Ya Mövlam_Ya Mövlam

 
Ya Mövlam_Ya Mövlam

Ya Mövlam, yenə də növbəti cümə günü bitdi, sən gəlmədin.

Ya Mövlam, yenə də gözlərimiz yolda qaldı, sən gəlmədin.

Ya Mövlam, yenə də həsrətdə qoydun bizi, sən gəlmədin.

Ya Mövlam, biz səni görmədən sevdik.

Ya Mövlam, yenə də səni sənsizlikdə sevirik biz..seni

Ya Mövlam


Bu sözlər qulağa və qəlbə çox xoş gəlir. Bəli, çox gözəl sözlərdir. Bizlər Mövla haqqında nə qədər söz desək, yenə də onu vəsf edə bilmərik. Yenə də o mübarək vücud haqqında layiqincə nə isə deyə bilmərik.

Mən burada, bu yazıda Mövlam haqında deyil, həqiqətdə onun intizarında olub-olmağım haqında yazacağam və bu yazdıqlarım yalnız özümə aiddir. Kiməsə aid deyil.

Ya Mövlam, deyirlər sən intizarında olanları adbaad tanıyırsan. Ya Mövlam, bilmirəm məni tanıyırsan, ya yox. Yəqin ki, intizarında olan biri kimi deyil, adi bir insan kimi tanıyırsan. Axı intizarında olsaydım, çalışardım sənin xoşladığın əməlləri xoşlayıb, xoşlamadıqlarını xoşalmayım. Əgər sənin intizarında olsaydım, sən hər zaman mənim düşüncəmdə olardın. Mən hər zaman səni düşünərdim. Necə Məcnun
məhbubunu düşündüyü kimi. Necə aşiq məşuqunu düşündüyü kimi.

Necə...

Ya Mövlam, mən səni heç düşünmədim. Yalnız günün müəyyən bir hissəsində yadıma düşdün. Ya Mövlam, aşiqlər kimi gözlərim yolda qalmadı.

Ya Mövlam, deyirlər ki, aşiq məşuqu ücün yanıb-yaxılar, mən niyə yana bilmədim?!

Ya Mövlam, deyirlər ki, pərvanə şamın alovunun həsrətində olar və özünü ona fəda edər. Ya Mövlam, mən bir pərvanətək sənin həsrətində olmadım və özümü fəda etmədim...

Ya Mövlam...

Ya Mövlam, səninlə qarşılaşsam, sənin üzünə necə baxaram?! Sənə necə deyərəm ki, sən mənim Mövlamsan?! Sən necə deyərəm ki, mən sənin həsrətinlə yanıb-yaxılmışam?! Sənə necə deyərəm ki, hər cümə yolunu həsrətlə gözləmişəm?! Sənə necə deyərəm ki, mən səni görmək üçün min cür əziyyətə qatlanmışam...

Sənə necə deyərəm ki...

Ya Mövlam, utanıram səndən. Əməllərimlə səni utandırdığım üçün. Məndən olan gözləntilərini doğrultmadığım üçün. Sənə qovuşmağın arzusunda olmadığım üçün. Ya Mövlam, bilirsən ən əsas niyə utanıram?

Ona görə utanıram ki, sən məni heç vaxt unutmadın, mən isə səni unutdum. Mən səni yalnız və yalnız namazların sonunda “Fərəc” duası ilə yada saldım. Ey mənim namazlardan-namaza yadıma düşən Mövlam, əllərini uzat, əlindən tutum. Məni qoyma sənsizlikdə yaşayım!

Ya Mövlam, Allahdan istə mən də intizarın acısı ilə yanıb-yaxılım. Allahdan istə necə Yaqub (ə) Yusifini (ə) gözlədiyi kimi, mən də Fatimənin (ə) Yusifini (ə) gözləyim...

Bir gun hamimiz imtahan esnasinda olacagiq ,, Bir gun hamimiz sorgu sualaa cavab vereceyik ,, Bes sen ne deyesen ? men deyecem Ya movlam Seni her an andim ,, her an adini qelbiumde gezdirdim ,,her addim atanda Senin izninle atdim ,,Bes sen ne deyeceksen ,,, Heleki gec deyil ayil yuxudan ,, bir goy uzune bax ,, ulduzlara bax ,,Aya gunewe bax ,, Mocuze deyilmi bunlar ..? Bes sen nece gezdiyin ,, etdiyin her zovq aldigin her bir weyden xowlandigin her yediyin corekden sonra ,icdiyin sudan sonram Wukur etdinmi ,,, heleki gec deyil ayil Ayil bala ,, Dine gel imana gel ...

ya movlam yetiw dadima cat imdadim sensen
ya movlam...!


Geri dön

sevgi yalandir

  • 26 sentyabr 2011 20:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
ALLAH SIZDEN RAZI OLSUN!

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

lider

  • 11 aprel 2011 00:08
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
twkr. Allah razi olsun.

::..ONSLAUGHT::..

  • 10 aprel 2011 21:50
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Maraqli xeberdi twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 10 aprel 2011 21:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun

--------------------

Cici-Kiz

  • 10 aprel 2011 21:19
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
MINNETDARAM, DINI MOVZULARA DAHA COX YER AYIRDIGINIZ UCUN!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

tekna_297

  • 10 aprel 2011 18:43
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
ilk sehr menden tesekkurler

--------------------
emo

nilayka

  • 10 aprel 2011 18:24
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol Allah razi olsun

--------------------

kiss love

  • 10 aprel 2011 18:17
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk allah razi olsun

--------------------

Mesume_Memmedzade

  • 10 aprel 2011 18:15
  • Məqalə: 16
  • Şərh: 241
  • Bal:
{awards}
ILK SERH MENDEN TSKLER

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}