Səməd Vurğun -Qəzəl

 
Səməd Vurğun -Qəzəl

QƏZƏL

Meysiz, məzəsiz can ilə canan ola bilməz!
Sevda dediyin hər kəsə meydan ola bilməz!

Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!

Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
Min badi – xəzan əssə də viran ola bilməz!

Qəlbin, ürəyin odlarına yanmasa bir söz
Dillərdə, ağızlarda o dastan ola bilməz!

Girdim günəşin qoynuna, minbir səhərim var,
Bülbül də mənim, gül də , zimistan ola bilməz.

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!

Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz!

*********************************************************

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

*********************************************************

DAĞLAR

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar


Geri dön

KERIMOV KERIM

  • 11 aprel 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
BAXIRAM GOYLERE QAPISI BAGLI
YERLERE BAXIRAM BAXCALI BAGLI
KAINAT IXYIYARLI SIRRI SORAQLI
EZELDEN YARANIB TAMASA DUNYA
-------------------------------------------
BIRDE GORULSEN ACILAN SOLUR
DUSUNEMEIR BEYIN BIR TORPAG OLUR
BIR YANNAN DOLUR BIR YANNAN BOSALIR
NIYE SIRRINI VERMEYIR SIRDASA DUNYA
--------------------------------------------------
- Yazan Boyuk el sairi SEMED VURGUN
YAZANDA BELE SEIR YAZIN

::..ONSLAUGHT::..

  • 9 aprel 2011 23:19
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 9 aprel 2011 17:05
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
sair ne tez qocaldin sen yaxsi seirdi tsk

--------------------

ASİ

  • 9 aprel 2011 16:27
  • Məqalə: 1
  • Şərh: 643
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

ilahe-Mehdiyeva

  • 9 aprel 2011 16:09
  • Məqalə: 1
  • Şərh: 175
  • Bal:
{awards}

beyenilsin. belke cavab olaraq men nese yazim sene ay sss_qomes.

Goylerden endi bir ses,
Sen menim olacaqsan,
Gel ,qacma menden ebes
Sen menim olacaqsan.

Gozlerin nur cewmesi
Ureyin ewq tewnesi,
Sevemmezsen hec kesi
Sen menim olacaqsan.

Senden uzaq qan qada
Omrunu verme bada
Goy yere qovuwsa da
Sen menim olacaqsan. Fso.





--------------------
fikir bildirmek yoxdur. ancaq twk xebere gore. bele olmaz

FanatkaJB

  • 9 aprel 2011 15:51
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
uwaq olanda Sair ne tez qocaldin sen seirini sinifde deyib hamini aglatmiwdim wink super twk

--------------------

YazYamuru

  • 9 aprel 2011 15:17
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
GOZELDI TESEKKUR smile

--------------------



-=EFSANE-XANIM=-

  • 9 aprel 2011 15:07
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
WAIR,NE TEZ QOCALDIN SEN. ELA WEIRDIR

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

nilayka

  • 9 aprel 2011 14:37
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
superdi tewekkurler

--------------------

serious_girl

  • 9 aprel 2011 13:57
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!

--------------------
Kimsə sizə pislikmi etdi?! O zaman səfi özünde axtar!

Cici-Kiz

  • 9 aprel 2011 13:13
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Arifləri dindir ki, nədir şer ilə sənət?
Şair yaranan ömrə peşiman ola bilməz!


ƏLA, COX SAG OLUN!

Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
Dünyada bir ad qoysa da, insan ola bilməz!

MİNNƏTDARAM!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}