İsveçrənin “FAB Design” şirkəti 10 ildir ki, “Mercedes” modellərinin tüninqi ilə məşğul olur. Lent.az-ın “autotechnic.su” saytına istinadla xəbərinə görə, çox böyük populyarlığa malik olan firma bəzən avtomobilləri o qədər dəyişiklik edir ki, əhali bunu “plastik əməliyyat” adlandırır. Lakin bu “cərrahlar” işlərində ustadırlar. Şirkətin bu yaxınlarda tüninq etdiyi “Mercedes-Benz SLS” də auditoriyanın diqqətini cəlb edib. Avtomobilin ön və arxa hissəsi ciddi dəyişikliyə uğrayıb və avtomobil orijinalına oxşarlığını bir qədər itirib. bununla bahəm, mütəxəssislər avtomobilin aerodinamikasını yaxşılaşdırmağı da unutmayıblar. Avtomobilin mühərrikinin də gücü artırılıb və isveçrəli “Mercedes-Benz SLS” 100 km/saata cəmi 3.7 saniyəyə çatır. Avtomobilin yol tutumunu artırmaq üçün idman avtomobillərinin asqısından istifadə edilib.