Ağ gülün hekayəsi

 
Ağ gülün hekayəsi

Deyirlər ki ağ gül güllərin ən gözəli, ən ətirlisimiş.

Bahar fəsli onu nazənin bir xanım kimi yuxudan oyadırmış.

Bir gün ağgülün budağına xallı bir kəpənək qonur.

Hələ o vaxt ağgülün budaqlarında tikanlar yox imiş.

Çünki baharın tacı hər kəsə inanırmış.

Kəpənək dilini işə salıb ağ gülün sadə qəlbini ələ alır….

Mən ala kəpənəyəm bütün güllərin, çiçəklərin rəngi məndə olsa, özümü xoşbəxt sanaram.

Həmişə budağına qonub, ətrinə məst olub sənə sədaqetimi bildirərəm.

Səxavətini məndən əsirgəmə.

Ağ gül ona inanır, ağ rəngindən kəpənəyə də pay verir.

Məqsədinə catdıqdan sonra kəpənək ağgülü unudur.

Bir müddətdən sonra xırda bir arı vızıldayıb onun tikansız budağına qonur.

Arı da xallı kəpənək kimi şirin dilini isə salır:


Ağ gülün hekayəsi


Mənim yaşama ümidim bütün çiçəklərin, güllərin şirəsini dadmaqdır.

Əgər belə olmasa mən o saat ölərəm.

Mənə rəhm elə qisa ömrümə qıyma, şirəndən bir az mənə ver.

Sənin bu yaxşılığını unutmaram.

Həmişə budağına qonub vızıldayaram – sədaqətimi bildirərəm.

Ağ gül arının da xətrinə dəymir onu razi yola salır.

Ancaq işi düzələn arı bir də geri dönmür.

Xallı kəpənəyin və arının vəfasizlığı ağgülə bərk təsir edir.

Özünə söz verir ki birdaha heç kimə inanmayacaq , gözəl budaqlarında tikanlar bitirəcək.

O, dediyi kimi edir.

Necə olursa şeyda bülbül cəmənzarda ağgülə rast gəlir.

Yaraşıqlı boylu – buxunlu , ətirli və ağ çiçəklərini görən kimi şeyda bülbül ona bir könüldən min könülə aşiq olur.

Cağırır, ağgül başını qaldırmır.


Ağ gülün hekayəsi


Budağına qonmaq istəyir, tikanları yaxın buraxmır.

Əlacsız qalan şeyda bülbül ağgülün başına fırlanır və yanıqlı ürəyindən gələn məhəbbət mahnıları oxuyur.

Xallı kəpənəyın və arının vəfasızlığını görən ağgül şeyda bülbülün məhəbbətinə və sədaqətinə inanmır.

Sevdalı bülbül özünü sevgilisinin qoynuna atır.

Tikanlar onun eşq ilə cirpınan qəlbini qana boyayır.

Ağgül öz amansızlığından peşman olursa da, artıq gec olur.

Şeyda bülbülün məhəbbəti olan al qanı ağgülə hopur.

O vaxtdan çiçəkləri qırmızı rəngdə açılır, qızılgül olur.

Ağ gülün hekayəsi

P.S: Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?


Geri dön

Narka E-ZaDe

  • 24 avqust 2011 13:35
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
deyerli yazidir....yazan elleriniz derd gormesin!!! smile

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_SliPkNoTkA_

  • 22 iyul 2010 09:40
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
hmm thanks

--------------------

_LeGenDa_

  • 22 iyul 2010 02:13
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
bunu oxumuwdum coox sagol ellerin agrimasin

--------------------

Ulya

  • 21 iyul 2010 12:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
baciw cox gozel hekaye idi.ellerine sagliq

Jackson_fanatı

  • 21 iyul 2010 12:05
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
[b]Əla teşekkür[/b]
wink

Mr_Unlimited

  • 21 iyul 2010 11:26
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
beli bawima gelib(((( tewekkurler coooooooooox gozel hekayedi

Yusif

  • 21 iyul 2010 11:20
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox tsk sonra mutleq oxuyacam

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}