pulun heç olmasa yarısını paylayırlar. Ciblərində o qədər də pul olmur, sanki harada axşam orada səhər deyən tiplərdəndir. Hər şey onları xoşbəxt edə bilər, ətrafdakılarına da güvənirlər. Əyləncə həyatı, zövq onların simvollarıdır. Əylənə bilmədikləri günlərin qayğısına düşərlər, yaşıl rəngi sevən qadınlar kimi onlarda zarafatcıldırlar. Özünü dinləyən kimisə tapsalar, onlarla xeyli danışmağı sevirlər. Səbəbi isə onlar gözəl danışma kimi bir üstünlüyə malik olmalarıdır. Bunun yanında məsuliyyət sahibi olma duyğusundan uzaqdırlar. Ancaq hər şeyə baxmayaraq sevimli insandırlar, dolanılması asan, qarşısındakı adamı xoşbəxt edən bir xarakterləri vardır.

Mavi-Göy
Qadınlar:
Mavi rəngi seçən qadınlar dərin duyğulara sahibdirlər. Bir şeyə sevinsələr, onu həddindən artıq şişirdirlər. Romantik sahədə də eniş, çıxışları ani, sürətli olur, eynilə sevinc və hüzndə olduğu kimi. Bir an şən ikən dərhal sonra hüznün qollarına özlərini atırlar, bu duyğu idarəsizliyindən doğan ahəngsizlik onları çaşmışa çevirir. Özlərini heç bir an tam olaraq anlaya bilmədiklərindən ötəri də heç bir zaman özlərindən əmin deyildirlər. Daimi olaraq qorxuları vardır, qorxuları ilə yaşamağı seçirlər. Qorxunun təməl qaynağı da özüdür, o bunu bilərək qorxar. Ətraflarına qarşı isə sevgiylə yanaşırlar. Ətrafları onlar baxımından olduqca çox əhəmiyyətlidir, səbəbi isə özündən qaynaqlanan şikayətləri davamlı olaraq ətrafına bildirərək təsəlli tapmalarıdır. Bu hal kimsəni narahat etməz, tərsinə o adamın səmimi biri olduğuna inanırlar, ona hörmət göstərirlər.
Kişilər:
Mavi rəngi sevən kişilər qadınlarına nəzərən daha sakit olurlar. İşləyib həyatlarını qazanmaq məcburiyyətində olduqlarını bilirlər. Onların iş həyatlarında romantik hislərə də yer yoxdur. Mavi rəngi sevən kişilər iş həyatlarında duyğularına fikir vermirlər. İçlərinin səsini dinləyərək işi seçərlər. Bu səbəbdən də bəzən işlərdə müvəffəqiyyət göstərə bilməzlər, ancaq bəzi işlərində bir nömrədirlər. Gündəlik həyatlarında dəyişikliklər aparmaq, onlar üçün adi bir vəziyyətdir.

Bənövşəyi
Qadınlar:
Bu rəngi seçən qadınlar lüks həyatı sevirlər. Tarixə də qayıtsaq, saray qadınlarının ilk rəng seçimi bənövşəyi olmuşdur. Bu bir şişirtmə deyil, tamamilə gerçəkdir. Bənövşəyi rəngi sevən qadınlar içində səltənət, lüks, zəriflik, rahat bir həyat, məşhurluq əsasdır. Bütün bunlara baxmayaraq işləmək üçün də heç bir səy göstərməzlər. Bəzi şeyləri daim başqalarından gözləyirlər. Bu kimi gözləmələrin ardının arxasının gəlmədiyini bildiklərindən ötəri, heç bir zaman doymaq bilməzlər. Onların bəzi ehtiyaclarını qarşılayanların qiymətini bilməzlər, daim onlara yeni istəklərlərini bildirirlər.Özlərini rahat hiss etmələri üçün davamlı kompliment eşitməlidirlər.
Kişilər:
Bənövşəyi rəngi seçən kişilərdə bənövşəyi qadınlarından fərqli deyildirlər. Bahalı əşyalar, lüks onların həyat fəlsəfəsidir. Elə hər kəslə dost olmazlar. Onların biriylə dost ola bilmələri, o adamın mövqe, pul vəziyyətinə bağlıdır. Ancaq bu, heç bir zaman onları sərvət ovçusu etməz. Onlar bu davranışları özlərinə mənfəət təmin etmək üçün deyil, eqolarını, aristokrat düşüncələrini təmin üçün edərlər. Bu səbəbdən də demokratiya deyə bir anlayışları yoxdur. İş gördükləri an, çox diqqətli, ağır hərəkət edirlər.

Boz
Qadınlar:
Boz rəng bacarıq və səssizliyin adıdır.. İş həyatında yaxşı peşələrdə müvəffəqiyyətli olurlar. Başqa insanlar tərəfindən itələyici, soyuq olaraq adlandırılsalar da, içlərindən yalnız bir qisimi bu sinifə daxil olur. İçlərindəkini xaricə vura bilmədiklərindən ötəri, belə bir duyğu oyandırırlar. Tərəfsiz davranmaqdan xoşları gəlir, bundan da son dərəcə qürur duyurlar. Duyğularını necə dilə gətirib, həyata keçirəcəklərini bilmirlər. Yaxşı bir ekspert olurlar, hər mövzuda. Düşüncə strukturlarında mükəmməllik, zəkalarıyla inteqrasiya olunur. Xana içində sıravi bir evdar qadın olmaq heç tərzləri deyil. İş həyatına daha çox üstünlük verirlər.
Kişilər:
Boz zəka səviyyəsi yüksək, işlər vəziyyətdə olan qüvvətli kişilərin rəngidir. Ancaq əl bacarıqları yox deyiləcək qədər azdır, ən kiçik bir əl bacarığı istəyən işi çətinliklə həyata keçirirlər. Ancaq bu işləri edəcək bəziləri vardır, onlar da buna çox güvənirlər. Onlar beyin, zəka adamıdırlar, ağıla üstünlük verirlər, fiziki işlərə yox. Öz qüsurlarını tez bir zamanda ayırd edə bilirlər.

Qara
Qadınlar:
Qara rəng sevən, hüznün və kədərin qadınıdır. Həyat macəraları aldanmalarla keçir. Ətrafdan həyat dolu, şən görülsələr də qaşqabağını tökdükləri günlər də olmaqdadır. Daxillərində kini saxlayırlar. Bu qadınların kimi də sərt və soyuq olurlar. Qara rəngin parlaq, dəbdəbəli olanını seçən qadınlar isə, o birilərinə heç bənzəməzlər, şən, xoşbəxt, dincliyi sevən insanlardır.
Kişilər:
Qara rəng sevən kişilər, fikir azadlığı və düşüncəli olanlardır. Eyni zamanda sərt şəxsiyyətlidirlər. Həyatdan zövq almağı bilmirlər, əgər belə bir zövq alma hadisəsi olarsa onlar bunu günah sayır, soyuq qalmağı seçirlər. Ancaq başqalarının həyatına qarışmadan dayana bilməzlər, yüksəkdə olub hər kəsin həyatına müdaxilə etməyi istəyirlər, dayanmadan öyüd verirlər, bunu da yaxşı niyyətlə edirlər. Ancaq, ətrafları bunu heç vaxt anlaya bilməz, buna görə də mənfidirlər.
Göstərilən xasiyyətlər sevdiyiniz rənglərlə uyğun gəlirmi?


Geri dön

OK

  • 10 iyul 2011 23:09
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
sehvler choxdur

--------------------

marlin

  • 8 aprel 2011 17:24
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
hmmmmm tewekkurler

--------------------

kristal

  • 4 aprel 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
GEREK OXUMAZDIM

Hazal_Kaya

  • 4 aprel 2011 20:51
  • Məqalə: 17
  • Şərh: 728
  • Bal:
{awards}
ELADI TWK CANIM

nilayka

  • 4 aprel 2011 19:53
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Narıncı
Qadınlar:
İstiqanlı quruluş sahibi, yaxşı ürəkli, dost bir insan istəsəniz, narıncı və bu rəngin tonlarını sevən bir qadın idealdır. Soyuqluq, sərtlik onların kitabında yox kimi bir şeydir. İnsanlara göstərmiş olduqları maraqda daim balanslı və mehribandırlar. Nə uzaq dayanırlar, nə də çox səmimi olurlar. Özünə bir zərər verildiyi təqdirdə bağışlayıcıdır, heç vaxt kin saxlamayan, hirsləndiklərində qışqırıb çığırmayan tiplərdir. Ancaq onların bu halı heç kimi yanıltmamalıdır, həddindən çox hirsləndiklərində gözlənilməz olurlar. Bu adamların ən böyük üstünlüklərindən biri də haqqını müdafiə etməsidir ki, bunu da qarşısındakınının xətrinə dəymədən bacarırlar.
winked

--------------------

GlamouR_

  • 4 aprel 2011 19:33
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Narıncı
Qadınlar:
İstiqanlı quruluş sahibi, yaxşı ürəkli, dost bir insan istəsəniz, narıncı və bu rəngin tonlarını sevən bir qadın idealdır. Soyuqluq, sərtlik onların kitabında yox kimi bir şeydir. İnsanlara göstərmiş olduqları maraqda daim balanslı və mehribandırlar. Nə uzaq dayanırlar, nə də çox səmimi olurlar. Özünə bir zərər verildiyi təqdirdə bağışlayıcıdır, heç vaxt kin saxlamayan, hirsləndiklərində qışqırıb çığırmayan tiplərdir. Ancaq onların bu halı heç kimi yanıltmamalıdır, həddindən çox hirsləndiklərində gözlənilməz olurlar. Bu adamların ən böyük üstünlüklərindən biri də haqqını müdafiə etməsidir ki, bunu da qarşısındakınının xətrinə dəyir ;)
sps

love request

--------------------

only-girl

  • 4 aprel 2011 18:59
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: aysel16
tesekkur

tesekkur


--------------------

aysel16

  • 4 aprel 2011 18:32
  • Məqalə: 96
  • Şərh: 409
  • Bal:
{awards}
tesekkur

tesekkur

--------------------

YazYamuru

  • 4 aprel 2011 18:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Qara
Qadınlar:
Qara rəng sevən, hüznün və kədərin qadınıdır. Həyat macəraları aldanmalarla keçir. Ətrafdan həyat dolu, şən görülsələr də qaşqabağını tökdükləri günlər də olmaqdadır. Daxillərində kini saxlayırlar. Bu qadınların kimi də sərt və soyuq olurlar. Qara rəngin parlaq, dəbdəbəli olanını seçən qadınlar isə, o birilərinə heç bənzəməzlər, şən, xoşbəxt, dincliyi sevən insanlardır.


EEENNN COX QARA RENGE USTUNLUK VERIREM.TSKK
DUZDU HAMMISI. belay

--------------------



charming_girl

  • 4 aprel 2011 18:06
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
en sevdiyim reng boz,qaradi maraqli idi tesekurler

_RONALDO_

  • 4 aprel 2011 18:00
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Anastasiya,
berbat desem yalan olar eladi Anastasiya,

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}