Telenoid R1 Telefon-Humanoid

 
Telenoid R1 Telefon-Humanoid

Dünyanın bir sıra alim və mühəndisləri maksimal dərəcədə insana bənzəyən robot-humanoidlər və androidlər işləyib hazırlamaqdadır.

Yapon dizayneri Hiroşi İşiquro (Hiroshi Ishiguro) isə daha fərqli bir konsept irəlü sürmüşdür: o, mobil telefona insan görkəmi verməyə çalışmışdır.

Telenoid R1 adlı bu maraqlı qurğunu dizayner Avstriyanın Lints şəhərində keçirilən Ars Electronica sərigisində nümayiş etdirmişdir.

Adi mobil telefon vasitəsilə danışıq zamanı qurğu səsi ötürsə də, insanın emosiyaları, jestləri, mimikasını və digər nüansları çatdıra bilmir. Amma son dövrdə 3G-şəbəkələr və Skype proqramının inkişafı ilə, videozənglər adi ünsiyyət vasitəsinə çevrilmişdir.
Bununla belə, görünür, yapon Hiroşi İşiquroya bu da azlıq edib ki, o, qeyri-adi Telenoid R1 mobil qurğusunu işləyib hazırlayıb. Bu mobil telefon vasitəsilə ünsiyyət qurduğunuz şəxsin sanki yanınızda olduğunu hiss edə bilərsiniz.

Telenoid R1 Mobil Telefonunun Özəllikləri

İşiquro konsept üzərində işi hələ də davam etdirməkdədir. Görünüşcə insanı xatırladan Telenoid R1 mobil telefonu müəllifin ictimaiyyətə təqdim etdiyi ilkin versiyadır.

Telenoid R1 telefon-humanoid iki variantda təqdim edilmişdir: mobil və stasionar. Hər iki qurğu hamımıza tanış olan kino və cizgi film personajı – Kasperə çox bənzəyir. Mobil telefon ağ rəngdə olub, ayaqsız, keçəl başlı insanı xatırladır. Müəllifin fikrincə, qurğunun bu effektiv forması telefon danışığı zamanı həmsöhbətin varlığını daha yaxından hiss etməyə yardımçı olur.

Həqiqətən, bu telefon-humanoid müəyyən mimikaya malik olub sadə baş və əl hərəkətləri yerinə yetirə bilir. Beləliklə, telefon ünsiyyəti zamanı həmsöhbətin (robot da olsa) gözlərinə baxmaq mümkündür.

İşiquro əldə etdiyi bu nailiyyətlə kifayətlənməyərək qurğunu daha da təkmilləşdirmək üçün səylə çalışmaqdadır. Gələcəkdə o, bu mobil telefon-robotun üzünə həmsöhbətin üzünün təsvirini çıxarmağı planlaşdırır.

Telenoid R1 Telefon-Humanoid Satışa Nə Zaman Çıxarılacaq?

Müəllifin proqnozlarına görə, ilk belə məhsulun satışa çıxarılması 2015-ci ildə baş tutacaq.


Geri dön

Lexikon

  • 7 aprel 2011 23:58
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
sizler cox sag olun ki xeberlerime deyer verirsiniz

_RONALDO_

  • 7 aprel 2011 20:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
fellow

--------------------

nilayka

  • 7 aprel 2011 18:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------

only-girl

  • 7 aprel 2011 17:05
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
smile

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}