Türk xalqları

 
Türk xalqları

Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı ("Dədə Qorqud", "Oğuz Xaqan", "Koroğlu", "Manas"), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə - Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə "Tyuku" (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.


Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qolabö lünürlər:
Oğuz – Turkiyə və azərbaycan türkləri, qaqauzlar, türkmənlər, axıska türkləri, krım tatarları, türkmanlar)
Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.


Türk xalqlarının inanclarında tanrı əsas yer tutur. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).


Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.


Tarixi türk xalqları və tayfaları :


Yörüklər
Qarapapaqlar



Türk xalqları :


Axısqa türkləri
Sarı uyğurlar (və ya Yuğurlar)
Urum-Qıpçaqlar (və ya Qreko-Tatarlar)
Altaylılar
Azərbaycan türkləri (və ya Azərbaycanlılar)
Balkarlar (Qaraçaylılardan ayrı,Qaraçay-Balkar dilində danışırlar)
Başqırdlar
Çulumlar
Çuvaşlar
Krım tatarları
Dolqanlar
Qaqauzlar
Qazaxlar
Qırğızlar
Qaraçaylılar (Balkarlardan ayrı, Qaraçay-Balkar dilində danışırlar)
Qəraimlər
Qaraqalpaqlar
Xakaslar
Krımçaqlar
Qumuqlar
Noqaylar
Qaşqaylar
Salar
Tatarlar
Naqaybaklar
Sibir Tatarları
Tofalar
Tərəkəmə
Türkmənlər
Türkiyə türkləri (bax. Osmanlı türkləri)
Kipr türkləri
Tuvinlər
Uyğurlar
Həzaralar
Özbəklər
Yakutlar
Çelqanlar
Kumandılar
Telengitlər
Teleutlar


Geri dön

Narka E-ZaDe

  • 26 avqust 2011 11:54
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

fashion lady

  • 19 iyun 2011 20:17
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
tesekkurler

R_O_M_A

  • 15 avqust 2010 15:35
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------

Yusif

  • 7 avqust 2010 09:05
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
maraqli ve maraqsiz xebere gore tewekkur

STORM MEN

  • 6 avqust 2010 23:08
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
{awards}
Bizim soyumuzu bilmeyimiz vacibdir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 18
Cəmi: 49

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}