Vaxtından əvvəl ərə verilən qızlar hansı ailələrdə böyüyənlərdir?

 
Vaxtından əvvəl ərə verilən qızlar hansı ailələrdə böyüyənlərdir?


Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması ilə bağlı araşdırma aparıb.

Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib.

Harda yaşayan qadınlar erkən ailə qururular?

Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olublar.

Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyəti çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.

Qızlar niyə tez ərə gedirlər?

Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib.

Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub.

Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olub.

Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət, nəqliyyat və tikinti sahələrində məşğul olub, eləcə də fəhlə, fermer və işsiz olub.

Cütlüklər niyə rəsmi nikaha girmir?

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmamışlar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub.

Müayinənin nəticələrinə əsasən, sorğu olunan qadınların 90 faizinin uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.

18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsili olub. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, müayinə ilə əhatə olunan bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.

Qızlar öz razılıqları ilə qaçırılır?

Müayinənin məlumatlarına əsasən, qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.

Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri var.

Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət edilməsi barədə suala cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstəriblər.


Geri dön

polad333

  • 26 avqust 2011 21:53
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
qizlari tez ere verirler ki yeyeninbiri azlsin

Yeva

  • 17 may 2011 14:34
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Cox maraqli ve gerekli xeberlerdi. Tewekkurler.

marlin

  • 8 aprel 2011 17:22
  • Məqalə: 221
  • Şərh: 1616
  • Bal:
{awards}
tewekkurler

--------------------

_RONALDO_

  • 6 aprel 2011 20:58
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekkur xeber gore

--------------------

only-girl

  • 6 aprel 2011 16:04
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Sitat: Jackson_fanatı
thanks xebere görə


--------------------

Filiz

  • 6 aprel 2011 15:26
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
sona kimi bir insannan yawiyacagiq telesmey lazim deil((((((((xebere gore tewekkur maraglidi

nukhet

  • 6 aprel 2011 14:52
  • Məqalə: 0
  • Şərh: 121
  • Bal:
{awards}
twk ederim

Jackson_fanatı

  • 6 aprel 2011 10:06
  • Məqalə: 0
  • Şərh: 782
  • Bal:
{awards}
thanks xebere görə

Inciciceyi

  • 6 aprel 2011 08:40
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 6 aprel 2011 02:34
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk xebere gore dosi

--------------------

BaKuBoY

  • 6 aprel 2011 01:48
  • Məqalə: 1
  • Şərh: 48
  • Bal:
{awards}
tesekkur xeber gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 52
Cəmi: 90

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}