İnsanlar soyadlarını dəyişir

 
İnsanlar soyadlarını dəyişir

İNSANLAR SOYADLARINI DƏYİŞİR

Yarım milyon azərbaycanlı -ov, -yev-i atıb

Azərbaycanın Ədliyyə Nazirliyi soyad sonluqlarının milliləşdirilməsi istiqamətində real fəaliyyətə başlayıb.

Bir müddət öncə nazirliyin Notariat və Qeydiyyat İdarəsinin rəisi İlqar Məmmədovun imzası ilə bütün bölgələrdəki Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrinə xidməti məktub göndərilib.

Məktubda qeyd olunub ki, müstəqillik əldə olunandan sonra xalqımızın milli varlığının müəyyən edilməsində başlıca amillərdən biri olan soyadların milli-mənəvi ənənələrimizə uyğun formalaşması istiqamətində müvafiq addımlar atılıb. Bunun nəticəsində ötən dövr ərzində 500 min nəfərdən artıq şəxs -ov, -yev soyad sonluğunu milli soyad sonluğuna dəyişib. Məktubda vurğulanıb ki, ötən il dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Terminologiya Komissiyasının nəzdində fəaliyyət göstərən Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın vəsatəti əsasında Azərbaycanın soyadlarının formalaşmasına dair qərar qəbul olunub. Həmin qərarla valideynlərin mövcud soyadlarının kökünə -lı, -li,-lu, -lü, -zadə, -soy, -gil, kişilərə -oğlu, qadınlara -qızı və ya -oğlu soyad sonluqlarının artırılması və ya heç bir soyad sonluğunun artırılmaması, eləcə də titul bildirən sözlərdən soyad yaratma vasitəsi kimi istifadə olunmaması təklif olunub.

Xidməti məktubda VVAQ şöbələrinə yuxarıda göstərilənləri nəzərə alaraq, müraciət edənlərə soyad sonluğunun könüllü dəyişdirilməsi hüququ, müvafiq prosedurların sadəliyi və hər hansı ödəniş edilmədən həyata keçirilməsi barədə məlumat verməklə onların arzusundan asılı olaraq bununla bağlı xahişlərini qısa müddətdə həll etmək tapşırılıb.


Geri dön

-=EFSANE-XANIM=-

  • 5 aprel 2011 00:21
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
DEYIWILMELIDIR KI RUSLARDAN FERQLENSIN

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

kristal

  • 4 aprel 2011 21:34
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
KIM NECE ISTEYIR,ELE DE EDIR

sevgi yalandir

  • 4 aprel 2011 20:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tşk maraqlıdı

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

nilayka

  • 4 aprel 2011 19:58
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tşk maraqlıdı

--------------------

GlamouR_

  • 4 aprel 2011 19:41
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
SPSSSSSSSSSS love

--------------------

kiss love

  • 4 aprel 2011 19:14
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler kim istiyir deyisdirir soyadini mence ne lazimdi deyisdirmek nece varsa ele qalsin ya gorunduyun kimi ol yada oldugun kimi gorun

--------------------

gunka__87

  • 4 aprel 2011 18:39
  • Məqalə: 0
  • Şərh: 181
  • Bal:
{awards}
YUSIFLI feel

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}