52 yaşını qeyd edən Çingiz Abdullayev

 
52 yaşını qeyd edən Çingiz Abdullayev


Azərbaycanın dünyada məşhur olan xalq yazıçısı Çingiz Abdullayevin bu gün ad günüdür. Yazıçı 52 yaşını qeyd edir. Yazıçı kimi xoşbəxt taleyi olan məşhur yazıçının yeganə arzusu nə ola bilər? Ümumiyyətlə, Çingiz Abdullayev 52 yaşında özünü necə hiss edir?

Xalq yazıçısı Çingiz Abdullayev özünü cavan oğlan kimi hiss etdiyini deyir: "Çoxu yaşlaşdıqca ahıllaşdığını deyir. Görünür, bu qorxu məndə yoxdur. Ona görə də mən özümü indi də cavan oğlan kimi hiss edirəm".

Xalq yazıçısının sözlərinə görə, dünyaya baxanda sevinir.

"Hesab edirəm ki, dəyişmirəm. Bəlkə də dəyişirəm. Haradasa içimdə, ürəyimdə əslində hesab edirəm ki, dəyişmirəm. Baxmayaraq ki, illər keçib, indi də bu həyat məni təəcübləndirir. Sevinirəm ki, belə dünya var, belə insanlar var, belə gözəl qadınlar var. Nə qədər ömrüm olacaq bilmirəm, amma görünür bu dünyadan belə də gedəcəm, yəni uşaq qala - qala..."

Xalq yazıçısı, hüquq elmləri doktoru, Rusiyanın Milli Hüquq Akademiyasının fəxri doktoru, Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev. O, bu gün 52 yaşını qeyd edir. Bakıda hüquqşunas ailəsində anadan olan Çingiz orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetin hüquq fakültəsinə daxil olub. Hüquq elmləri doktoru olan yazıçı ixtisasıyla bağlı bir çox vəzifələrdə çalışıb.

Çingiz Abdullayev deyir ki, hüquqşünas olması yazıçı kimi ona çox böyük kömək olub. Ədəbi fəaliyyətə isə tələbəlik dövründən başlayıb. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır.

Xalq yazıçısı Çingiz Abdullayev vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinin kuratoru olduğunu deyir: "Orada işləməyimlə fəxr edirdim, amma fikirləşmirdim ki, gəlib peşəkar yazıçı olacam. Təbii ki, KQB-də 29 yaşına kimi işləmişəm. Sonra taleyim elə gətirdi ki, yazıçı oldum".

Onun kitabları 28 dilə tərcümə edilib və 26 milyon nüsxə ilə MDB və Baltikyanı ölkələrdə, Amerika, Fransa, İsveç, Norveç, Bolqarıstan, İsrail, İspaniya, Türkiyə, İtaliya, Çin, Rumıniyada çap edilib. Amerikanın nüfuzlu jurnallarından biri onu müasir dövrün siyasi detektiv janrının ən yaxşı yazıçılarından biri adlandırıb. Siyasi detektivləri ədəbiyyata gətirən yazıçı əsərlərini daha çox zərif cinsin nümayəndələrinə həsr edib.

Çingiz Abdullayev yazdıqlarının birinci növbədə qadınların xoşuna gəlməsini istədiyini söyləyir: "İlk növbədə qadınların xoşuna gəlmək istəmişəm. Və bu hiss məndə olmasaydı, yazıçı olmazdım. Sevinirəm ki, mənim kitablarım oxunur. Baxmayaraq internet var, baxmayaraq ki, dünyada daha az kitab oxuyurlar, amma mənim kitablarım oxunur. Yeganə bir xoşbəxlik var - oxumaq. Oxumamaq faciədir".

Demək olar ki, hər bir insanın arzu etdiyi həyatı yaşayan yazıçının yeganə arzusu isə baba olmaqdır.

"Görünür, tələb etməliyəm ki, uşaqlara tez evlənsinlər. Qızımın 22, oğlumun 18 yaşı var. 27 yaşında evlənmişəm. Bu kişi üçün gec deyil. İstəyərdim ki, nəinki mənim, hamının nəticəsi olsun. Biz bu xoşbəxliyi görək. Arzu edirlər ki, ay Allah sən nəvə toyu görəsən. Bundan böyük hansı xoşbəxtlik olar? Hesab edirəm ki, hər adam bunu arzulayır və görməlidirlər".

Biz də olaraq Çingiz Abdullayevi təbrik edirik. Çingiz müəllimə bol kitab, səviyyəli oxucu kütləsi və baba olmağı arzulayırıq.


Geri dön

::..ONSLAUGHT::..

  • 8 aprel 2011 22:07
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 8 aprel 2011 20:21
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twk xebere gore

--------------------

::..ONSLAUGHT::..

  • 8 aprel 2011 16:21
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk xebere gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 7 aprel 2011 20:42
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
TEBRİK EDİREM CAN SAGLİGİ UZUN OMUR ARZULAYİRAM
MENİM EN XOSLADİGİM SEVE-SEVE ESERLERİNİ OXUDUM YAZİCİDİ
BELE DEYERLİ XEBERE GORE MİNNETDARAM

--------------------

HaMuSHaN

  • 7 aprel 2011 19:59
  • Məqalə: 72
  • Şərh: 1172
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

nilayka

  • 7 aprel 2011 19:50
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tebrik edirem

--------------------

Morning_Star

  • 7 aprel 2011 18:58
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Tebrikler.Men de onu Geder-Gelmez eserini oxuyuram

::..ONSLAUGHT::..

  • 7 aprel 2011 18:22
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TEBRİK EDİREM CAN SAGLİGİ UZUN OMUR ARZULAYİRAM

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ZEHRA

  • 7 aprel 2011 17:02
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
TEBRİK EDİREM CAN SAGLİGİ UZUN OMUR ARZULAYİRAM

YazYamuru

  • 7 aprel 2011 16:44
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Biz də olaraq Çingiz Abdullayevi təbrik edirik. Çingiz müəllimə bol kitab, səviyyəli oxucu kütləsi və baba olmağı arzulayırıq.

MƏNDƏ MƏNDƏ MƏNDƏƏƏƏƏƏƏƏƏƏƏ wink


--------------------



Nili

  • 7 aprel 2011 16:42
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
tebrik edirem

--------------------
я щиринка

Sevinc_Keder

  • 7 aprel 2011 16:41
  • Məqalə: 0
  • Şərh: 442
  • Bal:
{awards}
TEBRİK EDİREM CAN SAGLİGİ UZUN OMUR ARZULAYİRAM
MENİM EN XOSLADİGİM SEVE-SEVE ESERLERİNİ OXUDUM YAZİCİDİ
BELE DEYERLİ XEBERE GORE MİNNETDARAM

--------------------
Insanları tanıdıqca uzaqlaşdim!Elə bildim mən uzaqlaşıram amma onlar məndən uzaqlaşırdılar!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 15
Cəmi: 30

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}