Qızlar niyə tez ərə gedirlər?

 
Qızlar niyə tez ərə gedirlər?

Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və
rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib.

Harda yaşayan qadınlar erkən ailə qururular?

Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha
daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb
və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi
18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında,
3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların
təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olublar.

Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir.
18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında,
11 faizi ailənin maddi vəziyyəti çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən
imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə,
qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.

Qızlar niyə tez ərə gedirlər?

Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən
imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib.

Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta
ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə,
müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub.

Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin
25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas,
68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olub.

Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi,
fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət,
nəqliyyat və tikinti sahələrində məşğul olub, eləcə də fəhlə, fermer və işsiz olub.

Cütlüklər niyə rəsmi nikaha girmir?

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki,
onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah
yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında
qeydiyyata alınmamışlar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub.

Müayinənin nəticələrinə əsasən, sorğu olunan qadınların 90 faizinin uşaqları olub və onların
97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların
54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.

18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya
tam orta, 45 faizi isə ümumi orta təhsili olub. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri
təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, müayinə ilə əhatə olunan
bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların
39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.

Qızlar öz razılıqları ilə qaçırılır?

Müayinənin məlumatlarına əsasən, qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları
öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi
qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın
ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı
olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir,
41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah
haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli,
30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.

Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların
56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri var.

Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət
edilməsi barədə suala cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını,
18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstəriblər.


Geri dön

polad333

  • 26 avqust 2011 21:51
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
agljniz olsun ne tez evlenmeyin ne de tez ere getmeyin

angeloka

  • 28 iyul 2011 17:51
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
hec bilmirdim tsk

rossioneri-004

  • 28 iyun 2011 15:13
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
twekkurler.

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 23:00
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
men seni taniyiram mesme

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

YazYamuru

  • 6 aprel 2011 03:44
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HMMM ÜRƏKLƏRİ YƏQİN ELƏ İSTƏYİRDƏƏƏ wink feel

--------------------



_RONALDO_

  • 5 aprel 2011 20:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
INTERESNO BILO CHITAT. SPASIBO.

--------------------

aylam

  • 5 aprel 2011 20:06
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
tesekkur maraqlidi fellow

sevgi yalandir

  • 5 aprel 2011 20:03
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
maraqlidi twk xeber ucun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

UZEYIRIN GULIASI

  • 5 aprel 2011 19:45
  • Məqalə: 2
  • Şərh: 320
  • Bal:
{awards}
INTERESNO BILO CHITAT. SPASIBO.

--------------------
UZEYIRIN GULIASI.

nilayka

  • 5 aprel 2011 19:45
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidi twk xeber ucun

--------------------

only-girl

  • 5 aprel 2011 19:40
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraqlidi tesekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}