Çox gülmək dinimizdə nə qədər doğru?

 
Çox gülmək dinimizdə nə qədər doğru?

Çox gülmək dinimizdə nə qədər doğru?
Çox gülmək

Sual: Gülmək uyğundurmu?
Cavab:
Təbəssüm etmək, gülər üzlü olmaq çox yaxşıdır. Peyğəmbər əfəndimiz qəhqəhə ilə gülməzdi. Lakin hər kəsə gülər üz göstərər, təbəssüm edərdi. Qəhqəhə ilə gülmək məkruhdur.
Hədisi şəriflərdə buyuruldu ki:
(Xeyiri, yaxşılığı gözəl üzlü olanların yanında axtarın!) [Dara Kutni]

(Mömin qardaşının yanında sifəti asıq, yəni qaş-qabaqlı dayanana, mələklər lənət edər.) [Hatib]

(Yaxşılığı, gözəl üzlü kəslərdən tələb edin.) [Beyheki]
Çox gülmək dinimizdə nə qədər doğru?

İmamı Qəzali həzrətləri, Əhyada, Allah qorxusundan ağlamanın fəzilətini izah edərkən, (Az gülüb, çox ağlasınlar) tərcüməsindəki ayəti kəriməni bildirməkdədir. Bir qadın oxucu, imamı Qəzali həzrətlərini tənqid edir, (O ayə kafirlər üçün enmişdir. Müsəlmanın ağlaması doğru deyil) deyir. İmamı Qəzali həzrətləri o ayənin kim üçün endiyini bilməzmi? Demək ki müsəlmanların da az gülüb çox ağlaması lazımdır ki, o ayəti bildirmişdir.

Ayəti ən yaxşı anlayan Peyğəmbər əfəndimiz, bu mövzuda bunları buyurmaqdadır:

(Əgər Cənnət və Cəhənnəmi görsəydiniz, az gülər çox ağlardınız.) [Müslim]

(Çox gülmək ürəyi öldürər və möminin dəyərini salar.) [Tirmizi]

(Allahu təalanın özündən razı olub olmadığını bilmədən qəhqəhə ilə gülənə təəccüblənilər.) [E. Nuaym]

(Məsciddə gülmək, qəbirdə qaranlıqdır.) [Deylemi]
Çox gülmək dinimizdə nə qədər doğru?

Peyğəmbər əfəndimiz, Həzrəti Mikayılın gülməməyinin səbəbini Həzrəti Cəbrayıla sual edər. O da, (Cəhənnəm yaradıldığından bəri heç gülməmişdir) cavabını verər. (İ. Əhməd)
Bəzzar və Buxaridə bildirilir ki, Peyğəmbər əfəndimiz də, təsadüfi gülənləri görüncə, (Mənim bildiyimi siz bilsəydiniz, az gülər, çox ağlardınız) və (Qurani Kərim, Cənnət və Cəhənnəmin halını bildirərkən necə belə gülərsiniz) buyurdu. Sonra bu tərcümədəki ayəti kərimələr nazil oldu:
(Qullarıma xəbər ver ki, çox bağışlayıcı və çox mərhəmətli olduğum kimi, əzabım da çox şiddətlidir.) [Hicr 49, 50]

Ənbiya və üləma buyurdu ki:
Ey həvarilər, sizdə iki cahillik əlaməti vardır. Heyrət verən bir şey olmadan gülür və səhərə qədər heç qalxmadan yatırsınız. (Həzrəti İsa)

Gülər üzlü ol, hiddətlənmə! Həmişə faydalı iş et, az da olsa zərərli iş etmə! Boş yerə gülmə, lazımsız gəzmə, heç kimi qüsurundan ötəri ayıblama, hüsumətdə pis danışmaqdan qaçın! Bir işin olmadan bir yerə getmə, günahların üçün ağla! (Həzrəti Xıdır)

Çox gülənin heybəti azalar, çox zarafat edən yüngülə alınar. (Həzrəti Ömər)

Ömürümdə bir dəfə güldüm, ona da peşmanım. (İmamı Əzəm)

Cənnətdə ağlamaq və Cəhənnəmdə gülmək çox qəribədir. Lakin Cənnətəmi, Cəhənnəməmi gedəcəyini bilmədən gülmək daha çox qəribədir. (Məhəmməd min Qəyyum)

Dörd şey, mömini gülməkdən saxlamalıdır: Axirət işləri, dolanışıq dərdi, günahların verdiyi çətinlik, müsibətlərdən gələn əzab. (Yəhya min Muaz)

Həsəni Bəsri həzrətləri də, qəhqəhə ilə gülən bir gəncə, (Oğulum, Sıra idimi keçdin və ya Cənnətə gedəcəyinə dair bir zəmanətinmi var da belə gülürsən?) buyurmuş, O gəncin də bir daha boş yerə güldüyü görülməmişdir.
Çox gülmək dinimizdə nə qədər doğru?

[center]Üç şey ürəyi qatılaşdırar:
1- Təəccübləndirəcək bir şey olmadan gülmək,
2- Acmadan yemək,
3- Lazımsız danışmaq.

Bu beş şeyi də düşünən insan qəhqəhə ilə gülə bilməz:
1- İşlədiyi günahları düşündükcə, narahatlıq içində olar, gülə bilməz.
2- Etdiyi yaxşı əməllərin qəbul olduğunu bilmədən, gülməsi doğru olmaz.
3- Görəsən gələcəkdə nələr edər, aqibəti necə olar deyə düşünən kimsə, narahatlıq içində olar.
4- Cənnət və Cəhənnəmdən hansına gedəcəyini bilməyənin kədərlənməsi lazımdır.
5- Görəsən, Allahu Təala özündən razımı, yoxsa özünə incikmi? Bunları düşünən, qəhqəhə ilə necə gülə bilər? (Tənbeh-ül-qafilin)

Lazımsız yerə çox gülmək, davamlı mədə ilə məşğul olmaq yaxşı deyil. Ramazanı şərif xaricində də hərdənbir oruc tutmalıdır! Hədisi şərifdə buyuruldu ki:
(Aç və susuz qalaraq kədərli olmağa çalışın) [Taberani]
Çox gülmək dinimizdə nə qədər doğru?

[center]Gülərək küfrə düşmək
Sual: Bəzi cahillər, zarafat ilə (Mən müəllimlərin olduğu Cənnətə deyil, artistlərin, rəqqasələrin mahnı çalıb oynadığı Cəhənnəmə getməyi istəyərəm) deyərək gülürlər. Belə söyləyənlərə gülən də kafir olarmı?
Cavab:
Cəhənnəm gülüb oynama yeri deyil, şiddətli əzab çəkmə yeridir. Dinin bir əmrini belə lağ etmək küfrü tələb edir. İstəyərək buna gülən də küfrə girər. Yəni kafir olar. İradəsi xaricində gülsə küfr olmaz. Din ilə lağ edənlər, gülərək günah işləyənlər cəzalarını əlbəttə axirətdə görərlər. Hədisi şərifdə buyuruldu ki:
(Gülərək günah işləyən, ağlayaraq Cəhənnəmə gedər.) [Əbu Nuaym]

İnanmayanların lağ etdikləri kimi, Cəhənnəm gülüb oynama yeri deyil, zalımların, xainlərin şiddətli əzab görəcəkləri bir cəza yeridir. Cəhənnəm o qədər qorxunc bir yerdir ki günahsız olan mələklər belə, onun dəhşətindən qorxarlar. Peyğəmbər əfəndimiz, Cəbrayıl əleyhissalamı çox kədərli görüncə səbəbini soruşar. O da, (Cəhənnəmin elə qızğın bir şiddətini gördüm ki, onun təsirindən hələ özümə gələ bilmədim) deyə cavab verər. (Tabərani)

Çox gülmək dinimizdə nə qədər doğru?


Geri dön

::..ONSLAUGHT::..

  • 9 aprel 2011 23:58
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
TESEKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Elnen

  • 9 aprel 2011 23:38
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Allah razı olsun

ALLAH razı olsun

only-girl

  • 9 aprel 2011 16:25
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekurlerrrrr

--------------------

huseyn12

  • 8 aprel 2011 22:14
  • Məqalə: 59
  • Şərh: 202
  • Bal:
{awards}
Hər birinizə minnətdaram.
Cüməniz mübarək olsun.

--------------------
Allahım, Səndən qorxaraq Səni sevməyi deyil, Səni sevərək Səndən qorxmağı bizə nəsib et.

::..ONSLAUGHT::..

  • 8 aprel 2011 21:07
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore twkler

TESEKURLERRRRRRRRRRR

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 8 aprel 2011 20:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol

--------------------

UZEYIRIN GULIASI

  • 8 aprel 2011 18:14
  • Məqalə: 2
  • Şərh: 320
  • Bal:
{awards}
SPASIBOCHKI.........

--------------------
UZEYIRIN GULIASI.

_RONALDO_

  • 8 aprel 2011 17:18
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TESEKURLERRRRRRRRRRR

TESEKURLERRRRRRRRRRR

--------------------

Ulya

  • 8 aprel 2011 16:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

kristal

  • 8 aprel 2011 15:39
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}