Dəstəmaz almağın qaydası

 
Dəstəmaz almağın qaydası

Peyğəmbər (s.ə.s) necə dəstəmaz alardı?

Dəstəmazın tərifi: Dəstəmaz insan bədəninin Allahın şəriətə daxil etdiyi və Onun elçisinin (s.s)
bizə bildiyi xüsusi üzvlərini pak su istifadə etməklə təmizləmək deməkdir.Dəstəmazın şəriətə uyğunluğudur
Uca Allah demişdir: "Ey iman gətirənlər! Namaz qılmağa duranda üzünüzü və əllərinizi
dirsəklərəcən yuyun, başınıza və topuqlaracan ayaqlarınıza məsh çəkin". (Əl-maidə, 6).

Əbu Hüreyrənin isə belə dediyi rəvayət olunur: Allahın elçisi (s.s) dedi:
"Kim bir murdar şeyə toxunsa, dəstəmaz almayınca namazı qəbul olunmaz".
(Əl-Buxarinin və Müslimin haqqında həmfikir olduqları hədisdir).

Dəstəmazın qaydası

Osmandan (r) rəvayət olunru ki, Allahın elçisi (s.s) demişdir: "Dəstəmazı qaydasında olan adamın günahları bədənindən dırnaqlarının altından kir çıxan kimi çıxar". Müslimin (3/133) və başqalarının rəvayət etdikləri hədisdən.
Allahın elçisi (s.s) həmçinin demişdir: "Kim belə dəstəmaz alsa, onun bu dəstəmazı bundan əvvəl işlədiyi günahların bağışlanmasının kəffarəsi olar". (Müslimin rəvayəti).
Bunu da Allahın elçisi (s.s) demişdir: "Hər bir müsəlmanın təharət edib tam pak olması və bu beş vaxt namazı qılması ən azı həmin namaz vaxtları arasında işlədiyi günahların kəffarəsi (yuyulmasının haqqı) ola bilər! (Müslimin rəvayəti).

1.Niyyət etmək: bu, insanın Allahın və Onun elçisinin (s.s) əmrini yerinə yetirmək məqsədilə dəstəmaz almaq istəyini dilə gətirmədən ifadə etməsindən—ürəyindən keçirməsindən ibarətdir. Çünki bu istəyin dillə demək, müsəlmanların böyük alimlərinin yekdil rə'yinə görə, bid'ətdir (dini korlayan uydurma yenilikdir). Axı Peyğəmbər (s.s) demişdir: "Əməllər niyyətlərə görə qiymətləndirilir" (Əl-Buxarinin və Müslimin həmfikir olduqları hədisdən) .

2.Allahın adını çəkmək: bu dəstəmaz almağa başlayandan əvvəl "bismillah" (Allahın adı ilə!) deməkdən ibarətdir. Bunu demək dəstəmaz alana vacibdir. Əvvəldə deməyi unutduqda, unutduğunu xatırlayan kimi demək olar. Çünki Allahın elçisi (s.s) demişdir: "Dəstəmaz üstündə Allahın adını çəkməyənin dəstəmazı qəbul olunmaz". (Ət-Tirmizinin və Əbu Davudun rəvayət etdikləri hədisdən).

3.Əlləri yumaq: bu, əlləri biləyəcən yumaqla başlanıb, suyun barmaqların arasını yaxşı islatmasını tə'min etmək üçün bir əlin barmaqları ilə o birinin barmaqlarının aralarını yumaqdan ibarət bir hərəkətdir.

4.Ağzını yaxalamaq (qarqara etmək): bu suyu ağızda sağ əlin ovucunun köməyi ilə hərəkət etdirərək ağızı yumaqdır.

5.Buruna su çəkmək (istinşaq): bu, sağ əlin ovucunun köməyi ilə suyu ilə burunun dərinliyinə çəkməkdir. Burada bir şeyi qeyd etməyi lazım bilirik ki, ağzını yaxalamaq və buruna su çəkmək üçün su hər dəfə tək bir əlin ovucuna götürülməlidir, bunu iki əllə etmək olmaz.

6.uyu burundan xaric etmək (istinsar): bu, buruna çəkilmiş suyu sol əlin köməyi ilə nəfəsini təzyiqlə bayıra verməklə burundan xaric etməkdir.

7.Üzünü yumaq: bu, üzün başın tüklü yerindən çənənin və ya saqqalın ucundan uzununa və qulaqların dibinədək eninə üç dəfə suyun üzün bütün yerlərini islatması şərtilə yuyulmasıdır. Saqqal saxlayanlar suyu saqqalın tükləri arasına yeritsələr yaxşı olar. Çünki hədisdə deyilir: "Allahıq elçisi (s.s) saqqalını barmaqları ilə daraqlayıb dibini isladardı". (Ət-Tirmizinin rəvayəti).

8.ellərin dirsəklərəcən yuyulması: əvvəl sağ əlin, sonra sol əlin dirsəklərəcən üç dəfə yuyulmasından ibarətdir.

9.Başa əl (məsh) çəkilməsi: bu, əlini bütünlüklə başa qabaqdan arxayadək çəkməkdən və sonra əlini bu hərəkətə başladığı yerəcən qaytarmaqdan ibarətdir. Bundan sonra şəhadət barmaqlar qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Axı Peyğəmbər (s.s) demişdir: "Qulaqlar da başa aiddir". (Əhmədin və Əbu Davudun rəvayət etdikləri hədisdən).
Abdullah bin Zeydin hədisində başa məsh çəkilməsi belə təsvir edilir: "...o Peyğəmbər (s.s), əllərini başının qabağından başlayıb arxasınadək çəkdi və sonra onları başladığı yerəcən qaytardı" (Əl-Buxari və Müslimin haqqında həmfikir olduqları hədisdən).

10.Ayaqları topuqlaracan, ayaq barmaqlarının arasına çeçələ barmağı salıb yumaq deməkdir.
Bütün bunlara dəlil Osman bin əl-Əffanın (r) hədisidir. Orada deyilir ki, Osman adamları çağırıb dəstəmaz üçün su gətirdərək burada göstərildiyi kimi dəstəmaz almış, sonra demişdir: "Mən Allahın elçisinin (s.s) belə dəstəmaz aldığını görmüşəm". (Əl-Buxari ilə Müslimin haqqında həmfikir olduqları hədisdir).

11.Dəstəmaz alıb qurtarandan sonra dua oxumaq: çünki Allahın elçisi (s.s) demişdir: "Sizdən kim əməlli-başlı dəstəmaz alıb bu duanı oxusa, Cənnətin səkkiz qapısı da birdən onun üzünə açılar və o, istədiyi qapıdan Cənnətə daxil olar: "Əşhədu ən la ilahə illəllahü vəhdəhu la şərikə ləhü və əşhədü ənnə Mühəmmədən əbdühü və rəsülühü" (Mən şəhadət edirəm ki, Allahdan başqa heç bir mə'bud yoxdur, Onun heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir) (Müslimin rəvayət etdiyi hədis). Ət-Tirmizinin belə eyni rəvaəytində isə bu duada Müslimin rəvayətindəkindən artıq bir ifadə var ki, bu da düzgündür. Həmin ifadə budur: "Allahümmə-c'əlni min ət-təvvabinə və-c'əlni min əl-mütətəhhərinə" (Ilahi! Məni tövbə edənlərdən və pak olanlardan et!).

Dəstəmazı kəsən şeylər

1.Başı kəsilmədən öldürülmüş heyvanın ətini yemək.
Çünki bir dəfə bir kişi Peyğəmbərdən (s.s) dəvə əti yeyəndən sonra dəstəmaz almağın
lazım gəlib-gəlmədiyini soruşmuş, Peyğəmbər (s.s) ona belə cavab vermişdir:
"Dəstəmaz almaq lazımdır" (Müslimin rəvayət etdiyi hədisdən).

2.İfrazat dəliklərindən nəyinsə xaric olması. Çünki Peyğəmbər (s.s) demişdir:
"Kimə bir murdarlıq üz versə, dəstəmaz almayınca qıldığı namaz qəbul olunmaz" (Müslimin rəvayət etdiyi hədisdən).

3.Dərin yuxuya getmək. Çünki Peyğəmbər (s.s) demişdir: "Açıq göz səhvlərin yığılıb
saxlandığı qazanın qapağıdır. Kim yuxuya getsə, oyananda dəstəmaz alsın". (Əhmədin və Əbu Davudun rəvayət etdikləri hədisdən).

4.Cinsiyyət üzvünə və vurmaq. Çünki Peyğəmbər (s.s) demişdir: "Kim öz cinsiyyət üzvünə
əliyalın əl-çəksə, dəstəmaz alsın". Bu məsələdə alimlər cinsiyyət üzvünə əlin dəyməsinin
şəhvətə hissi ilə əlaqədar olub-olmadığını bir şərt kimi irəli sürmüş və belə fikir yürütmüşlər ki,
şəhvət hissi ilə əlaqədar olmayan halda dəstəmazı təzələmək olar.

5.İnsanın yuxuya getmədən ağlını itirməsi halları. Belə hallardan dəlilik, huşunu itirmək,
sərxoşluq və s. misal göstərilə bilər. Bu məsələdə alimlərin böyük əksəriyyəti yekdildir.


Geri dön

Memmedzade_Mesume

  • 13 aprel 2011 17:42
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
tskler dosi

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

Come_brun

  • 12 aprel 2011 04:08
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
tesekkurler

huseyn12

  • 6 aprel 2011 10:31
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Bunu hər kəs bilməlidi. Çox sağ olun.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

YazYamuru

  • 6 aprel 2011 03:50
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Shakira02
deyerli melumata tesekkur edirem


--------------------



_RONALDO_

  • 5 aprel 2011 20:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
allah razi olsun

--------------------

nilayka

  • 5 aprel 2011 19:42
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun

--------------------

FanatkaJB

  • 5 aprel 2011 19:29
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
[bAllah razi olsun...[/b]

--------------------

only-girl

  • 5 aprel 2011 19:24
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 49

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}