Azərbaycanlı qızlar 20-24 yaşında ərə getməyə üstünlük verir

 
Azərbaycanlı qızlar 20-24 yaşında ərə getməyə üstünlük verir

Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Komitədən ANS PRESS-ə verilən məlumata görə, müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olublar.

Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.

Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib. Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub.

Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olub. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət, nəqliyyat və tikinti sahələrində məşğul olmuş, eləcə də fəhlə, fermer və işsiz olub.

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub.

Müayinənin nəticələrinə əsasən sorğu olan qadınların 90 faizinin uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər. 18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsili olub. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, müayinə ilə əhatə olunan bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.

Müayinənin məlumatlarına əsasən qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.

Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri var. Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət edilməsi barədə sualına cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstəriblər.


Geri dön

YazYamuru

  • 6 aprel 2011 03:25
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
Sitat: REMEMBER_ME
ere getmek ucun menim fikrimce en yaxsi yas dovru 21-22-23 yaxsidi.maraqli xeber idi.tewekkurler.


--------------------



Made_In_Bakinka

  • 6 aprel 2011 02:17
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
no

kristal

  • 5 aprel 2011 23:12
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
azerbaycanli qizlar 20-24 yasinda ere getmeye ustunluk verir-duz edirler

canimmm

  • 5 aprel 2011 22:12
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
mece qizlar oxusalar daha yaxsi olar,en yaxsi vaxt ise 23-24 yas arasidi

T_W_I_L_I_G_H_T

  • 5 aprel 2011 21:06
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
ere getmek ucun menim fikrimce en yaxsi yas dovru 21-22-23 yaxsidi.maraqli xeber idi.tewekkurler.

--------------------
SOMEONE....SOMEWHERE...IS MADE FOR YOU....

kiss love

  • 5 aprel 2011 21:05
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk maraqli xeberedi

--------------------

Ulya

  • 5 aprel 2011 20:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
belay

_RONALDO_

  • 5 aprel 2011 20:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH nevaxt qismet elese o vaxt
maraqsiz xeberdi

--------------------

Sevinc_Keder

  • 5 aprel 2011 20:03
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
ALLAH nevaxt qismet elese o vaxt
maraqsiz xeberdi

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!

nilayka

  • 5 aprel 2011 19:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk maraqli xeber ucun

--------------------

only-girl

  • 5 aprel 2011 19:56
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk bizde giz 17oglan 22 yashinda

--------------------

sevgi yalandir

  • 5 aprel 2011 19:56
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 81

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}