Sən hər şeyimsən!

 
Sən hər şeyimsən!

EŞQİMSƏN... Bunun sonrası yox bunu açıqlayacaq başqa bi anlayışda yox...

KÖRPƏMSƏN... Bir ana körpəsinin üzərinə necə titrəyirsə məndə sənə eləyəm, gözümdən qoruyuram səni...

CANIMSAN... Bəli sən canımın canı, qanımın qanı, ürəyimin ürəyi, nəfəsimin nəfəsisən...

ÇARƏMSƏN... Hər dərdimi bir şəkildə səninlə həll edirəm. Sənin sevgin mənə güc verir...

DÜNYAMSAN... Xoşbəxtliyim, kədərim, təbəssümüm, hər şeyi, səndə yaşayıram. Sən böyük dünyamsan mənim...

TƏKİMSƏN MƏNİM... Bənzərsizsən, varlığınla, ruhunla, baxışınla, gülüşünlə, tokunuşunla bir dənəsən!

TUFANIM... Həyatıma girdiyin ilk zamanlarda sevgin başımı elə çevirdi ki, tufanım oldun məni oradan oraya sürüyüb gic elədin...

GƏLƏCƏYİM... Bu qədər zaman tək idi bu ruh... Dilə asan 25 il, amma artıq sən varsan, sən gələcəyimsən...

HƏYAT YOLDAŞIM... Bir insanın həyatında ana ata və qardaşlarından sonra ən əhəmiyyətli şəxsdir həyat yoldaşı... Sən də mənim bu ömür yolumda, yoldaşım olacaqsan İnşallah...

İŞIĞIM... Səni ilk tanıdığımda dibsiz bi quyudaydım elə bil. Qapqaranlıq soyuq bir quyu sən, mənim işığım oldun... Həm də işıqların ən gözəlisən çünkü, sadəcə doğru və gözəl olan hər şeyi işıqlandıran mənə sevgin və etibarınla...

İLKİM... Düşünürəm ki, anladın bunu, həyatımdakı bütün ilklərə sən sahibsən və unutma ilklər iz buraxar və iz buraxanlar unudulmaz...

ÜRƏK ATIŞLARIM... Bu ürək sənsizkən atmağa qorxur, sən mənim ürəyimin ən həyəcanlı, ən sürətli, ən yavaş ritmisən, yaşamam üçün lazımsan!...

LİMANIM...
Çarəsizcə üzərkən həyat deyilən bu böyük dənizdə, sığınacaq bir liman tapa bilməmişdim o amansız fırtınalarda. Amma sən çıxıb gəldin limanım oldun sənə sığındım...

MÖCÜZƏM... İnanılması güc hadisələrdir möcüzələr və gərçək varlıqlar olar o möcüzələrdə. Bax eynilə sən! Həyat mənə sənin kimi bir möcüzə təqdim etdi, anladım ki, mən fərqliyəm ki, səni göndərdi Tanrım mənə...

NƏFƏSİM... Sən olmadan bu ürək atmır demişdim. Atmayan bir ürək necə nəfəs təmin edər? Varlığımsan... Getmə...

HƏSRƏTLƏRİM... Darıxdığım hər şeyi səndə tapıram. Uşaqlığımı, dəcəlliklərimi, qorxmadan ağlamanı...

PARILTIM...
Çox vaxt deyərsən axı, gözlərin parıldayır deyə. Bax bu parıltıların səbəbi sənsən. Yaxşı olan gözəl olan hər şeyi varlığınla işıqlandırırsan...

ŞANSIM... Həyatdakı ən böyük şansımsan, sənə layiq olduğum üçün şanslıyam...

ÜMİDLƏRİM...
Gözləmələrim həmişə sənin üzərinə qurulu, həyatdakı tək və ən böyük ümidimsən... Unutma insanlar ümid etmədən yaşaya bilməzlərmiş...

ZƏFƏRLƏRİM...
Səni izah edən ən əhəmiyyətli söz budu bəlkə də... Sən də qazandım hər şeyi... EŞQİMİ, SEVGİMİ, ETİBARI, HÖRMƏTİ, İNANCI, XOŞBƏXTLİYİ, KƏDƏRİ belə...

QISASI "HAYATI" SƏNLƏ SƏNDƏ QAZANDIM...
SƏNİ QAZANDIM...
VƏ SƏN ƏN BÖYÜK ZƏFƏRİMSƏN...


Geri dön

STORM MEN

  • 23 avqust 2010 23:13
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
Gözəl sözlərdi .twk

--------------------

Yusif

  • 27 iyul 2010 13:17
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox gozel seirdi elaa

Ulya

  • 26 iyul 2010 16:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super yazi idi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}