Səni tanıyana qədər

 
Səni tanıyana qədər

Söz deməyin bu qədər çətin olduğunu bilmirdim...
Bunları səni tanıyandan sonra öyrəndim...
Çox danışardım,deyib gülərdim...Həyat mənimçün sevimli və şən idi...
Səni tanıyana qədər...!
Səni tanıyandan sonra lal olmaq istədim...Səni tanıyandan sonra dilim söz tutmadı...Kəlmələr ağzımda böyük bir daş parçası olub şişdi...
Mümkünat və imkansızlığı eyni anda yaşamq nədir bilməzdim...Həyatda mənimçün ölümdən başqa hər şeyin çarəsi var idi...İstəsəm tək başına dünyanı fəth edər,dağ üstünə dağ qoyardım...Hər kəsdən güclü,hər kəsdən qüvvətli idim...
Səni tanıyana qədər...!
Səni tanıyandan sonra qollarım yanıma düşdü...Taqətim kəsildi,dizlərim büküldü...,kiçik və cılız bir uşağa döndüm...Əlindən bir iş gəlməyən topal bir qocaya çevrildim...
Gecələrim rəngarəng,sakit və rahat idi...Hər gün bir xəyal qurar,və hər səhər o xəyalımın sərxoşluğuyla oyanardım...
Sabahlarıma gün doğardı,gecələrimi ay-ulduz bəzərdi...Mən var idim,bir də bütün dünya...
Səni tanıyana qədər...!
Gecələrim yuxusuz,tənha və səssiz...Yuxularımın yerində qarma-qarışıq kabuslar və bunların şəkilləndiyi qan sızmış gözlərim var...



Səni tanıyana qədər



Xəyallarım bayquşların məskəni,sərxoşluğum şərab sərxoşluğu...Sabahlarıma zülmət qaranlıq doğdu,gecələrimi isə bir cüt qara göz bəzədi...
Kitablarım var idi,oxuduqca bir dünyadan bir dünyaya qonduğum...,hər səhvəsində ümid tapdığım,hər qəhrəmanında öz əksimi gördüyüm kitablarım...
Şəkillərim var idi,təbəssüm etdiyim,dostlarımla əyləndiyim...Ömrümün kadrlarını hopdurduğum şəkillərim...
Səni tanıyana qədər...!
İndi kitablarımın səhvələrində deyil bir dünya,bir qarış torpaq belə tapa bilmirəm,dizlərimi büküb oturmağa...Qəhrəmanlarım adiləşib,acizləşib...
Şəkillərim xəzan kimi saralıb,gülüşlərim donub üzümdə...Dostlarım yox olub,tanışlarım itkin düşüb...Bütün həyatım donub şəkillərdə...
Göz yaşlarım var idi,sevinc göz yaşlarım...Hər damlasında gül bitirdiyim...
Öpüşlərim var idi,neçə-neçə qəlbi fəth etdiyim,isti və həyəcanlı...
Yerişim var idi,qəlbləri riqqətə gətirdiyim...Duruşum var idi,ürəklərə köz salan...
Səni tanıyana qədər...!
Göz yaşlarım quruyub,səhrada suya möhtac qalan torpaq kimi...Artıq gül yox,qanqal bitirirəm...Dodaqlarım cadar-cadar olub,çatlayıb...şaxtadan donmuş yer kimi,soyuq və sönük...
Belim bükülüb,ayaqlarım bədənimi daşımaq istəmir...
Bir zamanlar alqışlanan,indi qarğışlanan olmuşam...
Bir qəlbim,bir ruhum,bir də mən var idim...Sevərdi qəlbim dəlicəsinə,uçardı ruhum yasaq nədir bilmədən...
Mən var idim,bütün bunlarla fəxr edən...
Var idim...!
Səni tanıyana qədər...!
Səni tanıyana qədər...!


Geri dön

::..ONSLAUGHT::..

  • 8 aprel 2011 16:23
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
cox qeweng xeberdi cox saqol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

фея

  • 7 aprel 2011 23:48
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
cox qeweng xeberdi cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

_RONALDO_

  • 7 aprel 2011 20:43
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
super thankssssss

--------------------

HaMuSHaN

  • 7 aprel 2011 20:10
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

::..ONSLAUGHT::..

  • 7 aprel 2011 18:24
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
super thankssssss

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Nili

  • 7 aprel 2011 16:45
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
super thankssssss

--------------------
я щиринка

ZEHRA

  • 7 aprel 2011 16:38
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
ILK SERH MENDEN TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 49
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}