2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?

 
2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


Çəkdiyi əhvalatların hamısı sonradan həqiqətə çevrilən məşhur şəxsin daha bir proqnozu... Azərbaycana təsadüf edir.

Argentinalı rəssam və heykəltaraş Bencamin Solari Parraviçini hələ ötən əsrin 30-cu illərində Yaponiyadakı dağıdıcı zəlzələ və sunami, atom bombasının yaradılmasını, insanın kosmosa uçuşunu və 11 sentyabr teraktını öncədən görübmüş.

Parraviçinini kimsə peyğəmbər, ya da ikinci Nostradamus saymırdı. Lakin onun özü də bilmədən, anlamadan 1930-cuillərdə onlarla rəsm çəkdi. Həmin rəsmlərdə təsvir edilmiş hadisələrin istisnasız olaraq hamısı sonradan reallaşdı. Məsələn, argentinalı rəssam televizorun kəşfini, kosmosa əvvəlcə itlərin, sonra da insanın göndərilməsini, atom bombasının yaradılmasını və daha nələri çəkmişdi...

"Bir də görürdün ki, qəflətən ayağa durdu, qaçaraq otağa getdi, masa kənarına oturub başladı nə isə çəkməyə. Bu zaman gözlərini yumar, tez-tez nəfəs alardı. Onun heç bir xəstəliyi olmasa da, həmin rəsmləri çəkəndə bərkdən xırıldayardı - sanki ciyərlərində dəmirçi körüyü vardı. Belə vaxtlar ona baxanda mat qalırdım. Sanki o rəsmləri oğlum özbaşına çəkmirdi. Elə bil kimsə, gözəgörünməz bir məxluq ona kağıza nələri çəkəcəyini diktə edirdi", - Bencamin sağ olanda onun atası Florensi danışırdı.

Belə məqamlardan birin 1930-cu ilin payızında, sentyabrın 1-də oldu. Həyətdə oturmuş Parraviçini qəflətən ayağa durdu, içdiyi qəhvə fincanını bir kənara itələyərək evə tərəf yürüdü və tələsik otağa girərək rəfdən bir vərəq götürdü. Masanın arxasına oturaraq pəncərəyə baxan Bencamin sanki yuxuya gedirdi. Gözlərini yumdu, dərindən nəfəs aldı və qara karandaşla ağ vərəqə rəsm çəkməyə başladı.

O, nəhəng burulğanın kənarında durub ağlayan mələklər çəkdi. Bir qədər durdu, sonra isə yazdı: "Səslərin ən küylüsü ətrafda hər şeydən bərk gurultu salacaq. Əvvəlcə yer titrəyəcək, sonra isə sular şəhərləri yuyacaq. Bomba F.".

Argenetinadakı Buones-Ayres Universitetinin alimləri, Argentina Tədqiqatlar Mərkəzinin mütəxəssisləri hesab edirlər ki, "Bomba F." yazarkən rəssam Yaponiyadakı "Fukusima-1" atom-elektrik stansiyasını nəzərdə tutubmuş. Martın 11-də Yaponiyadakı zəlzələ və sunamidən sonra həmin atom-elektrik stansiyasının reaktorlarında qəzalar baş verib, radioaktiv sızma olub, minlərlə insanın həyatı ölüm təhlükəsi altında qalıb.

Ölkəmizdə doğulacaq dahi…

1936-cı ilin aprelində rəssam daha bir şəkil çəkir. Orada hər tərəfi əyri punktirlərlə əhatələnmiş göl, gölün solunda qartala bənzəyən bir yer, həmin yerdə isə ulduz vardı. Parraviçini rəsmin altında yazır: "Aşağısı yunanlara hücumlar etmiş ölkə, yuxarısında yunanların ələ aldığı dövlət, sağı səhralar, solu dağlar olan dənizin sahilindəki, sol tərəfdə 2012-ci ildə ulduz yanacaq. Orada dahi doğulacaq".

Mütəxəssislərin fikrincə, Parraviçini Xəzər dənizi regionundan bəhs edir.
Çünki cənubdakı ölkə İran qədim dövrlərdə sürəkli olaraq Yunanıstandakı şəhər-dövlətlərə hücumlar edib, yunanlarla vuruşub. Xəzər gölünün şimalındakı Rusiyanın xristianlığı qəbul etməsinin bilavasitə səbəbi knyaz Vladimirin Bizansdakı yunan pravoslav kilsəsinin təsiri altına düşməsi idi. Xəzər dənizinin sağında Orta Asiyanın səhraları, solunda isə Böyük və Kiçik Qafqaz dağ silsilələri var. Həmin dağların arasındakı ərazi isə Azərbaycandır.

Belə çıxır ki, 2012-ci ildə dahi Azərbaycanda doğulacaq və ulduz kimi parlayacaq.
Nə yazıqlar ki, o dahinin kimliyini bilmirik və əslində, bilə də bilmərik - müəyyən dövr yetişənədək.

Elə həmin 1936-cı ildə rəssamın şəkilləri və o şəkillərin altındakı yazılar çox qəribə təsir bağışlamasa da, argentinalı jurnalistlər Parraviçini ilə maraqlanmağa başlamışdılar. Bəziləri bütün bunları rəssamın əcaib, paranormal yaradıcılıq üsulu sayır, bəziləri də Parraviçininin bu minvalla tanınmaq və "ucuz vasitələrlə şöhrətlənmək" istədiyini deyirdilər.
Yalnız qərinələr sonra, sirli şəkillərdəki müəmmalı əhvalatlar dalbadal gerçəkləşməyə başlayanda argentinalı Parraviçini barədə "ikinci Nostradamus" kimi danışmağa başladılar.

İkinci Nostradamus, yoxsa..?

Parraviçininin rəmsləri həqiqətən də, sirr təsiri bağışlayır.
Şəkillərindən birində o, yazıb: "İnsanlar evdə oturub kiçik ekrana baxaraq dünyada baş verən hadisələrdən xəbərdar olacaqlar". Parraviçini bunu 1938-ci ildə yazmışdısa, ilk ağ-qara görüntülü televizorlar yalnız 1950-ci illərdə satışa çıxarılmışdı. Argentinalı rəssam, onu tanıyanların istisnasız olaraq, hamısının "sərsəm" adlandırdığı Bencamin hətta televizoru və ümumiyyətlə, televiziyanın insanlara təsirini də təsvir etmişdi.

"Evdəki ekran dyünyanın simasını bozlaşdıracaq, insanları laqeyd edəcək. Yeni qurğunun bərbad təsiri hər ailədə duyulacaq. Sonralar kütlələri ələ alaraq idarə etmək üçün həmin qurğuya əsaslanan texnologiya çox ciddi şəkildə kommersiyalaşacaq, onunla məşğul olanlar sürəkli olaraq gəlirlərini artırmağa çalışacaqlar. Gözəl, cənnətə bənzəyən mənzərələrin hipnozuna düşən insanlar sadəcə, kütləşməyə başlayacaqlar. Və gün gələcək, həmin qurğu ilə yanaşı, bu tipli yeni vasitələrə hakim olanlar kütlələri sürü kimi idarə edəcəklər".

Kosmos uğrunda mübarizə

Parraviçininin növbəti, 1941-ci ildə çəkdiyi rəsmində yazılmışdı: "Amerikalılarla ruslar arasında hakimiyyət davası qızışacaq. Mübarizə ərazilər və kosmosun fəthi uğrunda olacaq. Nə qədər qəribə də olsa, mübarizədə Amerika qalib gələcək".
Əslində "kosmosun fəth olunması" ifadəsi Bencaminin rəsmindən düz 16 il sonra yayıldı. Argentinalı rəssam Aya insan ayağının dəyməsinə imkan verən 3 yerlik "Apollon" kosmik gəmiləri seriyasının yaradılmasında ABŞ-ın zəfərini əvvəlcədən görmüşdü.

1937-ci ildə isə Parraviçini yazmışdı: "İnsan ulduzlara uçacaq, səs sürətini aşacaq, səma cisimlərini anlayacaq və dərk edəcək ki, Yer bütün mövcud planetlər arasında ən aşağı səviyyədə duran, ən az inkişaf edən səma cismidir".
Bencaminin rəsmindən düz 10 il sonra Çarlz Elvud səs sürəti həddini aşan ilk insan oldu.

Hamı uçacaq!

1938-ci ildəki rəsmin altyazısı: "1960-1970-ci illərdə insanlar kütləvi şəkildə uçmağa başlayacaqlar. Onlardan biri 1960-cı ilin əvvəlində kosmosa çıxacaq".
Sovet kosmonavtı Yuri Qaqarin 1961-ci ildə "Vostok-1" kosmik gəmisində Yer ətrafında 108 dəqiqə dövr etdi və kosmosa çıxan ilk insan oldu. 1960-1970-ci illərdə isə kosmonavtika sahəsində yeni-yeni uğurlar bəşəriyyəti vəcdə gətirmişdi.
Parraviçini sonralar yazacaqdı: "İnsanlar Aya çatacaqlar. Onlar Aya ayaq bassalar da, orada yaşaya bilməyəcəklər, Ayın təkindən xəbər ala bilməyəcəklər. İnsanlar Ayı dinləyəcəklər, amma onu eşitməyəcklər. Onlar qayıtsalar da, qayıda bilməyəcəklər. Ehtiyatlı olun!"
Rəssam bu sözləri 1940-cı ildə, Aya ilk insan ayağı dəyməzdən 29 il əvvəl yazmıhdı.
1938-ci ildə Bencamin yazmışdı: "Kosmosa ilk göndəriləcək məxluq it olacaq".

Öncəgörmədən 19 il sonra Sovetlər Birliyinin aerokosmik sənayesi Layka adlı iti kosmosa yolladı. Yer orbitinə çıxarılmış ilk heyvanın məşhur uçuşu 1957-ci ildə baş tutdu.
Elə həmin il Bencaminin çəkdiyi digər əsərdə deyilrdi: "Parlaq, dairəvi parıltılar formasında olan uçan boşqablar Yerə gələcək, özləri ilə başqa planetlərdən qəribə məxluqlar gətirəcəklər. Onlar Yeri başına alacaqlar olacaqlar. Əhdi-Ətiqdə bu məxluqlar mələk adlandırılıb. Hamı onları yenidən görəcək və eşidəcək".

Maraqlıdır ki, "uçan boşqab" ifadəsinin özü 1947-ci ildə, amerikalı pilot Arnold Kennetin uçan naməlum obyekti görməsini açıqlamasından sonra mediada geniş yayılmışdı.

Nüvə gələcək və ...

"Nüvə gələcək və dünyaya hökm etməyə başlayacaq". Bencamin Parraviçininin 1939-cu ildə çəkdiyi rəsmdə belə yazı vardı. İlk nüvə bombasının 1945-ci ildə atıldığını, ilk nüvə reaktorunun isə 1951-ci ildə işə salındığını nəzərə alsaq, rəssamın bütün bunları əvvəlcədən görməsi inanılmaz təsir bağışlayır.

1938-ci ildə çəkilmiş digər rəsmdə yazılıb: "İspaniyada hakimiyyətə diktator gələcək və ölkəni viran qoyacaq. Ondan sonra taxta Burbon çıxacaq, zəifləyən müstəbid Argentinaya qaçacaq. Bir şərtlə ki, səhhəti bu qaçışa imkan verə".

Bu yazı İspaniyadakı vətəndaş müharibəsinin ən qızğın dönəmində, ölkənin gələcək kralı Xuan Karlos Burbonun dünyaya gəldiyi il qələmə alınıb. Parraviçini elə o vaxt general Frankonun qələbəsini, 1939-cu ildə vətəndaş savaşından sonra hakimiyyətə gəlişini və müstəbidin ölümündən sonra hakimiyyətlə tacın Xuan Karlosa verilməsini əvvəlcədən görmüşdü.
General Franko 19975-ci ildə Parkinson xəstəliyindən vəfat etdi. O, Argentinaya yollanmağı arzusala da, niyyəti gözündə qalmışdı.

Bundan sonra nə olacaq?

Parraviçininin digər rəsmlərinə görə, 2012-ci ildə dünyada iki güclü daşqın və bir fəlakətli zəlzələ olacaq. Üç ölkədə hərbi əməliyyatlar başlayacaq, minlərlə insan qan içində olacaq. 2018-ci ildə Avropa ölkələrindən birində, daha doğrusu, Fransada separatçılıq güclənəcək. 2019-cu ildə İspaniyanın şimalı müstəqilliyini elan edəcək, 2023-cü ildə Avropada yeni dövlət yaranacaq, 2028-ct ildə Yaxın Şərqdə hadisələr fəlakətli məcrada inkişaf edəcək.

… Argentinalı Bencamin Parraviçinini sağlığında rəssam kimi tanıyır, dolayır, ələ salır, fırıldaqçı və ağlını itirmiş adam sayırdılar. Lakin ölümündən az sonra onun qeyri-adi, hətta ecazkar duyum sahibi olduğu ortaya çıxdı. Nostradamusdan və Vanqadan fərqli olaraq, Parraviçini dünyada o qədər də məşhur deyil. Halbuki onun rəsmlərindəki öncəgörmələrinin total əksəriyyəti sonradan gerçəkləşib.


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?


2012-ci ildə Azərbaycanda doğulacaq dahi kim olacaq?




Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 20:59
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
MARAQLIDIR YAZAN ELLERIVIZ VAR OLSUN

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 5 aprel 2011 18:58
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ALLAH QORUSUN BIZLERI TWK

ALLAH QORUSUN BIZLERI TWK

--------------------

only-girl

  • 5 aprel 2011 18:19
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Twkkkkkkkkkk

--------------------

MUBARIZ IBRAHIMOV

  • 5 aprel 2011 12:47
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
TESEKKURLE MARAQLIDI

--------------------
ELVIN

eliza

  • 5 aprel 2011 11:23
  • Məqalə: 6
  • Şərh: 350
  • Bal:
{awards}
cox maraqlidir tesekurler

Made_In_Bakinka

  • 5 aprel 2011 10:55
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Sitat: KleoPatrA
ALLAH QORUSUN BIZLERI

no

Inciciceyi

  • 5 aprel 2011 10:14
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Geleceyi duwunmek istemirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 5 aprel 2011 10:04
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
Sitat: KleoPatrA
ALLAH QORUSUN BIZLERI TWK


--------------------

-=EFSANE-XANIM=-

  • 5 aprel 2011 02:44
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
NE GOZEL DEYIB. GORESEN 2012-DE OLACAQ DAHI KIM OLACAQ???

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Vasif777

  • 5 aprel 2011 02:07
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
Аллахымыз Мерхеметлидир...

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}