Dost qalaq nə olar?

 
Dost qalaq nə olar?

Dost qalaq nə olar?
Dedi gözlərimin içinə baxaraq...
Səs çıxara bilmədim, çünki boğazıma düyünlənilmişdi sözlərim...
Oturduğumuz bankdan qalxıb sahilə doğru irəlilədi...
baxa qaldım arxasından...
Və onu nə qədər çox sevdiyimi düşündüm...
Amma o mənə dost qalmamız lazım olduğunu söyləyirdi..
Düşündüm sonra, dost qala bilərəmmi deyə?
"Xeyr, dost filan ola bilmərik" desəm bir daha görə bilməyəcəkdim, "yaxşı dost qalaq" desəm bundan sonra yenə görmə şansım vardı...
Sevdiyiniz sizə dostumsan dedikdə nə hiss edərsiz?
Dənizi izlədi bir az, gün batırdı, günəşin qırmızılığı o qədər gözəl idi ki...
Amma yenə də içimi işıqlandıra bilmirdi...


Sonra döndü yanıma - çox yaxşısan və mən səni itirmək istəmirəm! dedi o içimi parçalayacaq qədər gözəl səsiylə...
Mən də onu itirmək istəmirdim, dost qalmağı qəbul edəcəkdim məcbur olaraq...
nə olursa olsun onu görə bilmək bahasına içimə basdıracaqdım eşqimi...
Sevdiyiniz sizə dostumsan dedikdə nə hiss edərsiz?
İki dost olaraq ayrıldıq dəniz kənarından...
Sonra bir neçə dəfə axtardı məni...
hər telefon çalışında ürəyim yerindən atılacaq kimi olurdu...
Əvvəllər mən telefonu açıb alo deyişimdə qarşıdan "Sevgilim" deyə bir səs eşidərdim...
amma artıq sıravi, qupquru bir "alo" eşidirdim yalnız...
Çünki artıq dost idik...
Havadan sudan danışırdıq, mənə dostlarından danışırdı...
Həmişə danışmanın arasında "sevgilim" demək istəyirdim amma deyə bilmirdim...
Ondan gözləyirdim həmişə o sözü, amma sonra sevgili deyil, dost olduğumuzu xatırlayırdım...
Sevdiyiniz sizə dostumsan dedikdə nə hiss edərsiz?
İnsanın ürəyi ağrıyarmı heç?!
Bəli, mənim o anda ürəyim ağrıyırdı...


sənin xoşbəxtliyin eyni zamanda mənim xoşbəxtliyim dedim təbii fərqinə vardırmamam lazım idi anladığımı, sanki başqasına aşiq olduğunu anladım kimi davranmalıydım...
Hə, kimdir bu şanslı kişi?
başını önünə əyməsinə bir məna verə bilməmişdim...
gözlərini məndən saxlayırdı sanki...
sonra qaldırdı başını, boş gözlərlə baxdı mənə...
Əslində sənə bunu izah etməməm lazımdı amma məni səndən başqa dinləyən, anlayan dostum yoxdur! Sənə içimi tökmək istədim, dedi...
bu dostluq söhbəti yaxşıca canımı sıxmağa başlamışdı artıq, amma səbr etməliydim yenə də dinləyirəm...
Sevdiyiniz sizə dostumsan dedikdə nə hiss edərsiz?
Bizim iş yerində Murad adı oğlan var, Ondan çox xoşlanıram...
Nə edəcəyimi də bilmirəm, mənə kömək et...
Gözlərim qaralmağa başladı...


Yenidən o ürək ağrısıni hiss etdim sinəmdə...
İzah edilə bilməyəcək bir ağrı idi bu...
Başmı çölə çevirdim...
Oturduğumuz cafeden sahil görünürdü...
Sahildəki bankda aşiqlər otururdu, bir-birlərinə sarılmış eləcə dayanırdılar...
Sonra iki damla yaş damladı gözlərimdən...
Üzüm atəş kimi yanırdı, kürəyimdən soyuq tərlər axırdı...
Gözlərimdən yaşlar süzülərkən baxdım son dəfə sevdiyimin gözəl üzünə...
O isə mənə boş gözlərlə baxırdı.. Yavaşca qalxıb sahilə endim.. və ağladım...
Sevdiyiniz sizə dostumsan dedikdə nə hiss edərsiz?
Məncə Dostluq o zaman yarana bilər ki, haçan hər iki tərəfin hissləri bir-birinə ölüb...


Geri dön

marlin

  • 8 aprel 2011 17:11
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
cox saqol..........

--------------------

YazYamuru

  • 6 aprel 2011 04:20
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: THE DRAGON`S FORCE
sagol mamed qaqa


--------------------



nilayka

  • 5 aprel 2011 19:24
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xeber ucun

--------------------

_RONALDO_

  • 5 aprel 2011 18:48
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
sagol mamed qaqa

--------------------

demon_cik

  • 5 aprel 2011 18:33
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
bir birini seven insan hec vaxt DOST OLA BILMEZ ele bu da sehvi basdan eliyib dostlugunu qebul eliyib onsuzda bir gun dostlugun bilecek ele gun bu gun olmalidi....HER KESE QARSILIQLI SEVGI ARZULAYIRAM (menimki kimi)

ZEHRA

  • 5 aprel 2011 18:30
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

FanatkaJB

  • 5 aprel 2011 18:06
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
tewekkurler)

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}