Mustafa Kamal Atatürk

 
Mustafa Kamal Atatürk

Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) - Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, Kamalizmin yaradıcısı.

Həyatı

1881-1912


Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula girən Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.

1911-1919

Mustafa Kamal zabitlərlə birgə


1911-1912-ci illərdə Türk-İtaliya Müharibəsində Mustafa Kamal Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışmıışdır.

1919-1923

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük coşğu ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilən Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.

Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri:
Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
Çukurova, Qaziantəp, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).
I İnönü zəfəri (6-10 yanvar 1921).
II İnönü zəfəri (23 mart-1 aprel 1921).
Kütahya-Əskişəhər döyüşləri.
Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası, "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulmuşdur.

1923-1938

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.

15-20 oktyabr 1927-ci ildə Qurtuluş Mübarizəsindən və Respublikanın quruluşundan bəhs edən Böyük nitqi, 29 oktyabr 1933-ci ildə 10-cu İl Nitqini söyləmişdir.

29 yanvar 1923-cü ildə Latifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.

Soyad qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilmişdir.

Fransız və alman dillərini bilirdi.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-ci ildə oraya köçürülmüşdür.


Geri dön

nilayka

  • 8 may 2011 17:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tewekkurler

--------------------

nilayka

  • 4 may 2011 23:08
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sagol maraqli melumata gore

--------------------

MiKoLaDka

  • 30 iyul 2010 02:59
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
twk amma mene hec maragli deyil

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

Ulya

  • 29 iyul 2010 20:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli melumata gore

_LeGenDa_

  • 29 iyul 2010 11:50
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
lazimli xebere gore cox sagol

--------------------

Mr_Unlimited

  • 28 iyul 2010 01:51
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler maraqli melumata gore

Yusif

  • 28 iyul 2010 00:47
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
♥Princess♥,
deyesen mende

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}