Təklik...Bəzən gözəl səslənir

 
Təklik...Bəzən gözəl səslənir

Təklik...Bəzən gözəl səslənir bu söz mənim üçün evdə tək övlad olmaq istəyən eqayist uşaqlar kimi,zirvələri tək fəth etmək istəyən cəsarətli insanlar kimi və ya insanlardan qorxub təkliyi sevənlər kimi.Amma heç düşünməmişdim birdən həqiqətən tək qalsaydım necə olardı həyatım?


Anam və atam həyatımın ayrılmaz və ən dəyərli varlıqları...Bəs mən onlarsız – tək necə qurardım həyatımı? Dostlarım – mənə ən pis və ən yaxşı günümdə dəstək olan yaxınlarım...Mən onlarsız –tək necə aşa bilərdim bütün çətinlikləri? Tək qalsaydım hər yıxılanda kim əlimdən tutub qaldırardı, ən qəmgin vaxtımda kim güldürərdi üzümü, nailiyyətlərimə kimlər sevinərdi, irəliləyişlərimə kimlər paxıllıq edərdiki məndə olan mübarizə əzmini daha da gücləndirsinlər?


Amma bir dəyişməz həqiqət də vardırki ağladan da ağlıyan da məhz insanlardır.Bir-birinə xoşbətxçilik və ya bədbəxtçilik gətirən yenə insanlardır.Ona görə də bəzən tək qalmaq hər bir pislikdən uzaq durmağıma kömək edə bilər. Təklik bəlkə də insanlardan uzaqlaşıb həyat oyununa bir az tənəffüs vermək kimi görünsə də mənə başqalarına passivliyim kimi görünər, içimdəki şübhələrdən qurtulmaq üçün tək qalsam başqaları geri çəkildiyimi düşünər, insanlardan tamamilə uzaqlaşıb tək qalsam o zaman bunu mənim tənəzzülüm hesab edərlər,gülərlər mənə.Mənə isə bu qədər yaşanan təkliyim dərs olar,nəticələr çıxardıb hər kəsi tanıyaram,ən sonda gözlənilmədən qələbə çalaram və bu zaman mənə gülənlərə tək gülən mən özüm olaram.Necə deyərlər yaxşı gülən sonda gülər...



Tək qalsaydım dostum dörd divar,soyuq döşəmələr,təkliyimi isidən bir fincan çay və qələmim olardı.Qələmimlə təsvir edərdim təkliyimin gözəlliyini.Yazardım səhər-axşam sevgilisini təsvir etməkdən yorulmayan dəli şairlər kimi.Hərdən özümü günahlandırardım etdiyim səhvlərə görə.Təklik isə həyat məhkəməsindəki ədalətsiz hakim olardı mənə.Məhkum edərdi məni həmişəlik tənhalığa.Tək qalsaydım anlıyardım dostluğun qiymətini.Sadiq dostlarım axı hər zaman mənimlə olmalıydı.Əgər yoxdurlarsa və mən təkəmsə başa düşərdim yalnız insanın özünə ən sadiq dost olduğunu.Tək qalsaydım ətrafımı görərdim.Bir zamanlar insan kütlələrinin üstünü bağladığı hər çirkinliyi və hər gözəlliyi indi aydın görərdim.Tək qalsaydım heç kəsdən asılı olmazdım.Azadlığımı doya-doya yaşıyardım.Öz gəmimdəki tək kapitan elə özüm olardım. Ən sonda isə mənim üçün dəyişilmiyən bir həqiqət var “Biz kiçik insanlar bəzən böyük kütlələr içində belə tək olduğumuzu hiss edərik”


Geri dön

Yusif

  • 26 iyul 2010 17:04
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
[color=#990000]
cox saq ol super
cox saq ol super
cox saq ol super
wink

Ulya

  • 26 iyul 2010 16:38
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol bele goel xebere gore.

Mr_Unlimited

  • 25 iyul 2010 23:45
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
teklik saniyelerin nece tiqqildadiqini ewitmedir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}