Oyanmaq istəmədiyim yuxu

 
Oyanmaq istəmədiyim yuxu

Gördüyüm andan xoşlanmışdım səndən , gülən üzündən, sanki mənim üçün yaradılmışdı, bu yanlızlığımdan məni çəkib çıxarmaq üçün, sanki məni gözləyirdin səndə, özümü inandırmışdım buna ... Eyni yerlərdə rastlaşırdıq zaman-zaman, seyr edirdim səni uzaqdan uzağa, tanımırdım amma xoşlanmışdım bir dəfə, ağılımdan çıxmırdın , mən isə bəlli etmirdim bunu, sanki vecimə deyildin sən, sanki səni görmürdüm mən amma ürəyim istəyirdi səni ...

Nə vaxt yanımdan keçsən başqa yerlərə baxırdım, əhəmiyyət vermirmişəm kimi görünürdüm ağlımca, görməməzlikdən gəlirdim səni, amma ürəyim səninlə göz-gözə gəlsək yerindən çıxarcasına döyünən ürəyim görməməzlikdən gələ bilmirdi səni, bir səni düşünürdüm.Sanki məni gözləyirdin səndə.
Amma ətrafın, o ətrafındakı insanlar başqa birinin yanında görməyə dayana bilmirdim səni dostun olduğunu bilsəm belə, içim içimi yeyirdi.Sənə açılmaq içim tökmək istəyirdim amma necə? Mümkün deyil hələ səni tanımırdım, danışmamışdıq bir dəfədə olsun.Sanki mənə baxırdın, sanki məni izləyirdin gizlicə , inandırmışdım özümü buna, məndə səni izləyirdim gizlidən gizliyə.


Ümid,hər zaman içimdə olan ümid, səninlə bir gün bərabər dolaşacağımız anları qurardım ağlımda, güləcəyimiz zarafatlaşacağımız zamanları xəyal edərdim.İçimdə fırtınalar qopsada bəlli etməzdim, görməməzlikdən gəlirdim səni, mənim üçün dəyərsizdin sanki kənardan baxanda ...

Oldu ... Axırda oldu səninlə tanış olmağı bacardım sonunda, o gözəl gözlərinin içinə baxaraq danışa bildim nəhayət, və yenə eyni ümid, bu səfər daha çox güclü məşğul edirdi beynimi, nə zaman evə gəlsəm ağılımdan çıxarda bilmirdim səni,
səninlə keçirə biləcəyim gözəl anları canlandırırdım başımda, güləcəyimiz dolaşacağımız zamanları ... ən xoşbəxt anlarımdı xəyal etdiyim anlar, sənə açılmaq istəyirdim, planlar qurardım beynimdən nələr söyləyəcəkdim, reaksiyan necə olacaqdı, ağlından keçənləri bilmək istərdim dəlicəsinə, haqqımda nə düşünürdün ...


Görəcəkdim səni 4-5 gün sonra, o ana qədər ağlımda nə hazırlıqlar etmişdim, nə deyəcəyimi düşünmüşdüm uzun-uzun, nə deyəcəkdin, birdən "HƏ" desən? O gün ən xoşbəxt adam mən olardım hər halda.Xəyal etdim, Gəzdiyimiz əyləndiyimiz günləri, xəyal etdim yaşana biləcəkləri.O gəlməliydi bir an əvvəl sənə açılacağım gün, gəlməliydi ... amma ...

2 gün keçdi aradan ağlımda sən gəzirdim küçədə , başqa qızlar vecimə deyildi, ağlımda sən gözümün qarşısında sən vardın, ürəyim sənə açıq yalnız, sən və digərləri vardı ...
Gəzirdim dedimişdim küçədə .. sənə bənzəyən birini gördüm sanki qarşıdan gələn, bəli çox bənzəyirdi, o anda vücudumdakı qan beynimədə sıçradı mədəmə bir daş oturdu, sən idin o gələn, yaxşı o yanındakı, o kimdi? O səmimi olduğun adam kimdi? Başa düşdüm əlbəttə kim olduğunu, bunca zamandır etdiyim planları düşündüm xəyallarımın bir anda kül olub getməsini düşündüm, küləkdə sovrulmuş bir yarpaq kimiyəm indi, səni bir daha görmək ... Səni bir daha görmək istəmirəm demək gəlir içimdən amma deyə bilmirəm ...


Sən bir yuxu idi mənim üçün və indi oyandım, gözəl bir yuxudan oyananda insanın içini bir hüzn örtər, mən o hüzünün cəhənnəmində yaşayıram bu anda ...

Xəyallarım ümidlərim eşqim ürəyim .... hamısı getdi əlimdən o yuxudan oyanarkən mən ...

Sənə əsla demədiyim ve deye bilməyəcəyim şey...

Səni sevirəm yuxum, əsla həqiqət olamasanda səni sevirəm, kaşki heç bitməsəydi yuxum ...

Fikirləriniz...


Geri dön

_RONALDO_

  • 29 may 2011 19:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
maraqli xeberdi

--------------------

swat_505

  • 25 aprel 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
{awards}
tewekkurlerrr pozitivvv

YazYamuru

  • 6 aprel 2011 03:29
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}

Səni sevirəm yuxum, əsla həqiqət olamasanda səni sevirəm, kaşki heç bitməsəydi yuxum ... love

--------------------



kiss love

  • 5 aprel 2011 21:06
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler

--------------------

_RONALDO_

  • 5 aprel 2011 20:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
maraqli xeberdi

--------------------

nilayka

  • 5 aprel 2011 19:55
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: only-girl
maraqli xeberdi


--------------------

sevgi yalandir

  • 5 aprel 2011 19:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
twk recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

only-girl

  • 5 aprel 2011 19:53
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraqli xeberdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}