Aprelin 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın “Baku Fires”
boks klubu WSB liqasının yarımfinal görüşündə Fransanın “Paris United” klubu ilə
qarşılaşıb. Gərgin idman şəraitində davam edən oyun 4:1 Bakı təmsilçilərinin xeyrinə başa çatıb.
54 kiloqram çəki dərəcəsində Maqomed Əbdülhəmidov (“Baku Fires”) - Georgi Kilinavayla
(“Paris United”), 61 kiloqramda Semyon Qrivaçev - Əbdülqədir Çadi ilə, 73 kiloqramda
Maqomed Nuritdinov - Stefan Kevasla, 85 kiloqramda Denis Poyatsıka - Lüdovik Qroqla,
91 kiloqramdan yuxarı çəki dərəcəsində isə Məhəmmədrəsul Məcidov - Toni Yoka ilə
mübarizə aparıb. Azərbaycan boksçularından yalnız 85 kiloqramda rinqə çixan Denis Poyatsıka məğlub olub.
“Baku Fires” - “Paris United” komandalarının cavab qarşılaşması aprelin 15-də Fransada keçiriləcək.