Bu gecə səni unutmağı düşündüm...

 
Bu gecə səni unutmağı düşündüm...



Bu gecə səni unutmağı düşündüm...
Əvvəl işıqları söndürdüm, pərdəni araladım yavaşca, bir az ürkək, bir az utancaq baxışlarla baxdım çölə, bir zamanlar məni gözlədiyin küçəni boş görüncə, pəncərəni sonuna qədər açdım. Otağım da ürəyim kimi qaranlıq idi. Səndən mənə qalan yalnız yüngül bir bahar yeli idi, qoxunu yenidən hiss etdim içimdə. Çöldəki küçə lampası da işıqlandırıldı. Bir tək ürəyim qədər qaranlıq olan otağım qaldı işıqsız...
Bir az əvvəl aldığım siqaretim də son anlarını yaşayırdı artıq. Heç vaxt sevmədiyin və alışa bilmədiyin siqaretimlə yenə baş-başa qaldım. Onsuzda bir tək o buraxmırdı məni, bir də başımın üstündən ayrılmayan xain həsrət küləyi... Paketdəki son siqareti çıxardım titrəyən əllərimlə, uzun-uzadı seyr etdim əvvəl. Adını yazdım böyük hərflərlə, necə ki, bir zamanlar səni yazmışdım ürəyimin ən dərin küncünə...
Məni necə yandırdınsa xəyanətinlə, mən də elə yandırdım siqaretimi. Hələ ürəyimdə qalan həsrətimlə, bir an dodaqlarının istiliyini hiss etdim. Qaranlıq xəstəxana otağında , ölümə gedən bir xəstənin son nəfəsini alması kimi, havanı aldım içimə, bir zamanlar sənin qoxunu necə çəkirdimsə içimə bax elə... !!!
Bir an xəyalın çıxdı qarşıma, sən məni həyatından necə atdınsa, mən də səni eləcə atacaqdım o tüstü ilə içimdən. Küllərini çölə atdım, külək sovuracaqdı külləri...
Son siqaretim bitdiyində unudacaqdım səni, amma unutduğum bir tək şey vardı, heç hesabda yoxkən son anda ağlıma gələn, hardan bilə bilərdim ki; son siqaretimin hər nəfəsində səni içimə çəkəcəyimi...


Bu gecə səni unutmağı düşündüm...

Son dəfə dinlədim, “GÖZƏL GÖZLÜM” deyə başlayan, “QISQANARAM” deyə bitən mahnımızı, səni son dəfə xatırlamalıydım bu mahnıyla, ağlamaqlarımın sonu olmalı idi bu gecə. Ağlıyırdımmı ? yoxsa aldanırdımmı ? Ya da cavab tapa bilmədiyim suallar idimi canımı sıxan bilmirəm...
Yağışlar yağırdı, sənə olan hirsim şimşəklər çaxdırırdı gözlərimə, əllərimlə yanaqlarımdan axan yağış damlalarına toxundum, barmaqlarımın ucları yanırdı, üzümə tökülən hər damlada, sənə olan nifrətim vardı. Son anda hiss elədim o damlaların rəngini, heç təxmin etməzdim halbuki, hardan bilə bilərdim, o damlalarda səni görəcəyimi...
Bu gecə səni unutmağı düşündüm...İşığa yığışan pərvanələr qucaqlamışdılar küçə lampasını, ulduzlarla örtülü olan Səmaya qaldırdım başımı əvvəlkə parlaqlıqlar yox idi artıq, günəş doğulduğunda ulduzlar itdiyində unutmalıydım səni...
Dözə bilməzdim artıq, sənsiz keçirdiyim bu son gecə olacaqdı, çünki çıxacaqdın həyatımdan heç girməmiş kimi... Amma unutduğum bir şey vardı, yenə də son anda ağlıma gələn, hardan bilə bilərdim ki; ulduzlara baxarkən, saysız dilək tutduğum, ruhumun dərinliklərinə həbs etdiyim, həyatıma bilmədiyim mənalar gətirən, neçə gecələrimi işıqlandırdığın o gözlərini xəyal edəcəyimi...
Bu gecə səni unutmağı düşündüm...
Nə vaxt hirslənsəm bu namərd həyata, necə götürürdümsə qələmi əlimə, yenə də elə götürəcəkdim. Gözlərimdən boşalan yağışlar, çöldəki bahar yeli, və artıq əvvəlki kimi parlamayan ulduzların yoldaşlığında, küçə lampasının işıqlandırdığı, ürəyim qədər qaranlıq otağımda son şeirimi yazacaqdım sənə, içində sən olacaqdın, mən olacaqdım, ikimiz olacaqdıq.... Yalnız bizə aid o şeiri məndən başqası bilməyəcəkdi, bir mən ağlayacaqdım, bir qələmim qanayacaqdı, bir də şeirim...
İlk misralarda sevgimi anlatacaqdım, neçə gecə qorxuyla oyandığımı, sıra xəyanətinə gələcəydi, şeirimin qalan hissəsini üsyanımla davam edəcəkdim, və son olaraq səni unutduğumu yazacaqdım, son nöqtəni qoyacaqdım şeirimə...
Son anda fərqinə vardım hələ içimdə olduğunu, hardan bilə bilərdim ki; şeirimin son nöqtəsini yenə səninlə qoyacağımı....


Geri dön

nice_angel

  • 22 iyul 2011 12:56
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

::..ONSLAUGHT::..

  • 5 aprel 2011 20:08
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Birinci xeste heyata cox inamla yanasir.Amma ikinci xeste ise cox paxil olur.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

STORM MEN

  • 23 avqust 2010 23:07
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
{awards}
Gözəl sözlərdi .twk

--------------------

Ulya

  • 29 iyul 2010 20:26
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox sagol maraqli yaziya gore

Mr_Unlimited

  • 28 iyul 2010 02:18
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
beyemdiyinize sevindim

Yusif

  • 26 iyul 2010 16:32
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
saq ol xebere gore wink

_LeGenDa_

  • 26 iyul 2010 14:27
  • Məqalə: 133
  • Şərh: 545
  • Bal:
{awards}
Bu gecə səni unutmağı düşündüm...İşığa yığışan pərvanələr qucaqlamışdılar küçə lampasını, ulduzlarla örtülü olan Səmaya qaldırdım başımı əvvəlkə parlaqlıqlar yox idi artıq, günəş doğulduğunda ulduzlar itdiyində unutmalıydım səni...


cooook uzucu yaaaa wassat

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}