Hz. Musanın (ə) dünyadan köçməsi [Hekayə]

 
Hz. Musanın (ə) dünyadan köçməsi [Hekayə]

Həzrət Musanın (ə) ömründən 240 il keçirdi. Bir gün Həzrət Əzrail (ə) onun yanına gəlib deyir: "Salam olsun sənə, ey Allahın həmsöhbəti!"
Musa Peyğəmbər (ə) salamının cavabını verdikdən sonra ondan soruşur: "Sən kimsən?"
- Mən ölüm mələyiyəm.
- Bura niyə gəlmisən?
- Sənin canını almağa gəlmişəm.
- Ruhumu bədənimin harasından xaric edəcəksən?
- Ağzından.
- Ağzımdan? Axı mən bu ağız vasitəsilə Allahla danışmışam!
- Ayaqlarından.
- Ayaqlarımdan? Axı mən bu ayaqlarla (Allahla münacat etmək üçün) "Tur" dağına getmişəm!
- Gözlərindən.
- Gözlərimdən? Axı mən bu gözlərimlə həmişə Rəbbimə ümid edərək baxmışam!
- Qulaqlarından.
- Qulaqlarımdan? Axı mən Allah-Təalanın kəlamlarını qulaqlarımla eşitmişəm!
Allah-Təala Həzrət Əzrailə (ə) vəhy edir ki, özü istəyənə kimi Musanın canını alma.
Həzrət Əzrail (ə) oradan gedir. Musa Peyğəmbər (ə) illərlə ömür sürür. Nəhayət, bir gün Yuşə ibn Nunu çağırıb ona öz vəsiyyətlərini edir. Sonra bir gün təkcə "Tur" dağından keçəndə bir kişinin qəbir qazmaqla məşğul olduğunu görür. Ona yaxınlaşıb deyir: "İstəyirsən sənə kömək edim?" Həmin kişi "bəli" deyə cavab verir. Musa Peyğəmbər (ə) ona kömək etməyə başlayır. Qəbri qazıb qurtardıqdan sonra Həzrət Musa (ə) qəbrə daxil olur. Onun içində uzanır ki, qəbrin uzunluğunun düz olub-olmadığını yoxlasın. Həmin andaca Allah-Təala onun gözləri önündən pərdəni kənara çəkir. Həzrət Musa (ə) özünün Cənnətdəki məqamını görür. Musa Peyğəmbər (ə) deyir: "Allahım, mənim ruhumu Öz yanına apar!" Həmin vaxt Həzrət Əzrail (ə) onun canını alır və o qəbri Musa Peyğəmbərin (ə) məzarı edərək üzərini örtür. Əslində, qəbirqazan elə Həzrət Əzrailin (ə) özü olur. O, Özünü həmin surətdə göstəribmiş.
Bu vaxt Haqqın carçısı səmada uca səslə belə deyir:
"Kəlimullah (Allahın həmsöhbəti olmuş) Musa da öldü. Daha bundan sonra kimdir ölməyən?"


Geri dön

::..ONSLAUGHT::..

  • 7 aprel 2011 19:19
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
cox saqol deyerli xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

SUADA_M

  • 7 aprel 2011 05:54
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER.. feel

--------------------

фея

  • 6 aprel 2011 23:24
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
cox saqol deyerli xebere gore

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

nilayka

  • 6 aprel 2011 21:01
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

_RONALDO_

  • 6 aprel 2011 20:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler

--------------------

yeniyetme

  • 6 aprel 2011 19:07
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Sitat: only-girl
allah razi olsun


only-girl

  • 6 aprel 2011 18:47
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
allah razi olsun

--------------------

huseyn12

  • 6 aprel 2011 15:12
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Təşəkkür edirəm. Böyük məması var.
ALLAH razı olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

Aleyra

  • 6 aprel 2011 14:53
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
tebii ki her birimiz bir gun oraya Allahin yanina gedeceyik

ASİ

  • 6 aprel 2011 14:52
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 34
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}