Bakını bürüyən toz qatı Ərəbistandan gəlib

 
Bakını bürüyən toz qatı Ərəbistandan gəlib


Hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur

Bu gün səhər saatlarından Bakının bütün ərazisi toz-torpağa bürünüb. Xəfif küləyin göyə sovurduğu sarımtıl toz-torpaq qatı duman kimi şəhərin üzərini alıb. Paytaxtın nisbətən hündür nöqtələrindən baxanda nəinki geniş küçələr, parklar, heç adi vaxtlarda uzaqdan diqqəti cəlb edən ən uca binalar da görünmür.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Bakı şəhərinin atmosfer havasının çirklənmə səviyyəsinin yoxlanılması məqsədilə monitorinq aparıblar. Monitorinqin nəticələrinə əsasən, hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur. Nazirliyin mütəxəssislərinin fikirlərinə görə, buna əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb.

Nazirlikdə bildirirlər ki, ötən gecə və bu gün səhər saatlarında nisbətən zəif külək əssə də bu, atmosfer havasında tozun səpələnməsinə və miqdarının azalmasına əlverişli şərait yaratmayıb. Hazırda nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir. Bürodan verilən məlumata görə, sabahdan başlayaraq zəif cənub, cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması proqnozlaşdırılır ki, bu da atmosfer havasında toplanmış toz hissəciklərinin səpələnməsi və miqdarının azalması üçün əlverişli şərait yaradacaq. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənmənin minimuma enməsinə səbəb olacaq.


Geri dön

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 19:14
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
twk heqiqeten de beledi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 5 aprel 2011 18:51
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
twk heqiqeten de beledi

--------------------

nilayka

  • 5 aprel 2011 17:52
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkur melumat ucun

--------------------

only-girl

  • 5 aprel 2011 17:17
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Təşəkkür

--------------------

FanatkaJB

  • 5 aprel 2011 17:11
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
twk heqiqeten de beledi

--------------------

kristal

  • 5 aprel 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 470
  • Bal:
{awards}
tesekkurler xebere gore

BeSt Of

  • 5 aprel 2011 16:09
  • Məqalə: 1
  • Şərh: 206
  • Bal:
{awards}
ALLAH komeyimiz olsun.... AMIN
THANK U bully

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!

Mesume_Memmedzade

  • 5 aprel 2011 16:06
  • Məqalə: 16
  • Şərh: 240
  • Bal:
{awards}
ilk serh menden
xebere gore tskler

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}