Ən əcaib yasaqlar və qadağalar

 
Ən əcaib yasaqlar və qadağalar


Danimarka dəmiryolunda öpüşmək olmaz!

Təsəvvür edirsiniz ki, uzaqdan baxanda demokratiya, insan azadlıqları, hüquq bərabərliyi kimi normaları əldə rəhbər tutan bəzi ölkələr öz sərhədləri daxilində hansı qadağaları tətbiq edir? Oxuyanda təəccüblənəcəyiniz yasaqlardan gedir söhbət. Başlayaq dünyanın demokratiya beşiyi adlandırılan ölkələrdən. Məsələn, Danimarkada hökumət insanların dəmiryolunda öpüşməsini yasaqlayıb. Bundan başqa, həmin ölkədə əgər sürücü maşınının altında kiminsə və ya hansısa heyvanın qaldığını görürsə, onu işə sala bilməz. Özü də maşını işə salmaq üçün yatmış adamı (maşının altında yatanlar da olurmuş bu ölkədə-A.) və ya heyvanı oyatmaq, qovmaq yasaqdır. Maşının qabağına at arabası çıxarsa, sürücü mütləq maşınını kənara çəkməyə məcburdur.

Kanadada bazar günü dondurma yemək, ağaca dırmaşmaq olmaz!
Keçək Fransaya. Burada da donuzlara “Napaleon” adını qoymaq yasaqdır. Bundan başqa, Fransada sərnişinlər taksi sürücüsünün yanındakı oturacağa əyləşə bilməz. Kanadada isə yağış yağanda ağacları sulamaq olmaz.
Kanadada qapı və pəncərələr ancaq çəhrayı rəngə boyanmalıdır. Kanadada ağaca dırmaşmaq yasaqdır. Bundan başqa, həmin ölkədə bazar günləri dondurma yemək də qadağan edilib. Kanadadakı daha bir əcaib yasaq isə ölü atlarla bağlıdır. Həmin atları bazar günü sürümək olmaz.
Çində intellektual səviyyəyə malik olmayanları kollecə qəbul etmirlər.

İtaliyada yubka geyən kişilər, Şotlandiyada sərxoş inək sahibləri həbs olunur.
İngiltərə deyəndə adamın ağlına və gözünün qabağına azad insanlar, demokratiya gəlir, elə deyilmi? Amma bu ölkədə elə qəribə “olmaz”larla rastlaşırsan ki. Məsələn, İngiltərədə qadınlar ictimai nəqliyyat vasitələrində şokalad yeyə bilməzlər. Niyəsi? Çünki elə həmin nəqliyyat vasitələrində bunu almağa imkanı olmayan hamilə qadınlar və balaca uşaqlar ola bilər. Amma İngiltərədə qadınlara məntiqli yasaqlar da var. Məsələn, onlar ictimaiyyətə açıq olan yerlərdə yarıçılpaq vəziyyətdə gəzə bilməzlər.

İtaliyada yubka geyən kişilər həbs olunur.
Şotlandiyada bazar günləti balıq ovuna çıxmaq olmaz. Bundan başqa, Şotlandiyada inək sahiblərinin sərxoş olması qadağandır. Amma… daha əcaib bir yasaq. Şotlandiyada qapını döyüb, ayaqyolundan istifadə etmək istəyən istənilən adama “yox” demək olmaz. Bu, insan haqlarına hörmətsizlik kimi qəbul oluna bilər.

Amerikada teatra gedənlər sarımsaq yeyə, müttəhimlər hakim qarşısında ağlaya bilməz!
Qadağa deyib, Amerikanı unutmaq olmaz. Amma xatırladaq ki, nəhəng Amerikada da yasaqlar bir deyil, beş deyil. Hər ştatın spesifik yasağı var və biri digərindən fərqlidir. Məsələn, ABŞ-ın Arkansas ştatında ərin öz arvadını ayda bir dəfə döyməsi normal sayılır. Amma ayda bir dəfədən artıq döyməsi qadağandır və ancaq bu halda qadın polisə müraciət edə bilər. İndiana ştatında isə teatr tamaşaçılarına qarşı əcaib yasaqlar var. Burada seansdan 4 saat öncəyə qədər tamaşaçıların sarımsaq yeməsi yasaqlanıb. Bu, həm digər tamaşaçılara, həm də sənətçilərə hörmətsizlik sayılır. Florida ştatında isə gözəllik salonları maksimum diqqətli olmalıdır. Çünki burada saç qurutma maşınının altında yuxuya dalan qadını da, salon sahibini də böyük məbləğdə cərimə gözləyir. Yəni, gözəllik salonunda yatmaq olmaz. Hollivud ştatında isə qoyunların hüquqları qorunur. Əgər Hollivud Bulvarında 2 mindən artıq qoyun varsa, orada maşın sürmək qadağandır. Los Angelesdə isə müttəhim kürsüsündə ağlamaq olmaz. Texas əyalətində U dönüşü adlandırılan, nəqliyyatdakı vacib manevri etmək yasaqlanıb. İndiana ştatında evdə içki içməyə icazə yoxdur. İnsanlar ancaq bəlli məkanlarda – barlarda, restoranlarda bu ehtiyaclarını ödəyə bilər. Texasda diqqəti cəlb edən daha bir yasaq isə inək südü ilə bağlıdır. Əyalət sakinləri əsla başqasının inəyinin südünü içə bilməz. Təkcə inək südünümü? Texasda pivə içənlər üçün də əcaib yasaqlar var. Bu əyalətdə insanlar ayaq üstə pivə içmək arzusuna düşüblərsə, ancaq üç qurtum içə bilirlər. Dördüncü qurtum yasaqdır – onu ancaq oturaraq içmək olar.

Avstraliyada bazar günü çəhrayı şalvar geymək olmaz!
Görək başqa ölkələrdə nə var? İsveçrədə bazar günü paltar asmağa icazə yoxdur. Avstraliyada uşaqların siqarət çəkməsinə icazə olsa da, siqaret alması qadağandır. Sözügedən ölkədəki absurd yasaqlar bununla bitmir. Burada gənclərin əyləncə xatirinə əllərini yerə qoyub, təpəsi üstə gəzməsi də qanunla qadağan edilib. Daha bir maraqlı qadağa isə odur ki, Avstraliyada bazar günləri çəhrayı rəngdə şalvar geyinmək olmaz. Taylandda isə alt paltarı geyinmədən gəzənlər cəzalandırılır!.. Amma paltarla bağlı yasaqlar bununla bitmir. Taylandda maşın sürənlər mütləq köynək geyinməlidir. Somalidə qohum olmayan kişi ilə qadin əllə görüşə, söhbət edə bilməz.Somalidə qadın-kişi arasındakı münasibətlər mühafizəkar həddə çatdırılıb. Bu ölkədə bir-birinə qohumluqları çatmayan kişilərlə qadınların əllə görüşməsi, birgə gəzməsi və söhbət etməsi yasaqlanıb. İslami təşkilat əl-Sahab tərəfindən qoyulan yasağa əməl etməyənlər şəriət qanunlarına görə cəzalandırılır.

Türkmənistanda isə … hər şey qadağandır!
Yasaqlardan, qadağalardan, “olmaz”lardan danışarkən, Türkmənistanı yaddan çıxara bilmərik. Bu ölkə dünyadakı əcaib yasaqları ilə diqqət cəlb edir. Məhz bu səbəbdən oddee.com saytı dünyanın "ən manyak" diktatorları siyahısında ilk yeri Türkmənistanın keçmiş prezidenti Saparmurat Türkmənbaşı Niyazova verib.
Saytda yazılır ki, Sovetlər Birliyi dağıldıqda sonra Türkmənistan tarixində ilk müstəqilliyini əldə edir və 1985-ci ildən hakimiyyətdə olan kommunist lider Saparmurat Niyazov ölkənin prezidenti olur. O, ölkənin yeni imicini yaratmağa başlayır. Niyazov Türkmənbaşı (bütün etnik türkmənlərin lideri) adını götürür və özünü ömürlük prezident elan edir. Bundan sonra o qərarları və davranışları ilə Türkmənistanı dünyanın bənzərsiz dövlətinə çevirir.Paytaxt Aşqabadda yerləşən hava limanına öz adını verir. Yeni prezident həmçinin, ayların da adını dəyişir. Yanvar ayı Türkmənbaşı adlandırılmağa başlayır. Aprel ayı isə anasının adına uyğun olaraq Qurbansoltan edzhe adlandırılır, çörək də həmçinin Qurbansoltan edzhe adlandırılır. 2004-cü ilin aprel ayında o, Orta Asiyanın ən qızmar məkanı sayılan Qaraqum səhrasının mərkəzində nəhəng buz sarayı tikdirmək əmri verir. Bura həmçinin, pinqvinlərin məskunlaşacağı zoopark da daxil edilir. 1998-ci ildə Türkmənistana meteorit enir. Alimlər onu da Türkmənbaşı adlandırırlar. Bir sıra küçələr və məktəblər onun adı ilə adlandırılır.
2001-ci ildə Türkmənistanda Niyazovun tapşırığı ilə balet və opera qadağan edilir. Bu isə onunla izah edilir ki, bunlar türkmən mədəniyyətinə ziddirlər. 2004-cü ildə gənclərin uzun saç və saqqal saxlaması qadağan edilir. 2004-cü ildə bütün sürücülər “mənəviyyat testi”ni keçməyə məcbur edilir. 2004-cü ildə xəbər proqramlarının diktorlarına makiyaj etmək qadağan olunur... 2005-ci ildə bütün kompüter oyunları qadağan edilir. 2006-cı ilin sentyabrından etibarən Türkmınistan prezidentini tərifləyən məqalə dərc etməyən bütün müəllimlərin ya maaşı azaldılır, ya da işdən qovulur. Bütün maşın radioları və maqnitafonları, rekord vurmuş musiqilər qadağan edilir. Türkmənistan paytaxtında it saxlanması qadağan olunur.

Sonda. “Bu sərsəm, sərsəm dünya” məsəli yəqin yuxarıda yazdığımız yasaqlar tətbiq olunandan sonra yaranıb. Bir çoxları absurd, məntiqsiz olan bu qadağalara yaşam vəsiqəsi verilməsi isə dünyadakı sərsəmliyin sübutudur. Amma yasaqlar da olmasa, yəqin həyat maraqsız olardı. Yer kürəsinin hansı bucağında olursa, olsun, bu da insanlar üçün yeni əyləncədir. Olmaz? Demək ki, olar….


Geri dön

kiss love

  • 10 aprel 2011 11:11
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
melumata gore twk

--------------------

YazYamuru

  • 9 aprel 2011 23:01
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: Azerinka
qanunlar yaranib onlari pozmaq ucun

feel

--------------------



Vasif777

  • 9 aprel 2011 20:40
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
am законы чтоб их нарушать)))

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

Azerinka

  • 9 aprel 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
qanunlar yaranib onlari pozmaq ucun

--------------------
heyatda iki fakta inaniram bire goye baxib gormediyime birde guzguye baxib gorduyume

pure love

  • 9 aprel 2011 18:26
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
twk winked

serious_girl

  • 9 aprel 2011 18:23
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
hmm cox maraqlidi bunuda bildik

--------------------
Kimsə sizə pislikmi etdi?! O zaman səfi özünde axtar!

_RONALDO_

  • 9 aprel 2011 18:04
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
HMMMM OYRETDIYIN UCUN SAGOL

--------------------

Mesume_Memmedzade

  • 9 aprel 2011 17:50
  • Məqalə: 16
  • Şərh: 240
  • Bal:
{awards}
TSKLER

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥

__Crying Villian__

  • 9 aprel 2011 17:29
  • Məqalə: 7
  • Şərh: 220
  • Bal:
{awards}
ewi qanunlar pozmaq ucundu...:lol: sevirem bu prinsipi

cox super xeberdi cooox beyendim.tewekkurler muellife:)

--------------------
ஐ ░░▒▓███▓▒░░ ♠♠♠♠♠ŹαмαŃ αłα¢αќ ¡ήŧ¡ќαмιмι♠♠♠♠♠ ░░▒▓███▓▒░░ ஐ
L_SimuS&Delamour-i love you

nilayka

  • 9 aprel 2011 17:24
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk

--------------------

only-girl

  • 9 aprel 2011 17:15
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 43
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 35
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}