Qlobusda biz niye yoxuq?

 
Qlobusda biz niye yoxuq?

Azərbaycan Respublikasının ərazisi yenidən təcavüzə məruz qalır. Bu dəfə Azərbaycan ərazisi qlobusda Ermənistan adı ilə göstərilib. Bu barədə Bakı sakini Əsəd Mehbalıyev bildirib. Onun sözlərinə görə, bunu orta məktəbin III sinfində oxuyan oğlu aşkar edib.

“Biz qlobusu xeyli vaxt idi ki, Nərimanov metrostansiyasının yaxınlığındakı mağazadan almışdıq. Qlobusu alanda heç orada yazılanlara da diqqət yetirmədik. Dünən oğlum məndən soruşur ki, “Ata, Azərbaycan dövləti niyə qlobusda yoxdur?” Məni maraq bürüdü və qlobusa baxanda həqiqətən də orada Azərbaycanın adının yerinə, Ermənistan adının yazıldığını gördüm. Elə həmin dəqiqə sizə müraciət etdim”, - deyə Əsəd Mehbalıyev vurğuladı.

Qeyd edək ki, qlobus Çin istehsalıdır. Maraqlısı da odur ki, qlobusda bütün dövlətlərin əraziləri adları ilə qeyd olunduğu halda, Azərbaycanın yerinə Ermənistan yazılıb.

Əsəd Mehbalıyevlə birgə qlobusun alındığı “Aygün” firmasına baş çəkdik. Artıq həmin qlobusdan qalmamışdı. Lakin digər müxtəlif ölçülü qlobuslar vardı. Satıcı Bəxtiyar Xəlilov mağazada satılan bütün qlobusları və xəritələri yoxladıqlarını bildirdi: “Bütün qlobus və xəritələri yoxlamışıq. Bizdə satılan bütün xəritə və qlobuslarda Azərbaycanın adı qeyd edilib”.

Məsələ ilə bağlı firmanın direktoru Niyaz Xəlilov bunun günahın istehsalçı şirkətlərdə olduğunu bildirdi.

“Hərdən belə hallar olur. Bir də görürsən ki, bəzi xəritə və qlobuslarda hansısa ölkənin, yaxud dövlətin adı yazılmır. Əslində sizdə olan qlobus oyuncaq xarakteri daşıyır. Bu məsələyə müxtəlif illərdə respublika səviyyəsində münasibət də bildiriblər. Biz çalışırıq ki, belə hallar olmasın. Hazırda bizdə satılan xəritə və qlobuslarda Azərbaycan ərazisi düzgün göstərilir”, - deyə Niyaz Xəlilov qeyd etdi.

Məsələ ilə əlaqədar tarixçi-professor Cəmil Həsənli bu hadisəni Azərbaycanın ərazi bütövlüyünün inkar edilməsi kimi qiymətləndirdi.

“Belə bir şeyin Azərbaycanda satılması yolverilməzdir. Bu, Azərbaycanın tarixinin və coğrafiyasının inkar edilməsi deməkdir. Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Çalışmaq lazımdır ki, belə səhvlərə yol verilməsin. Bu, Azərbaycanın BMT, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən tanınmış mövcudluğunun inkarıdır. Ona görə də, Azərbaycanın səlahiyyətli orqanları onu istehsal edən müəssisələrə xəbərdarlıq etməlidir. Hətta bu uşaq oyuncağı olsa belə, mövcud sərhədlərin, ərazilərin başqa adla verilməsi cinayətdir”, - deyə Cəmil Həsənli vurğuladı.

Sonda oxucularımızdan xəritə, qlobus və s. alarkən diqqətli olmağı və lazım olduğu halda müvafiq qurumlara müracət etməyi xahiş edirik. Bununla biz gənc nəsildə Azərbaycanın tarixi torpaqları barədə yanlış fikirlərin formalaşmamasına yardım etmiş olarıq.


Geri dön

Willow smith

  • 22 may 2011 14:51
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
guya azerbaycanlilar ucun ferqi var bunun??????????????????????????? angry

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

SUADA_M

  • 7 aprel 2011 04:39
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER MARAQLIDIR...

--------------------

-=EFSANE-XANIM=-

  • 6 aprel 2011 23:53
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
NEINKI OLKE SAKINLERI,XARICDE YAWAYAN VETENDAWLARIMIZ DA BUNA DIQQET ETMELIDIR

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

xezerlenkeran

  • 6 aprel 2011 22:35
  • Məqalə: 1
  • Şərh: 281
  • Bal:
{awards}
guya azerbaycanlilar ucun ferqi var bunun???????????????????????????

Nur_Ay

  • 6 aprel 2011 22:27
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
Tşk maraqlıdı

--------------------

ledy_emo

  • 6 aprel 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
xebere gore tsekkurler

_RONALDO_

  • 6 aprel 2011 20:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
biz dozumlu xalqiq)) her weye dozmuwuy bunada dozerik))

--------------------

FanatkaJB

  • 6 aprel 2011 20:13
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
dehwet! twk

--------------------

YazYamuru

  • 6 aprel 2011 20:09
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Maqa_B
biz dozumlu xalqiq)) her weye dozmuwuy bunada dozerik))

CANINÇÜN HƏƏƏƏ wink wink

--------------------



kiss love

  • 6 aprel 2011 20:03
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
hm twk edirem

--------------------

only-girl

  • 6 aprel 2011 19:57
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
wink wink

--------------------

marlin

  • 6 aprel 2011 19:42
  • Məqalə: 221
  • Şərh: 1623
  • Bal:
{awards}
hmmmmmmmm tewekkur edirem

--------------------

aga482

  • 6 aprel 2011 19:35
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
cox maraqlidir goresen niye?????????????

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Maqa_B

  • 6 aprel 2011 19:32
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
biz dozumlu xalqiq)) her weye dozmuwuy bunada dozerik))

--------------------
GooD bYe my LoVeR, gOOd ByE MY friEnD ))
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}