Jaguar şirkəti yeni sedanın işlənib hazırlandığı haqqında məlumatı təsdiq edib. Yeni avtomobil Britaniya avtoistehsalçısının model sırasında XF modelindən bir pillə aşağıda duracaq. Bu məlumatı Autocar.co.uk dərgisi yayıb.Gələcək avtomobilin qiymətinin 32 000 avro ətrafında olacağı ehtimal edilir. Jaguar brend-meneceri Adrian Holmarkın qeyd etdiyi kimi yeni model rəqabət qabiliyyətli olacaq. Ən azı ona görə ki, bu klasda premium-sedan avtomobillərinin qiyməti 34 000 avrodan yalnız başlayır. Jaguar-da adı çəkilməyən mənbədən verilən məlumata görə yeni sedan hazırki nəsil Jaguar XF -dən bir az kiçik olacaq, lakin onun salonunda beş nəfər yaşlı sərnişinin rahat yerləşməsi üçün kifayət qədər genişlik olacaq. Yeni avtomobilin yeni alüminium platforma da əldə edəcəyi istisna edilmir.Bundan başqa Jaguar hazırda Jaguar XF flaqman modelinin tam ötürməli modifikasiyasının hazırlanması üzərində də fəal iş getdiyini təsdiq edib. Onun debütü yaxın iki il ərzində baş tutacaq. Həmçinin Jaguar XF sedanın dörd silindrli turbodizellə təchiz ediləcək modifikasiyası da buraxılışa hazırlanır. Bu versiya modelin bazardakı perspektivlərini yaxşılaşdırmalıdır, belə ki, dörd silindrli dizellə təchiz edilmiş modellər satışların 49%-ni təşkil edir.