Konseptual elektrik Kia Naimo-nun Seulda parlaq premyerası

 
Konseptual elektrik Kia Naimo-nun Seulda parlaq premyerası

Cəlbedici tam elektrik konseptual avtomobil Seul Avto Şousunda dünya debütünü edir.

Koreya ənənəsi ilə innovativ müasir xüsusiyyətləri özündə birləşdirən konseptual elektromobil Kia Naimo Seul Avto Şousunda dünya premyerasını edir. Adı Koreya mənşəli “Ne-mo” sözündən götürülən (‘Neh-mo’ kimi tələffüz edilir, mənası ‘kvadrat forma’ deməkdir) Naimo krossoveri Kia-nın Seuldakı beynəlxalq dizayn komandası tərəfindən fikirləşilib. Avtomobil sadə xəttləri və möhkəm görünüşü ilə seçilir. Aydın dizayn bir sıra cəlbedici əsas detallar ilə tamamlanır: panorama ön şüşə, asimmetrik lyuk dizaynı və dairə formalı LED tipli ön fara, arxa fənərlər və dönmə işıqları. Sadəlik və mürəkkəbliyin bu cür yanaşı işlənməsi bir çox ənənəvi Koreya dekorativ və tətbiqi sənətində əsas xüsusiyyətdir. Asiya Keladon keramika üslubunun avtomobilin üslubunda böyük təsiri görünür. Bu özünü lyukun asimmetrik dizaynında göstərir, tipik sarı-yaşıl rəng isə Naimo-nun eksteryerinə effektiv gözəllik bəxş edir. Kia-nın dizayn komandası həmçinin avtomobilə premium hiss bəxş etmək və onun eksteryerinin sadəliyini saxlamaq üçün innovativ texnoloji xüsusiyyətlərdən də istifadə ediblər. Məsələn Naimo-nun ön şüşəsində ənənəvi təmizləyicilərdən istifadə olunmayıb, onun əvəzinə ön şüşədə şüşətəmizləyicinin funksiyasını yerinə yetirən intensiv hava püskürdücülərdən istifadə olunub. Ənənəvi yan güzgülər avtomobilin ön dirəyinə quraşdırılmış kiçik kameralar ilə əvəz olunub. Naimo-nun interyerində yalnız əl ilə hazırlanmış materiallardan istifadə olunub və bu, dizaynın xüsusi planlaşdırılması ilə yanaşı güclü rahatlıq hissi yaradır. İnteryerin qapı panellərində və salonun döşəməsində Koreya palıd ağacından, tavanda isə Koreya “Han-ji” kağızından istifadə olunub. Bu ənənəvi elementlərlə bərabər TOLED (şəffaf orqanik işıq yayan diod) displey instrument paneli müxtəlif multimedia qurğularına qoşulmaq imkanı verir.
Naimo gələcəkdə sıfır və ya nəzərəçarpan dərəcədə az tullantılı modellər istehsal etmək məqsədilə Kia-nın artmaqda olan və müxtəlif şəraitlərdə geniş istifadə edilən hibrid avtomobillər, elektromobillər və yanacaq elementli avtomobillərdən ibarət test parkına qoşulacaq. Venga və POP elektromobillərin inkişafına doğru istiqamət götürdülər Kia-nın Seul Avto Şousundakı stendində həmçinin keçən il Avropanın əsas beynəlxalq avto şoularında nümayiş olunan Venga (Cenevrə) və POP (Paris) elektrik konseptləri də sərgilənib. Konseptual elektromobil Venga Kia-nın adi “B” seqmentinə aid miniven ilə eyni ölçüdədir və avtomobilin ön hissəsində daxili yanma mühərrikinin yerləşdiyi yerdə elektrik mühərrik, ikili 24 kVts tutuma malik batareya isə yük yerinin altında yerləşdirilib. POP-u unikal edən dizayn elementlərinə yan pəncərələr, dairə şəkilli ön faralar və arxa fənərlər, radiator barmaqlığı, avtomobilin bütün uzunluğu boyunca şüşə örtük və sadə formalı təkərlər daxildir. Bütün bunlar avtomobilin dizaynının avtomobil dünyasından deyil, planer və yüksək sürətli velosipedlərdən götürüldüyünü göstərir. Al-qırmızı rəngə boyanmış interyer avtomobilin üç oturacaqlı geniş salonunda sakit və rahat mühit yaradır. Avtomobilin eni 1740 mm, təkərlərarası bazası isə cəmi 2055 mm təşkil etməsinə baxmayaraq arxada oturacağın bir ədəd olması ayaqlar üçün kifayət qədər yer yaradır.


Geri dön

only-girl

  • 5 aprel 2011 18:09
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
Sitat: Sherlock Holmes
bunu oxumaq ucun sebr lazimdi o da mende yoxdu mesin gozledir


--------------------

nilayka

  • 5 aprel 2011 17:34
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk

--------------------

Lexikon

  • 5 aprel 2011 15:31
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
serhleriniz ucun tewekurler

Inciciceyi

  • 5 aprel 2011 12:40
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twk melumata gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

MUBARIZ IBRAHIMOV

  • 5 aprel 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
COK SAOLUN TESEKKURLER

--------------------
ELVIN
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 65

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}