Ermənistanın paytaxtı Xankəndi olacaq?!

 
Ermənistanın paytaxtı Xankəndi olacaq?!

Ötən əsrin əvvəllərinin məşhur rus vəkili, yazıçısı, ictimai xadimi və siyasətçisi Anatoli Koni məhkəmə proseslərində hər çıxışını bu sözlərlə başlardı: "Daha pis ola bilərdi!"

Daha sonra isə Koni müttəhimlər kürsüsündə oturmuş adamın əməllərinin mümkün nəticlərindən bəlağətlə danışar, həmin nəticələri müttəhimin törətdiyi əməllə müqayisə edər və təbii ki, müvəkkilinin xeyrinə nitqini irad edərdi.
İndi isə Ermənistanda baş verən hadisələrə baxanda Koninin haqlı olduğunu düşünməmək olmur.
Gerçəkdən də, Yerevandakı siyasətçilərin qafa sümüyünün içindəki boz maddənin neyronlarının xaotik hərəkətinin heç bir məntiqə, elmi və anatomik normalara sığmadığını nəzərə alsaq, daha da pis ola bilərdi.

Ermənistanın dövlət olmasını təmin edən, amma bununla kifayətlənməyib "dənizdən dənizə Böyük Ermənistan" istəyən daşnakların yeni idefiksi var.

Onlar ölkənin paytaxtını dəyişmək istəyirlər. (!)

Biçarə debilin Qarsın qubernatoru olmaq arzusu

Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun parlament fraksiyasının lideri Vahan Hovannisyan Yerevanda keçirdiyi mətbuat konfrasında çıxış edərkən bildirib ki, Ermənistan paytaxtının yerini dəyişmək olar.

Yeni yer qismində isə Ermənistanın baş daşnakının iki potensial namizədi var:
"Ermənistan paytaxtını Stepanakertə köçürmək və ölkəmizin paytaxtı etmək olardı. Amma paytaxtımızın Türkiyədəki Qars şəhərinin olması da pis alınmazdı", - Hovannisyan deyib.

Bundan sonra isə o, bir qədər susub və köks ötürərək söyləyib: "Həmişə Qarsın qubernatoru olmağı arzulamışam".

Onun fikrincə, Ermənistan paytaxtı olandan sonra, onun diliylə desək, Stepanakert daha sürətlə inkişaf edərdi və ən başlıcası, bundan sonra kimsə qarabağlı ermənilərin şəhərinə "Xankəndi" deyə bilməzdi.

Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan ərazisi olarsa...

"Bununla belə, paytaxtın Dağlıq Qarabağ köçürülməsi ciddi dəyişikləri ehtiva edir. Əvvəla, Dağlıq Qarabağ və ətrafdakı rayonlar Ermənistan əraziləri olmalıdır. Bu isə bizə müəyyən siyasi və diplomatik problemlər yaradacaq", - deyən Hovannisyan bir qədər düşünməyi, daha doğrusu, Ermənistan paytaxtının Xankəndiyə köçürülməsini hələlik təxirə salmağı məsləhət görüb.

Hovannisyan hesab edir ki, şəhərlərindən birində 1,5 milyon insan yaşayan ölkənin paytaxtı qismində cəmi 60 min (!) sakini olan kiçik şəhəri təsəvvüür etmək çox çətindir.
"Dağlıq Qarabağdakı ərazilərdə məskunlaşmanı sürətləndirmək üçün bütün şərtləri yaratmaq gərəkdir. Sadəcə, vətənpərvərliklə iş aşmaz. Başqa motivasiyalar da yaratmaq, infrastrukturu inkişaf etdirmək gərəkdir", - Daşnaksutyunun parlament fraksiyasının rəhbəri deyib.

Daşnak tarixçilərin "fenomenal" məhsuldarlığı

Ac toyuğun yuxusunda darı görməsi təəssüratını yaradan Hovannisyanın çıxışından göründüyü kimi, onun özü də dediklərinə inanmır. Fəqət, erməni millətində daşnaklar "inqilabçılar" brendini əsr yarımdan bəri bellərinə mindirib daşıdıqları üçün, indi də "imic"lərini qorumalı və ermənilərin "nəhəng" saydıqları ideyaları ortay atmalı, sonra da hayların reaksiyasına tamaşa edib özlərinin nə qədər "ağıllı", "vətənpərvər" və ən başlıcası, ermənilərin dərdlərinə yanan adamlar olduqlarını göstərməlidir.
Ermənistanın paytaxtının Karsa və ya Xankəndinə köçürülməsi ideyasının özü absurd olsa da, müzakirə etməyə dəyməz.

Çünki daşnakların "ilham pəri"ləri onları mütəmadi bəxtəvər edəndə, bu adamlarda "fövqəladə" açıqlamalar yaranır.
Məsələn, elə həmin daşnaklar 27 il əvvəl "ciddi araşdırma"lar apararaq "sübut" etmişdilər ki, qədim Misir fironlarından biri ermənilərin ulu babası olub, ölməyə yaxın nəhəng ehram da tikdirib.

Ermənilərin Bizans imperiyası?!

İndi nə eybi var ki, həmin firon tarixə Amenxotep kimi düşməyib: əsas odur ki, o firon erməni Amenxotepyan olub, sadəcə, bəzi səbəblərdən soyadını açıqlamayıb ki, misirliləri hürkütməsin.
18 il əvvəl daşnakların daha bir "araşdırma"sı nəticəsində ermənilər kütləvi şəkildə barmaqlarını dişləyib dedilər ki, paho, sən işə bax - Bizans imperiyasının əsasını qoyanlar romalılar yox, ermənilər olublar və ona görə də Bizans məişətindən tutmuş, musiqisinədək hər yerdə erməni izləri var.

Ruslar xristian olmalarına görə ermənilərin borcundan necə çıxacaq?

Ermənilər belə həqiqətdən o vaxtadək bixəbər qalmaları ilə bağlı vicdan əzabı çəkib qurtarmamış Daşnaksutyunun büro üzvü Anait Beqlaryan 2002-ci ilin mayında Ermənistanın "Azq" qəzetinə verdiyi müsahibəsində dedi: "Ruslar xristian olmalarına görə bizə borcludur. Çünki rusları xristiana çevirmiş knyaz Vladimiri xaç suyuna salan adam erməni keşiş Nerses olub".

Bu dəfə ruslar heyrətləndilər, utandılar və onları xristian etmiş ermənilərin borcundan çıxmağın yollarını axtarmağa başladılar.

"Böyük qardaş"ın narahatlığını görən daşnaklar da utanma prosesi çox uzatmamaq üçün dedilər ki, ehtiyac yoxdur, erməni xalqı ümumiyyətlə, çox qədimdir və millətin kökləri gedib çıxır Həvvanın Adəmə buğda verdiyi tarlanın qırağındakı ərik ağacına.
Bütün bunları sadalamağa ehtiyac duymayan daşnaklar indi Ermənistanın paytaxtını köçürmək fikrinə düşüblərsə, qəribə heç nə yoxdur.

Dünyanın istənilər nöqtəsi... hər an Ermənistan paytaxtı ola bilər

Psixiatriyada "fobiya" və "maniya" deyilən anlamlar var. Belə mərəzi olan adamlar ya daima nədənsə qorxur, ya da olması mümünsüz işləri ağıllarına gətirib həmin əməlləri beyinlərində də olsa, görürlər.
Daşnaklarda isə, deyəsən, tipik hayizm mərəzidir.

O mərəz Ermənistanın paytaxtını istənilən an harasa aparılması heç çətin olmayan çemodana çevirir: daşnaklar istərlərsə - paytaxt olar Xankəndi, fikirlərini dəyişərlərsə - haydı, Madaqaskarın yanlış olaraq özünə paytaxt saydığı qədim erməni torpağı Antananarivu növbədədir.

... Koninin təbirincə desək, daha pis ola bilərdi. Çünki daşnkaların düşüncə tərzi onların Ermənistan paytaxtı qismində dünyanın hansı şəhərini görəcəyini, hansı yeri "əzəli erməni torpağı" sanacaqlarını təxminləməyə əsla imkan vermir.


Geri dön

only-girl

  • 9 aprel 2011 13:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
cox sag ol eladi

--------------------

KriMiNaLkA

  • 9 aprel 2011 12:18
  • Məqalə: 9
  • Şərh: 197
  • Bal:
{awards}
anlamadime...belke oxumadim,.ona gore:)

nilayka

  • 8 aprel 2011 20:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
belay

--------------------

Morning_Star

  • 8 aprel 2011 19:04
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Azərbaycan hücum eləsə İrəvanı da alacaq

Ucube_cocuk

  • 8 aprel 2011 18:11
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
recourse Allah eləməsin!

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

N_A_T_A_

  • 8 aprel 2011 17:11
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler,inwallah oz torpaqlarimizi tezlikle onlardan alaciyiq

_RONALDO_

  • 8 aprel 2011 17:11
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MARAQLI XEBER IDI TWK

--------------------

kristal

  • 8 aprel 2011 16:58
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
tesekkurler xebere gore

Ulya

  • 8 aprel 2011 16:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
xeber ucun twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}