Kişi Arvadına Və Onun Məhəbbətinə Necə Sahib Olmalı ?

 
Kişi Arvadına Və Onun Məhəbbətinə Necə Sahib Olmalı ?


[font=Arial]Heç kese sirr deyildir ki, her biri kişi üçün ailede xoşbext er olmaq arzusu varlığında onu mesud edecek, yoxluğunda ise ona yüksek sedaqet nümayiş etdirecek emeli-saleh bir xanıma sahib olmaq demekdir. Lakin her şeyden önce kişinin özünün emeli-saleh, gözel davranış sahibi ve yüksek exlaqi keyfiyyetlere malik olması vacib şertdir. Sadaladığımız bu xüsusiyyetlere ailede her iki terefin sahib olduğu teqdirde, onlar arasındakı elaqeler arzu olunan şekilde qurulacaq ve xoşbextlik spektrları bu evin her bir guşesini işıqlandıracaqdır.
Arvadlarına nece sahib olmaları, onlarla nece xoşbext ömür-gün sürmeleri ve aralarındakı sevgi ve merhemet toxumlarını nece cücertmeleri meqsedile aşağıdakı bezi nesihetlerle kişilere müraciet edirik.

1. İnce mexluq olan xanımlarınıza qarşı mehriban ve mülayim davranın!
Her bir kişinin öz xanımı ile son derece mülayim ve ince davranması labüddür.

Bunun üçün de ailede kişi çox vaxt arvadının yalnış hereketlerine bir o qeder

de ehemiyyet vermemeli, yeri geldikde onlara göz yummalı ve qadının güc nöqtelerini daim qabartmalıdır.

Bunun üçün de herdenbir arvadına “Ezizim, seni, sende olan her bir şeyi sevirem.

Seni olduğun kimi, sahib olduğun bütün xüsusiyyetlerinle sevirem” – demesi meslehet görülür.

Sözsüz ki, bu kimi xoş ifadeler er-arvad arasındakı elaqelerin daha da möhkemlenmesine, bezi sehvliklere yol vermesine baxmayaraq arvadın erinden razı qalmasına ve ümumilikde ailedeki ab-havanın ürekaçan olmasına getirib çıxaran sebeblerdendir.


2. Xanımlarınızdan sizlere yardımçı olmağı xahiş edin!
Şübhesiz ki, her bir qadın teriflenmeyi çox sevir. Çünki qadının erinin dilinden terif eşitmesi onun hisslerini heyecanlandırır, qelbini ferehlendirir ve onu göylere qaldırır. Bele olan halda xanımlarınızın “Sen olmasaydın, men tek bu işi bacarmazdım”, yaxud da “Mene ürekle, semimi qelbden yardımçı olduğun üçün sene minnetdaram” kimi ifadelerle könlünü almaq sizler üçün ne qeder çetin ve ağır bir işdir?!
Bu cür terifler eşiden qadın özünün erinin nezerinde ne qeder deyerli ve gerekli olmasını hiss etmeye başlayır, erinin daha çox sevgisini qazanmağa, lütf ve semimiyyet istiqametinde addımlar atmağa çalışır. Belelikle, qadın tez bir müddetde eri terefinden ona ünvanlanmış bir neçe xoş söz ve terif sayesinde onun yardımçısına ve menevi desteyine çevrilir. Bununla yanaşı o, erinin davamlı inkişafını ve xoşbext geleceyini temin etmeye qadir olduğunu her bir vechle sübut etmeye çalışır.
Hörmetli kişiler! Xanımlarınıza “Çox sağ ol, ezizim!”, “Allah sene xeyirli mükafatlar nesib elesin!” – kimi sade ve xoş ifadeler söylemeye alışın! “Sen nece de gözel bir qadınsan! Biz birlikde xoşbext bir aile qurmağa qadirik. Allah bize bereket, sene can sağlığı bexş etsin!” – kimi gözel sözlerle onların qelbine sahib olmağı öyrenin!



3. Fikirlerinizi ve hislerinizi xanımlarınızla bölüşün!
Çox vaxt bezi qadınların erlerinden öz refiqelerine bele şikayetlendiklerinin şahidi oluruq: “Erim haqqında onu deye bilerem ki, onun heykelden, daşdan, divardan heç bir ferqi yoxdur. Eve gelende ne özü danışmır, ne meni dindirmir, ne de her halda onu seven bir qadın kimi menimle her hansı bir meseleni meslehetleşmir”, yaxud “Men erimden ötrü bir kenizem. Yemek bişirmek, evi silib süpürmek, paltar yumaq üçün lazım olan adice bir keniz! Bizim aramızda heç vaxt ne normal bir dialoq, ne de her hansı bir meselenin qarşılıqlı şekilde müzakiresi olmayıb! Onun bildiyi tek bir kelme varsa, o da “Of!”dur”.
Hörmetli kişiler! Xanımlarınızla derdleşin, onları yaxın-dan dinleyin, problemlerini anlamağa çalışın, dialoq yaradın, derdlerine ve sevinclerine şerik olun! Çünki arvad qezebimizi üstüne tökmek, intiqam almaq, cezalandırmaq üçün deyil, mehz sevmek meqsedile Allah terefinden biz kişiler üçün yaradılan ince bir mexluqdur. Çünki qadın da bizi kimi hisleri ve öz düşünce terzi olan bir insandır. Onlara qarşı bir dost olun, her gün onlara şirin söhbetler edin, qısa da olsa, onları özünüzle temiz havada gezintiye çıxarın, düzlüyü, dürüstlüyü özünüze rehber edin ve onların xasiyyetlerine hörmet gösterin ki, onlar da sizin arzuladığınız arvadınıza ve heyatınızın lezzetine çevrilsin.
Her bir kişi gün erzinde heç olmasa bir defe de olsa arvadına “Men seni sevirem!” cümlesini demeli, onun sevdiyi her hansı bir işi görmeli, onu terifleyerek nümune göstermeli ve daimi qaşqabaqdan uzaq olmalıdır. Unutmamalıdır ki, bezen bir xoş söz bele xariqeler ve möcüzeler yaradır.
Cenab kişiler! “Sen nece de gözel ve cazibedarsan!”, “Sen menim üçün bir denesen!”, “Meni en çox qısqandıran, senin saçlarının rengi, gözlerinin gözelliyi, sesinin ahengdarlığı ve çiyinlerinin cazibedar formasıdır” – kimi könülleri oxşayan ifadelerle xanımlarınızın qelbine sahib olmağı unutmayın!



4. Arvadınızda xoşunuza gelmeyen bir şeyi irad tutarken edebli ve nezaketli olun!
Bezen kişiler xoşlarına gelmeyen menzerelerin şahidi olur ve bunu tez deyişdirmeye çalışırlar. Bele meqamlarda aile başçısı olan kişi evlilik prinsiplerine heç bir xelel getirmeden ve elave problemler yaratmadan meselenin helli üçün en layiqli variantı, metodu seçmelidir.
Meselen, eger kişi arvadının pomada ve ya her hansı kosmetik vasitelerden istifade etmesine pis baxırsa, buna göre onu “Sen meymuna oxşayırsan” – deye esla tehqir etmemelidir. Çünki o öz isteyini arvadının hislerine toxunmadan da heyata keçire biler. Bunun üçün de onun öz iradını “Ezizim, bu süni rengler senin valehedici tebii gözelliyinin üstünü örtür, onlara kölge salır” – deye bildirmesi daha meqsede uyğundur. Eger qadında paltarını deyişib yatağına girerken bütün elektrik lampalarını söndürmek kimi bir verdiş varsa, kişinin bunun üçün ona “Sen vasvasısan” – demesine heç bir gerek yoxdur. O başqa bir metodla – “Ezizim, doğrudur, iki nur bir arada ola bilmez. Amma sen zehmet olmazsa, bir elektirik lampasını açıq burax ki, senin bu gözel vücuduna yaxşı tamaşa ede bilim” – demekle de öz isteyine nail ola biler.




5. Semimiyyetinizi nümayiş etdirmek üçün sade bir iş görün!
Heç bir kişi düşünmemelidir ki, qadını memnun eden ancaq bahalı deri kürkler, yaxud müasir avtomobiller, yaxud da geniş menzillerdir. Xeyr! Bu esla bele deyildir. Bundan başqa diger sade vasiteler de mövcuddur ki, her bir kişi onu etmekle öz arvadına xoşbextlik nesib ede biler.
Misal üçün siz xanımınıza onun daha çox sevdiyi jurnalın sonuncu buraxılışını, yaxud özünüzün bağçadan derdiyiniz bir deste qızılgülü, yaxud da dükandan aldığınız kiçik bir etir şüşesini hediyye ede bilersiz. O zaman emin olun ki, biz kişilere ne qeder adi ve ucuz görünen bu eşyalar ona nece de böyük bir sevinc bexş edecek ve çox güman ki, o, qon-şudakı refiqelerin önünde “Erim menim yamanca nazımı çekir, o mene qarşı son derece qayğıkeş ve diqqetcildir. Erim meni çox sevir” – deye öyünecekdir.



6. Xanımlarınıza gözellikleri ve xoş davranışları ile sizi cezb etmeye qadir olduqlarını söyleyin!
Ailedeki heqiqi xoşbextliyi temin ede bilen kişi xanımına “Menim heyatım seninle birge olanda bextiyardır. Sen gözellikde ve cazibedarlıqda tayı-beraberi olmayan bir qadın-san” – deye bilen kişidir. Lakin bu kimi sözler qetiyyen öteri, boğazdan yuxarı ve qeyri-ciddi veziyyetlerde söylenilmemelidir. Eksine, bu zaman tam ciddi ve son derece semimi olmaq esas şertdir. Bununla yanaşı kişi bele de deye biler: “Senin qayıtmağını gözlemek menim üçün çox çetindir. Hemişe menim yanımda qal. Çünki senin varlığını hiss ede bilmek menim ruhumun melhemidir”.
İş yerinizden xanımınıza telefon açın, onunla bir neçe deqiqelik mülayim ve semimi söhbet edin, hal-kefini soruşun, onun üçün darıxdığınızı ve inşaallah iş qurtarar-qurtarmaz derhal eve geleceyinizi söyleyin.




7. İnsanların önünde xanımınızla reftarınıza fikir ve-rin!
Her bir kişi öz xanımıyla xüsusi ile de insanların önünde tam ehtiyat ve şüurla reftar etmelidir.

Eger siz öz xanımınızla hansısa bir yemeye devet olunmusunuzsa, ilk önce ona süfrede yer ayırın,

herden zarafat esnasında çiynine vurun ve tebessümünüzü ondan esirgemeyin.

Çünki bele hereketler qadın psixologiyasında son derece beyenilen hereketlerdir.
Qaynananızla teklikde olduğunuz zaman ona qızını terifleyin, xoş sözler ve bele bir xanımınız olması ile qürur his-si duyduğunuzu bildirin.

Unutmayın ki, bu her zaman behresini veren gözel bir metoddur.



8. Xanımlarınızla bir insan kimi davranın!
Şübhesiz ki, her bir qadının er evindeki eşya kimi deyil, bir insan kimi sevilmek arzusu onun en tebii haqqıdır. Bu baxımdan da xanımınıza hediyye verdiyiniz zaman onun “Bu nece de gözel hediyyedir” – demesine imkan verin. O bunu söyledikde ise siz: “Gözel olan sensen!” – deye onu ikinci defe sevindirin.
Özünü er adlandıran her bir kişi bilmelidir ki, bütün eşyalar istifade, qadın – arvad ise sevgi üçün yaradılmışdır. Vay o günden ki, bunun eksi baş versin, ailede fitne fesad baş qaldırsın ve teller birdefelik qırılaraq sıradan çıxsın!
[/font]


Geri dön

NELLY19

  • 4 iyul 2011 13:35
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurlerrrrrrrrrrrrrrrrrrr xebere gore

babyzz

  • 4 iyun 2011 09:06
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

ASİ

  • 17 aprel 2011 21:21
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 15:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kiss love

  • 10 aprel 2011 10:57
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrr xebere gore

--------------------

::..ONSLAUGHT::..

  • 9 aprel 2011 23:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 9 aprel 2011 22:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
TESEKKUR EDIREM!

--------------------

nilayka

  • 9 aprel 2011 21:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------

YazYamuru

  • 9 aprel 2011 21:02
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
İKİNCİ ŞERH MENDEN wink

TƏŞƏKKÜÜÜÜÜÜÜÜÜÜÜÜRRRRR AYYYY MÜƏLLİİİİFFF

--------------------



_RONALDO_

  • 9 aprel 2011 20:54
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENEDN GOZEL YAZIDIR TWK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}