Həyat yaşanırsa gözəldir

 
Həyat yaşanırsa gözəldir


Bu anda həyatın harasındasınız? Ən asan yerindəmi, ən çətin yerindəsinizmi? Sizi bilmirəm amma mən yenə çətin bir nöqtədəyəm. Köhnədən olsa kədərlənərdim. "Həmişə məni tapır bu tərsliklər, nə vaxt hər şey yolunda gedəcək, bezdim artıq" diyərdim. Amma zaman və həyat təcrübəsi elə bir şey ki insanı fərqində olmadan öyrədir. Bir baxırsankı həyata baxışın dəyişmiş. Mən indi bu nöqtədəyəm. Həyatın məni öyrətdiyinin fərqindəyəm. Ona görə bu aralayar yaşayacağım çətinliklərdən qorxmuram.
Yaşadığım çox çətin müddətlərin ardından təxminən bir ildir həyatımda hər şey yolunda gedirdi. Problemlər yox deyiləcək qədər az idi. Başım rahat idi. Çəkdiyim çətinliklərin bir qisimini yaxşıca unutmuşdum. Bu vaxt unutduğum bir şey daha vardı. Həyatın eyni xəttdə getmədiyi. Hərçənd bilmədiyim bir vəziyyət deyildi. Yalnız çətin günlərin ardından rahatlamış olmaq yaxşı gəlmiş, bu həqəqəti mənə unutdurmuşdu.
Bu an olduğum nöqtədən, həyata tam fərqli bir gözlə baxıram. Bilirəm ki davamlı xoşbəxt olmaq ya da davamlı bədbəxt olmaq mümkün deyil.
Həyatın tək üzü olduğunu düşünsənizə… Yaxsı olardimi deyərsiniz? Əsla olmazdı. Davamlı xoşbəxt yaşadığınızı düşünün. Bir müddət sonra sıxılmazdinizmi? Dəyişiklik axtarmazdinizmi? Bədbəxtliyi bilməsəydik, xoşbəxtliyin dəyərini necə anlardıq? Və ya tam tərsini düşünün. Davamlı bədbəxt olduğunuzu. O zaman həyata möhkəmcə sarıla bilərdinizmi? İçinizdə, yaxında bir şeylərin dəyişə biləcəyi ümidi olmasaydı yaşamağa davam edə bilərdinizmi? Edə bilməzdiniz.

Məncə həyatı yaşanar və qiymətli edən, eniş və çıxışlarıdır. Enişi yaşamadan, çıxışın qiymətini bilmərik. Uzun müddət eyni xəttdə davam edən həyat belə sıxıcıdır. İçində həyəcan ola bilmədən, itirmənin qorxusu, qazanmanın sevinci olmadan yaşanan həyat kef verməz.

Məsələn, aşiq olarsınız, dəlilər kimi sevərsiniz, sizə görə hər şey yolunda gedərkən bir baxarsınız sevdiyiniz əlinizdən getmiş. Əlaqə bitmiş, onu itirmisiniz. Getmə səbəbi də zamanında ona lazım olan dəyəri verməmiş olmanız, onu tam anlaya bilməmiş olmanız. İndi fərqinə vararsınız əslində onun sizin üçün nə qədər qiymətli olduğunu amma iş işdən keçmişdir. Sevdiyinizi itirmisiniz. Yəni əvvəl qazanmış, sonra itirmisiniz. Burada əhəmiyyətli olan yaşadığınızdan dərs ala bilməkdir. O dərsi götürmüşsünüzsə əgər, ruhunuz bir parça daha yetkinləşəcək.

İzah etməyə çalışdığım şey, həyatın davamlı dəyişən olması. Bu vəziyyətin həyatı yaşanılar etməsi. Onun eniş və çıxışlarının davamlı yaşanacaq olması. Bu aralar başım darda. Həyatımın axışını bir dəfə daha dəyişdirəcəyəm bəlkə də. Amma olsun mən necə olsa həyata yenidən başlamağa öyrəşmişəm.Çalışdım çapaladım və yenidən ən üstlərə çıxdım. Həyat bu, bəzən çox asan bəzən çox çətin. Yenə məni bir az əldən salacaq, canımı ağrıdacaq, əhvalımı pozacaq lakin əsla ümidimi yox etməyəcək. Çünki həyat içimizdən ümidimizi alsa o zaman yaşaya bilmərik.
Həyata təşəkkür edirəm məni öyrətdiyi üçün. Fərqində olmamı təmin etdiyi üçün. Yaşatdığı gözəlliklər və çətinliklərlə məni xoşbəxt etdiyi üçün. Hər çətinliyin yanında bir asanlıq verdiyi üçün. Hər mənfi təcrübədən, müsbət yanı tapıb çıxarmağı öyrətdiyi üçün. Tək özüm üçün deyil başqaları üçün də yaşamam lazım olduğunu öyrətdiyi üçün. Yaşamaq da bu deyilmi onsuz da?

Bütün çətinliklərinə baxmayaraq yaşamaq, nəfəs almaq, həyatı iliklərinizdə hiss etmək çox gözəl şey.


Geri dön

_RONALDO_

  • 29 may 2011 18:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
twk xebere gore

--------------------

MURTUZLU

  • 4 may 2011 08:28
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}

Məncə həyatı yaşanar və qiymətli edən, eniş və çıxışlarıdır. Enişi yaşamadan, çıxışın qiymətini bilmərik. Uzun müddət eyni xəttdə davam edən həyat belə sıxıcıdır. İçində həyəcan ola bilmədən, itirmənin qorxusu, qazanmanın sevinci olmadan yaşanan həyat kef verməz.

only-girl

  • 8 aprel 2011 20:29
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk xebere gore

--------------------

_RONALDO_

  • 8 aprel 2011 17:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Bütün çətinliklərinə baxmayaraq yaşamaq, nəfəs almaq, həyatı iliklərinizdə hiss etmək çox gözəl şey.

--------------------

::..ONSLAUGHT::..

  • 8 aprel 2011 16:09
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Twklerrrrrrrrrrrrrrr

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Inciciceyi

  • 8 aprel 2011 11:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Ilk werh menden
Bütün çətinliklərinə baxmayaraq yaşamaq, nəfəs almaq, həyatı iliklərinizdə hiss etmək çox gözəl şey.

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}